Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-284/2022 26.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 03.02.1971ci il X1 17.12.2020-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı 03.02.1971-ci il X2 ailə üzvləri ilə birlikdə İmişli rayonunda yaşamış və 17.12.2020-ci il tarixdə yaşadığı evdə dəm qazından boğularaq vəfat etmişdir. İmişli rayon prokurorluğunda onun ölməsi ilə bağlı araşdırma aparılmış və dəm qazından boğularaq vəfat etməsi öz təsdiqini tapmışdır. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Ona görə də, 03.02.1971ci il X1 17.12.2020-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Maraqlı şəxs AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 03.02.1971-ci ildə Füzuli şəhərində anadan olmuşdur. İşdə olan İmişli rayon Prokurorluqunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.01.2021-ci il tarixli qərarının surətinə əsasən İmişli rayonunda 03.02.1971-ci il X2 17.12.2020-ci il tarixdə İmişli rayonunda yaşadığı evdə dəm qazından boğularaq vəfat etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 03.02.1971-ci il X1 17.12.2020-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən 03.02.1971-ci il X1 ölüm tarixi: 17.12.2020-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-284/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-284/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver