Məhkəmə qərarları › İş №2(036)-2877/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2877/2025

11.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2877/2025 11.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 avqust 2025-ci il tarixli MŞS/ MT-23/2025- 01121 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun rəsmi nikahda olduğu Maraqlı şəxs iki uşağı var. xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2. Qeyd edir ki, Maraqlı şəxs münasibətləri uyğun gəlmədiyi üçün o, məhkəməyə hazırlıq üçün mediasıya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatorun qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə barışıq sazişi bağlamışdır. Maraqlı şəxs onun himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 300 manat olmaqla, iki uşağa görə 600 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüş və barışıq sazişini imzalamışdır. Qeyd edir ki, hazırda Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Hazırda uşaqlar maddi cəhətdən əziyyət çəkirlər. Ərizəçi məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs kimi Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçiriləm Tam medasiya zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. a) Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşağa 300 (üç yüz) manat, ümümilkidə 600 manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öhdəlik götürdü. b) Aliment məbləği Ərizəçi təqdim etdiyi **********729805 nömrəli bank hesabına ikinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcək. 2. Tərəflərin qəbul etdikləri qərarı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, AZ-İİ 133890 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 710 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Ağalarova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı, 970234 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 206094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçiriləm Tam medasiya zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. a) Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşağa 300 (üç yüz) manat, ümümilkidə 600 manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öhdəlik götürdü. b) Aliment məbləği Ərizəçi təqdim etdiyi **********729805 nömrəli bank hesabına ikinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcək. 2. Tərəflərin qəbul etdikləri qərarı öz imzaları ilə təsdiq etmişlər. Sazişin 5-cı bəndinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İmzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il -cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT-023/2025-01121 saylı, xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıda göstərilən bəndi – hissəsi məcburi icra üçün təsdiq edilsin: a) Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşağa 300 (üç yüz) manat, ümümilkidə 600 manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öhdəlik götürdü. b) Aliment məbləği Ərizəçi təqdim etdiyi **********729805 nömrəli bank hesabına ikinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar