Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-290/2025 21.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: ölümün qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı ərizəçinin oğlu X5 xx.xx.1996-cı il tarixdə İmişli rayonu, Hacırüstəmli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin oğlu X5 xx.xx.1996-cı il tarixdə İmişli rayonu, Hacırüstəmli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X9 xx.xx.1996-cı il tarixdə yaşadıqları İmişli rayonu, Hacırüstəmli kəndində yerşələn evlərində xəstəlikdən vəfat etmiş və onu İmişli rayonunun Hacırüstəmli kənd qəbristanlığında dəfn etmişlər. Savadsızlıqları ucbatından onun ölümünü və doğumu qeydə aldırmamışlar. Ərizəçi maraqlı şəxsə mərhum oğluna ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir, lakin İmişli rayon Qeydiyyat şöbəsində bildirmişlər ki, mərhumun ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. Həmin faktın müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Hazırda torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında oğlunun adı qeyd olunduğundan alqısatqını rəsmiləşdirə bilmir. Bu səbəbdən oğlunun ölümünün qeydə alınması zəruridir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X4 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid X6 ifadəsində bilmişdir ki, ərizəçi onun həmkəndlisidir. X2 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Dəfn və hüzür məclisində iştirak etmişdir.
7. Məhkəmə iclasında şahid X7 ifadəsində bilmişdir ki, ərizəçi onun qardaşıdır. X2 qardaşının oğludur. O, xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Dəfn və hüzür məclisində iştirak etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
10. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İX-ЖГ seriyalı 396191 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə İmişli rayonunda doğulmuş, atası Ərizəçi, anası X3r.
12. İmişli Rayon İcra Hakimiyyətinin başçısının Hacırüstəmli kəndi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X9 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və İmişli rayonunun Hacırüstəmli kənd qəbiristanlığında dəfn olunmuşdur.
13. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi isə qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mərhum, X5 ölümünün qeydə alınmasından imtina edilmişdir.
14. 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-41xx/xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasrnın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 1U6) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alna bilər. Ölümü təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
15. İşin müəyyən edilən hallarından görünür ki, X9 xx.xx.1996-cı il tarixdə ölmüş və o, İmişli rayonunun Hacırüstəmli kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir.
16. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X5 xx.xx.1996-cı il tarixdə İmişli rayonu Hacırüstəmli kəndi ərazisində ölməsi faktı müəyyən edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə İmişli rayonunda doğulmuş X5 xx.xx.1996-cı il tarixdə İmişli rayonu Hacırüstəmli kəndi ərazisində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1983-cü il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev