Məhkəmə qərarları › İş №2(036)-2587/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2587/2024

21.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2587/2024 21.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: mediasiya, barışıq sazişinin təsdiq edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyev Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxsin 1 uşağı var. xx.xx.2018-ci ildə anadan olmuş X2r. Ərizəçi məhkəməyə hazırlıq üçün mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 X3nın mediatorunun qəbulunda mediasiya sessiyasında 06 iyun 2024-cü il tarixdə maraqlı şəxslə barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün kart hesabı vasitəsi ilə hər ay 150 manat məbləğində alimenti ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişinin şərtinə əməl etməmiş və bu günədək aliment ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

6. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf və birlikdə “Tərəflər” adlandırılacaqdır. Birinci tərəfin adı, atasının adı və soyadı, Birinci tərəf - Maraqlı şəxs şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, AA ******* FİN: xxxxxxx FİN kodu, doğum tarixi, yaşadığı ünvan, xx.xx.1995 telefon, etibarnamə ilə təmsilçilik varsa İmişli rayonu, Qaradonlu kəndi həmin sənədin nömrəsi (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) İkinci tərəfin adı, atasının adı və soyadı, İkinci tərəf - Ərizəçi şəxsiyyətini təsdiq edən sənədin AA ******* FİN: xxxxxxx nömrəsi, FİN kodu, doğum tarixi, xx.xx.1995 yaşadığı ünvan, telefon, etibarnamə ilə İmişli rayonu, Qaradonlu kəndi təmsilçilik varsa həmin sənədin nömrəsi (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) Mediator(lar)un adı, atasının adı və soyadı, X4; reyestr nömrəsi, əlaqə vasitələri: M-00278; ***-***-**-** Mediasiya təşkilatı haqqında məlumatlar və Sabirabad 1 X3 əlaqə vasitələri: ***-***-**-** Mübahisənin növü (işarə edilməli): Kommersiya Mülki

Ailə İnzibati

Əmək Digər: Mübahisənin predmeti: Nikahın pöozulması tələbi Sazişin icra olunma müddəti: Əgər xüsusi müddət müəyyən edilirsə Sazişin nüsxələrinin sayı: 3 (üç) Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1.1.Tərəflər hər ikisidə nikahın pozulmasına razıdır. 1.2.Tərəflərin razılığına əsasən birinci tərəf Maraqlı şəxs, övladı xx.xx.2018-ci il təvəllüdlü X1 anası yəni ikinci tərəf Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. 1.3.İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs övladı ilə istədiyi vaxt ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. 1.4.Birinci tərəf Maraqlı şəxs, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi kart hesabı vasitəsilə 150 (bir yüz əlli) manat pul məbləğində alimenti İkinci tərəf Ərizəçi hər ay ödəyəcəkdir. 1.5.İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs əmlak və cehiz tələb yoxdur. Qızıl-zinət əşyaları özündədir. 1.6.Yuxarda qeyd edilən şərtlər pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər.

2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər uçun yalnız Sazişin şərtlərı etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edılməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi İcrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək huququ vardır.

12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz.

16. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə. auditorlara və vergi məsləhətçilərinə;

17. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə;

18. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara;

19. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həli edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

20. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısı alınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemlyalar, müharibə ve hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət ve yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

21. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

22. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

23. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

24. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

25. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

26. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

27. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik __ (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).

10. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

11. Göründüyü kimi xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflər tərəfindən imzalanmışdır.

12. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Prossesual Məcəllənin 355-26-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir.

13. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

VI. Nəticə:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin.

1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf və birlikdə “Tərəflər” adlandırılacaqdır. Birinci tərəfin adı, atasının adı və soyadı, Birinci tərəf - Maraqlı şəxs şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, AA ******* FİN: xxxxxxx FİN kodu, doğum tarixi, yaşadığı ünvan, xx.xx.1995 telefon, etibarnamə ilə təmsilçilik varsa İmişli rayonu, Qaradonlu kəndi həmin sənədin nömrəsi (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) İkinci tərəfin adı, atasının adı və soyadı, İkinci tərəf - Ərizəçi şəxsiyyətini təsdiq edən sənədin AA ******* FİN: xxxxxxx nömrəsi, FİN kodu, doğum tarixi, xx.xx.1995 yaşadığı ünvan, telefon, etibarnamə ilə İmişli rayonu, Qaradonlu kəndi təmsilçilik varsa həmin sənədin nömrəsi (Hüquqi şəxs olduqda, adı və VÖEN-i) Mediator(lar)un adı, atasının adı və soyadı, X4; reyestr nömrəsi, əlaqə vasitələri: M-00278; ***-***-**-** Mediasiya təşkilatı haqqında məlumatlar və Sabirabad 1 X3 əlaqə vasitələri: ***-***-**-** Mübahisənin növü (işarə edilməli): Kommersiya Mülki

Ailə İnzibati

Əmək Digər: Mübahisənin predmeti: Nikahın pöozulması tələbi Sazişin icra olunma müddəti: Əgər xüsusi müddət müəyyən edilirsə Sazişin nüsxələrinin sayı: 3 (üç) Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1.1.Tərəflər hər ikisidə nikahın pozulmasına razıdır. 1.2.Tərəflərin razılığına əsasən birinci tərəf Maraqlı şəxs, övladı xx.xx.2018-ci il təvəllüdlü X1 anası yəni ikinci tərəf Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. 1.3.İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs övladı ilə istədiyi vaxt ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. 1.4.Birinci tərəf Maraqlı şəxs, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi kart hesabı vasitəsilə 150 (bir yüz əlli) manat pul məbləğində alimenti İkinci tərəf Ərizəçi hər ay ödəyəcəkdir. 1.5.İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs əmlak və cehiz tələb yoxdur. Qızıl-zinət əşyaları özündədir. 1.6.Yuxarda qeyd edilən şərtlər pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər.

2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər uçun yalnız Sazişin şərtlərı etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edılməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi İcrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək huququ vardır.

12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz.

16. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə. auditorlara və vergi məsləhətçilərinə;

17. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə;

18. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara;

19. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həli edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

20. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısı alınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemlyalar, müharibə ve hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət ve yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

21. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

22. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

23. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

24. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

25. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

26. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

27. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik __ (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar