Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-270/2022 26.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X2 31.12.1985-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, anası X3 31.12.1985-ci il tarixdə İmişli rayonu Şəmmədli kəndində vəfat etmiş və Şəmmədli kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Ona görə də, X2 31.12.1985-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Maraqlı şəxs 09.09.2021-ci il tarixli 05/69-407 nömrəli arayışın surətinə əsasən X1 Ələkbər İsmayıl oğlu ilə 10.06.1955-ci ildə rəsmi nikaha daxil olmuş və Ələkbərova soyadını qəbul etmişdir. İşdə olan Maraqlı şəxs 05.11.2021-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan Maraqlı şəxs 03.09.2021-ci il tarixli 05/70-376 nömrəli arayışın surətinə əsasən X3 27.12.1998-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Şəmmədli kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş 03.11.2021-ci il tarixli 4737 nömrəi arayışında göstərilmişdir ki, X3 31.12.1985-ci il tarixdə İmişli rayonu Şəmmədli kəndində vəfat etmiş və Şəmmədli kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 31.12.1985-ci il tarixdə İmişli rayonu Şəmmədli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X7 l qızının ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X2 ölüm tarixi: 31.12.1985-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-270/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-270/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver