Məhkəmə qərarları › İş №2(036)-2840/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2840/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2840/2020 14.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X4 xx xxxx 1999-cu il tarixdə İmişli rayonu Qızılkənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, qardaşı X7 xx xxxx 1999-cu il tarixdə İmişli rayonu Qızılkənd kəndində vəfat etmişdir. O, İmişli rayonu Qızılkənd kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıq nəticəsində onun ölüm faktı qeydə alınmamışdır. Qardaşına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin mərhumun ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Onun ailə üzvlərinə məxsus pay torpaq sahəsinə aid dövlət aktında mərhum oğlunun adı da qeyd olunduğundan onun ölümünün qeydə alınması zəruridir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon Qızılkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1992-ci ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuşdur. X3, anası X1r. İş materiallarında olan İmişli RİHB X6 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 475 saylı arayışdan görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü X2 rayonu Qızılkənd kəndində doğulmuşdur, xx xxxx 1999-cu ildə vəfat etmiş və Qızılkənd kənd qəbirstanlığında dəfn edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X7 xx xxxx 1999-cu il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X4 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş X4 xx xxxx 1999-cu ildə İmişli rayonu Qızılkənd kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş X4 xx xxxx 1999-cu il tarixdə İmişli rayonu Qızılkənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar