Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2724/2023 18.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı izahatında göstərmişdir ki, atası X10 ürək tutması səbəbindən xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 16 ünvanında vəfat etmiş və Rəsullu kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X3 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/69-408 nömrəli arayışa əsasən xx.xx.1961-ci ildə İmişli şəhərində anadan olmuş X1 Fitat Həmzə qızından və X7 törəmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2374 nömrəli arayışında göstərilmişdir ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur İşdə olan İmişli MRX PHŞ Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təcili yardımın qeydiyyat vərəqinə əsasən xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 16 ünvanına çıxış olmuş və xx.xx.1961-ci il təvəllüdlü X3 həkimə qədər ölmüş meyiti aşkar edilmişdir. İşdə olan İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə İN tərəfindən təsdiq olunmuş İmişli şəhər sakinləri, X11, X8 və X2 tərəfindən tərtib edilmiş akta əsasən X10 03 iyul 2023-cü il tarixdə İmişli şəhərində vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: xx.xx.2023-cü il; öldüyü yer: İmişli şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2724/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2724/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver