Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2613/2024 21.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqla şəxs Maraqlı şəxs arasında Sabirabad şəhəri Mediasiya Təşkilatında bağlanmış MŞS/MT-023/2024-02065 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 23 oktyabr 2003-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Bu nikahlarından 01.01,2007-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X13 oglu anadan olmuşdur. Maraqlı şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması və aliment tələbi barədə könüllü olaraq mediasiya şuarasina müraciət etmişdirlər. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X8 qəbulunda mediasiya sessiyasında xx.xx.2024-cü il tarixində Maraqlı şəxs ilə barışıq sazişi bağlamişlar. Beləki, razılığılarına əsasən o, sazişin 1.3 bənddə qeyd edildiyi kimi Maraqlı şəxs övladları ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürmüşdür. Maraqlı şəxs isə sazişin 1.2 bəndinə əsasən övladlarım xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 ali təhsilini bitirənə qədər bir usaq ücün 400(dört yüz manat) olmaqla iki uşaq üçün 800 (səkiz yüz) manat aliment məbləğinin və xx.xx.2009-cu il təvəllüdlü X11 qizi xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 150(bir yüz əlli) manat olmaqla iki usaq ücün 300(üç yüz) manat aliment məbləğini cəmi 1100 (min yüz) manat olmaqla mənim kart hesabıma oktyabr ayından etibarən hər ayın 20-si ödəyəcəyi öhdəliyini öz üzərinə götürüb. Lakin, Maraqlı şəxs sazişin 1.2-ci bəndində qeyd edilən şərti pozaraq aliment məbləğini onun kart hesabima ödəmir. Hansıki bu saziş oktyabr ayının 20-si qədər icra edilməli idi. Maraqlı şəxs aliment məbləğini ödəməkdən boyun qaçırtdığı üçün barışığ sazişinin 1.2-ci bəndində qeyd edilən aliment məbləğini onun hesabima ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1.2 tərəflərin razılığı əsasında ikinci tərəf - Maraqlı şəxs övladları xx.xx.2007 ci il təvəllüdlü X1 400 (dört yüz) manat və xx.xx.2005-ci il təvəllüdlü X3 ali təhsilini bitirənə qədər bir usaq ücün 400(dört yüz manat) olmaqla və X11 qizi X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 150(bir yüz əlli) manat olmaqla iki usaq ücün 300(üç yüz) manat aliment məbləğini cəmi 1100 (min yüz) manat olmaqla birinci tərəf - Ərizəçi kart hesabına oktyabr ayından etibarən hər ayın 20-si ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1.2 tərəflərin razılığı əsasında ikinci tərəf - Maraqlı şəxs övladları xx.xx.2007 ci il təvəllüdlü X1 400 (dört yüz) manat və xx.xx.2005-ci il təvəllüdlü X3 ali təhsilini bitirənə qədər bir usaq ücün 400(dört yüz manat) olmaqla və X11 qizi X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 150(bir yüz əlli) manat olmaqla iki usaq ücün 300(üç yüz) manat aliment məbləğini cəmi 1100 (min yüz) manat olmaqla birinci tərəf - Ərizəçi kart hesabına oktyabr ayından etibarən hər ayın 20-si ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Sazişin 5-cı bəndinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İmzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 26 sentyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndləri – hissəsi məcburi icra üçün təsdiq edilsin:
1. Tərəflərin razılığı əsasında ikinci tərəf - Maraqlı şəxs övladları xx.xx.2007 ci il təvəllüdlü X1 400 (dört yüz) manat və xx.xx.2005-ci il təvəllüdlü X3 ali təhsilini bitirənə qədər bir usaq ücün 400(dört yüz manat) olmaqla və X11 qizi X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki usaq ücün 300(üç yüz) manat aliment məbləğini cəmi 1100 (min yüz) manat olmaqla birinci tərəf - Ərizəçi kart hesabına oktyabr ayından etibarən hər ayın 20-si ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud