Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2723/2025 08.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Məmişova (İmaməliyeva) Ramilə Qədir qızı, Əliyeva (İmaməliyeva) Günay Qədir qızının Cavabdeh Əliqulu oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tağıyev Hakim Əliqulu oğlu) qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı (birgə iddiaçıların nümayəndəsi) İddiaçı1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, X2, Məmişova (İmaməliyeva) Ramilə Qədir qızının, Əliyeva (İmaməliyeva) Günay Qədir qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı iddiaçıların əmlaklarından məhrum olmaları nəticəsində dəymiş 14380 manat məbləğində zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçılar cavabdehə qarşı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurduğu 14380 (on dörd min üç yüz səksən) manat məbləğində maddi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların müəyyən olunmuş hüquqlarını pozaraq, onlara maddi zərər vurmuşdur. Belə ki, iddiaçılar İmişli Rayonunun Telişli kəndində yaşayırlar və fərdi təsərrüfatdan əldə etdikləri qazancla ailənin dolanacaq xərclərini qarşılayırlar. Yaşadıqları Telişli kəndinin daxil olduğu kolxozun islahatı nəticəsində 1996-1997-ci illərdə beş nəfərdən ibarət ailə kimi onların mülkiyyətlərinə cəmi 2,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və "Torpağa Mülkiyyət Hüququna Dair" JN-0086 saylı Dövlət Aktında göstərilmiş 0086 saylı plan əsasında yeri təyin edilmişdir. 2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən istifadələrində olan torpaq sahəsi başqa bir şəxsin, yəni kənd sakini Şahid1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, 0087 saylı planda sərhədləri göstərilmiş torpaq sahəsinin hüdudları daxilində olduğu aşkar edilmiş və bundan sonra iddiaçılar həmin sahəni onlara təhvil vərərək oradan çıxmışlar. Bundan sonra müraciətləri əsasında qeyd olunan idarənin mütəxəssisləri tərəfindən 2021ci ilin sonu, 2022-ci ilin əvvəllərində ölçmə işləri aparılaraq mülkiyyətlərində olan 0086 saylı planda sərhədləri göstərilmiş onlara məxsus torpaq sahəsinin döngə koordinatları təyin edilmiş və həmin 2,12 ha torpağın Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Bunu bildikdən sonra tərəflərindən 2022-ci ilin yanvar ayından Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən çıxması və həmin sahənin təhvil verməsini dəfələrlə tələb etmələrinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamalarına baxmayaraq, bütün cəhdləri nəticəsiz qalmış, Cavabdeh iddiaçıların torpağını onlara qaytarmaqdan imtina etmiş, həmin sahə üzərində qanunsuz təsərrüfat fəaliyyətini davam etdirməklə qazanc götürmüşdür. Bunun əksinə olaraq, 2021-2025-ci illər aralığında cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə buraxılmadıqları üçün, təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməmiş, nəticədə əvvəlki illərdə torpaqdan əldə etdikləri gəlirdən məhrum edilmişlər. Məcburiyyət qarşısında qalaraq tərəflərindən 2022-ci ilin may ayında Cavabdeh qarşı "torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair iddia tələbi ilə İmişli Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmədə iddiaçıları təmsil edən İddiaçı1 və qarşı tərəfin iştirakı ilə işə baxan İmişli Rayon Məhkəməsi Cavabdeh axıradək mübahisə etməsinə baxmayaraq, 2(036)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməsini və iddiaçılara məxsus 2,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasını qət etmişdir. Bununla razılaşmayan Cavabdeh apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamaqla İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyirşdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkməsinin qətnaməsindən öz növbəsində Cavabdeh verdiyi kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-71/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaqla iddia tələbləri təmin edilmişdir. Məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra İmişli Rayon Məhkəməsi tərəfindən 2(036)-1908/2022 nömrəli icra sənədi icraya yənəldilərək təmin olunması üçün İmişli rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İmişli rayon icra və probasiya şöbəsi icra məmurunun, mütəxəssislərin, tərəflərin iştirakı ilə qanunayuğun qaydada 2,12 ha torpaq sahəsindən xx.xx.2025-ci il tarixdə Cavabdeh çıxarılmış, həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi təmin edilmişdir. İddiaçılar onlara məxsus 2,12 ha torpaq sahəsindən yalnız 2025-ci ilin iyun ayının 24-ü günündən istifadə etmək imkanına malik olmuşlar. Cavabdeh qanunsuz hərəkətləri və təqsiri nəticəsində 2021-ci ilin iyun ayından 2022, 2023, 2024-cü illərdə və 2025-ci ilin iyun ayınadək olan müddət aralığında, tam 4 il ərzində islahat nəticəsində iddiaçılara verilmiş 2,12 ha torpaq sahəsi əllərindən alınmış və təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və ailələrinin dolanacaq xərclərini qarşılamaq imkanından məhrum edilmişlər. Hər kəsə məlumdur ki, kənddə yaşayan təsərrüfat fəaliyyəti ilə məşğul olan insanların yeganə yaşamaq vasitəsi torpaqdır ki, bundan məhrum edilməklə Cavabdeh tərəfindən iddiaçılara maddi zərər vurulmuşdur. Həmin maddi zərər 2 hissədən ibarətdir. Bir tərəfdən yeganə dolanışıq mənbəyi olan torpaqdan 4 il ərzində məhrum edilməklə hər il 3500 (üç min beş yüz) manat olmaqla, iddiaçılara Cavabdeh cəmi 14000 (on dörd min) manat maddi zərər vurmuşdur. Ona görə ki, yuxarıda göstərdikləri kimi, onlar təsərrüfat fəaliyyəti nəticəsində həmin torpaqdan hər il orta hesabla 3500 manat gəlir götürmüşlər. Bundan əlavə, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçıları üçün ayrılmış subsidiyadan da Cavabdeh təqsiri üzündən 4 il ərzində məhrum edilmişlər. Halbuki, 2021ci ilə qədər iddiaçılar torpaq sahələrini hər il əkdiklərinə görə, dövlət tərəfindən xərclərin qarşılanması üçün subsidiyalar almışlar. 2021-ci ildə əkdikləri sahənin başqa şəxsə məxsus olduğunu öyrənən kimi, onu dərhal sahbinə təslim edəndən sonra cavabdeh də onların torpaqlarını özlərinə qaytarmalı olsa da, bundan imtina etmiş, nəticədə ötən 4 il ərzində aqrar subsidiyalar almaq imkanını da itirmişlər. Bununla bağlı zərəri tələblərinə daxil etmir, lakin məhkəmə qarşısında cavabdehin iddiaçılara məxsus torpaq sahəsini onlara zamanında qaytarsaydı əkib-becərəcəkləri halda, ötən 4 il ərzində dövlətdən ala biləcəkləri mümkün aqrar subsidiya məbləğinin cəminin müəyyənləşdirilməsini xahiş edirlər. Eyni zamanda davam edən uzunmüddətli məhkəmə çəkişmələri nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəmə xərcləri (dövlət rüsumu, ekspertiza xərcləri) kimi 380 (üç yüz səksən) manat məbləğində xərc çəkməli olmuşlar. Beləliklə, mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmək imkanından məhrum edilmələri və pozulmuş hüquqlarının bərpası üçün çəkdikləri xərclərlə birlikdə iddiaçılara cəmi 14380 (on dörd min üç yüz səksən) manat maddi zərər vurulmuşdur. Əgər Cavabdeh vaxtında torpaq sahəsini iddiaçılara qaytarsaydı, bu qədər xərc çəkməz, nəticədə əmlakdan məhrum edilməz və çəkdikləri xərclər şəklində onlara cəmi 14380 manat maddi zərər dəyməzdi. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları müvafiq məhkəmə aktları ilə bərpa edildikdən və tanındıqdan sonra müraciətləri əsasında daşınmaz əmlakın 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 2,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixi, ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, həmin vəsait Cavabdeh qanunla alınıb iddiaçılara ödənilməlidir. Beləliklə, cavabdeh tərəfindən 4 il ərzində torpaq sahəs qanunsuz surətdə özününküləşdirilməsi nəticəsində iddiaçılara vurduğu maddi zərər qanunvericilik qaydasında tanınmır və həmin zərərin əvəzinin zərərçəkən olaraq onlara ödənilməsinin həm hüquqi, həm də faktik əsasları mövcuddur. Ona görə də, cavabdeh tərəfindən iddiaçılara vurulmuş 14380 manat maddi zərər ondan məcburu qaydada alınaraq onlara ödənilməlidir. Həmçinin, İddiaçı1 Qarabağ müharibəsi iştirakçısı olduğua görə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən iddiaçı kimi dövlət rüsumunun ödənilməsindən azad edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı və birgə iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qonşusu Şahid1 ona dedikdən sonra o özünə məxsus torpaq sahəsini tərk etmiş və torpağı Şahid1 təhvil vermişdir. Bundan sonra, cavabdehə bildirmişdir ki, o torpaq sahəsini tərk edib onu iddiaçıya təhvil verməlidir. Cavabdeh isə neçə il torpaqdan çıxmamış, yalnız qətnamə icra olunduqdan, ölçmə işləri aparıldıqdan sonra torpağı ona təhvil vermişdir. Həmin müddət ərzində o torpaq sahəsindən istifadə edə bilməmişdir.
4. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı dövlət aktına əsasən ona verilmiş torpaqdan istifadə etmiş, lakin onun torpağının bir hissəsi başqa şəxsin torpağı ilə üst-üstə düşmüşdür. İddiaçı cavabdehdən torpağın qaytarılmasını tələb etmiş, lakin cavabdeh buna razı olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçı dörd il ona məxsus torpaq sahəsini əkə bilməmiş, iddiaçıya iddia tələbində göstərilən məbləğdə ziyan dəymişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı mübahisə olunan torpaq sahəsinə çıxarış aldıqdan sonra onun həmin torpaq sahəsindən çıxmasını bildirmiş, o da torpaq sahəsinin dövlət aktına əsasən ona məxsus olduğunu bildirmişdir. İddiaçı öz torpaq sahəsini Qismət adlı şəxsə verəndən sonra iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. Həmin vaxta kimi hər ikisi dövlət aktına əsasən onlara verilən torpaq sahəsini istifadə etmişlər. O, məhkəmə araşdırması ilə onun da yerinin müəyyən edilməli olduğunu və məhkəmə qərarı çıxandan sonra onu icra edəcəyini iddiaçıya bildirmişdir. 2025-ci ildə yekun məhkəmə aktı çıxandan sonra icra məmurları gəlmiş, ona və iddiaçıya torpaq sahələrini göstərmişlər. O, həmin vaxt qərarı icra etmiş və bir daha iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməmişdir. Məhkəmə mübahisəsi gedən zaman xx.xx.2025-ci il tarixli çıxarışı ona görə əldə etmişdir ki, ona artıq yanacaq pulu verilmirdi, torpaq sahəsi sənədi kimi çıxarışın verilməsi tələb olunurdu. O illərlə dövlət aktı ilə özünə məxsus olan torpaq sahəsindən istifadə etmişdir. Torpaqla bağlı onunla iddiaçı arasında əvvəllər heç bir mübahisə olmamışdır. Mübahisə yalnız iddiaçı tərəfindən özünə məxsus torpaq sahəsinin Şahid1 verilməsindən sonra başlamışdır. İddiaçı bundan sonra ondan tələb etmişdir ki, illərlə istifadə etdiyi torpaq sahəsini tərk etsin, o isə tərk etməmişdir. Çünki onun həmin torpaq sahəsinə dövlət aktı mövcud olmuşdur. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında bildirmişdir ki, o da cavabdehə məxsus torpaq sahəsinin mülkiyyətçilərindən biridir və çıxarışda adı qeyd olunmuşdur. Cavabdehə məxsus torpaq sahəsində 15-20 yaşlı ağaclar əkmişlər. Bunu qonşular da təsdiq edə bilərlər. İddiaçı dövlət aktı əsasında ona verilmiş torpaq sahəsindən istifadə etmişdir. İddiaçının məhkəməyə müraciəti əsasında cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi ona qaytarılmışdır. Tərəflər arasında məhkəmə mübahisəsi olan vaxt iddiaçı dəfələrlə “102” xidmətinə və digər orqanlara cavabdehin torpaqdan çıxarılması ilə bağlı şikayətlər etmiş, lakin şikayətləri təmin edilməmişdir. Yekun məhkəmə aktı icra olunan zaman cavabdeh tərəfindən aktın icrasına maneələr olmamış, məhkəmə qərarı icra edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. JN-0086 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə birgə iddiaçılar İddiaçı1, X5, X8, X6 və İddiaçı5 İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxlində 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********33 reyestr nömrəli çıxarışdan görünür ki, İmişli rayonu Telişli kəndində yerləşən 2,12 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətindədir.
11. JN-0085 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxalində 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli **********32 reyestr nömrəli çıxarışdan görünür ki, İmişli rayonu Telişli kəndində yerləşən 1,9002 ha torpaq sahəsi Cavabdeh, X1, X11, X9, X7 ümumi birgə mülkiyyətindədir.
13. İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh birgə iddiaçılar İddiaçı1, X5, X8, X6 və İddiaçı5 ümumi mülkiyyətində olan JN 0086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə son qoyulması qət edilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, birgə iddiaçılar İddiaçı1, X5, X8, X6 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası əsasında mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
15. İcraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədində qeyd edilən tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunmuş, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-1908/2022 saylı icra sənədinə xitam verilmişdir.
16. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İmişli rayonu Telişli kəndi ərazisində yerləşən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0086 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Eyni zamanda İmişli rayonu Telişli kəndi ərazisində yerləşən 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0085 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
17. Məhkəmə mübahisələri gedən zaman iddiaçı və cavabdeh ayrı-ayrılıqda müraciət edərək torpaq sahələrinə çıxarışlar əldə etmişlər. Belə ki, məhkəmə tərəfindən çıxarışların verilməsinə əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X18 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, istinad olunan dövlət aktları əsasında müvafiq olaraq iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə **********33 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli, cavabdehə isə xx.xx.2025-ci il tarixli **********32 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
18. Məhkəmə aşağıdakı səbəblərdən hazırki iddianı əsassız hesab edir.
19. İşdən görünür ki, iddiaçı və cavabdeh onlara faktiki olaraq torpaq sahəsi ayrıldığı vaxtdan-1996-1997-ci illərdən etibarən torpaq sahəsindən istifadə etmişlər, kənd təsərrüfatı məhsulları əkib becərmişlər. İddia ərizəsinin dəlillərindən və iddiaçının izahatlarından görünür ki, mübahisə 2021-ci ildə iddiaçı ilə qonşu torpaq sahəsində yerləşən Şahid1 məxsus torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılan zaman Şahid1 və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən olunmasından sonra başlamışdır. Belə ki, JN-0086 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan İmişli rayonu Telişli kəndi ərazisində yerləşən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən həmin torpaq sahəsinin kənd sakini Şahid1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində olduğu aşkar edilmiş və İddiaçı1 və onun ailə üzvləri həmin sahəsini Şahid1 təhvil vərərək torpaq sahəsindən çıxmışlar. Daha sonra reyestr xidmətinin əməkdaşları tərəfindən ölçmə işləri aparılaraq iddiaçılara məxsus 2,12 ha torpaq sahəsinin cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. İddiaçı1 bundan sonra Cavabdeh və onun ailə üzvlərinə müraciət edərək onlara məxsus torpaq sahəsini tərk etməli olduqlarını, həmin torpaq sahəsinin hazırda ona məxsus olduğunu bildirmişdir. Cavabdeh isə özünə məxsus torpaq sahəsini tərk etməmiş, məhkəmə iclaslarında bunu onunla izah etmişdir ki, o həmin torpaq sahəsinin illərlə mülkiyyətçisi olmuş, mübahisəsiz torpaqdan bəhrələnmişdir. Şahid1 torpaq sahəsi ilə bağlı ölçmə işləri aparılarkən, cavabdeh orda iştirak etməmişdir. İddiaçı özünə aid torpaq sahəsini tərk etməməmli, daha sonra isə cavabdehdən torpaq sahəsi tələb etməməli idi. Lakin məhkəmə mübahisəsi başladıqdan və tam həllini tapdıqdan sonra, o məhkəmə qətnaməsinin icrası qaydasında torpaq sahəsini tərk etmişdir. Bu əsasla o iddiaçıya heç bir ziyan vurmamışdır. Hətta həmin məhkəmə mübahisəsi davam edən zaman o özünün torpaq sahəsində əkin-biçin işləri aparmış, ona məhkəmələr bildirmişlər ki, məhkəmə mübahisəsi gedən dövrdə torpağını əkə bilər. Yəni onun iddiaçıya ziyan vuran heç bir qərəzli hərəkəti olmamışdır.
20. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh birgə iddiaçılar İddiaçı1, X5, X8, X6 və İddiaçı5 ümumi mülkiyyətində olan JN 0086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə son qoyulması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.xx.xx.2025-ci il tarixdə qətnamə icraya yönəldilmiş, xx.xx.2025-ci il tarixdə icra sənədində qeyd edilən tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)- 1908/2022 saylı icra sənədinə xitam verilmişdir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Növruzəli oğlu izahatında göstərmişdir ki, tərəflər arasında yaranmış mübahisədən əvvəl, iddiaçılar başqa torpaq sahəsindən istifadə etmişlər. Lakin 2021-ci ildə Qismət adlı şəxs iddiaçıların əkdikləri torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, iddiaçılar da həmin torpaq sahəsini Qismətə vermişlər. Daha sonra iddiaçılar cavabdehin istifadə etdiyi torpaq sahəsinin onların mülkiyyəti olduğunu bildirmiş və torpaq sahəsini tələb etmişlər. İş üzrə yekun qərar çıxdıqdan sonra 2025-ci ildə icra məmurları torpaq sahəsində ölçmə işləri aparmış və iddiaçılara torpaq sahəsini vermişlər. Həmin vaxt cavabdeh tərəfindən torpağın verilməsinə etiraz edilməmiş, maneələr yaradılmamışdır.
22. İddiaçılar hazırda cavabdehin hərəkətləri nəticəsində onlara dəymiş real zərərin o cümlədən, əldə çıxmış faydanın ödənilməsini tələb edirlər. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçılara məxsus torpaq sahəsini istifadə etdiyi üçün iddiaçılar həmin dövrdə pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərcləri, həmçinin hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirləri, yəni ümumilikdə 14380 manat məbləğində zərərin ödənilməsini tələb edirlər.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir.
24. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hallar üzrə onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyil.
25. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Mülki qanunvericiliyin müddəalarından aydın olur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməl hüquqa zidd olmalı, əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir.
27. Həmçinin qeyd edilməlidir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Cavabdeh məhz ona verilmiş dövlət aktı əsasında olan koordinatlara uyğun torpaq sahəsində yerləşdiyini bildirmiş, 30 il müddət ərzində mülkiyyətçisi olduğu torpaq sahəsini yalnız iddiaçının tələbinə görə təhvil verməkdən imtina etmiş, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra isə icra mərhələsində qeyd-şərtsiz torpaq sahəsini təhvil verib çıxmışdır. Cavabdehin özünün mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsində onun təqsiri və iddiaçılara zərər vurulmasına gətirib çıxaran hərəkətləri müəyyən edilmir. Belə ki, İmişli rayon Aqrar İslahat Komissiyası tərəfindən ona göstərilmiş torpaq sahəsindən istifadə etmiş və torpaq bölgüsü aparılan zaman bununla bağlı mübahisə mövcud olmamışdır.
28. İddiaçının iddia ərizəsinin digər bir dəlili isə onunla bağlı olmuşdur ki, davam edən uzunmüddətli məhkəmə çəkişmələri nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəmə xərcləri (dövlət rüsumu, ekspertiza xərcləri) kimi 380 (üç yüz səksən) manat məbləğində xərc çəkməli olmuşlar. Məhkəmə iddianı həmin hissədə də əsassız hesab edir. Belə ki, MPM-in 107, 115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. İddiaçı həmin məbləği tələb edərkən ona istinad etmişdir ki, mütəxəssis rəylərinin verilməsi ilə bağlı əvvəlki məhkəmə icraatları üzrə ödəmələr etmişdir. Məhkəmə bu dəlillə bağlı ilk öncə qeyd edir ki, qəbul olunmuş məhkəmə qətnamələri ilə həmin iş üzrə Cavabdeh ekspertiza xərcləri tutulmuş və həmin hissədə məhkəmə qətnaməsi icra olunmuşdur. Mütəxəssis rəylərinə gəlincə isə məhkəmə qeyd edir ki, iddiaçının öz təşəbbüsü ilə mütəxəssislərə müraciət etməsi və həmin işlər üzrə rəylərin alınması hazırda həmin məbləğin cavabdehdən tutulması üçün əsas deyildir. Qəbul olunmuş məhkəmə qətnamələrində də həmin mütəxəssis rəylərinə istinad olunması müəyyən olunmamışdır.
29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülsaba Ağayeva.