Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2948/2025 10.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İmanov X6 Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Mərhum anası xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2024-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum anasının ölüm sənədi tələb olunur. O, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum anasının ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərmişdir. Ona İmişli Rayon Məhkəməsinə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət görmüşdürlər. O, tibbi şəhadətnamə almaq üçün İmişli Rayon Mərkəzi Xəstəxanası PMH-nə müraciət etmiş, oradan ona həmin sənədinin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyi məsləhət bilmişdirlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin dəlilləri ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İ-ЖГ seriyalı 305012 nömrəli xx.xx.1971-ci il tarixli doğum haqqında haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonu, Bir-May qəsəbəsində doğulmuş, atası X5, anası X2r. İ-ИЕ seriyalı, 349946 nömrəli xx.xx.1968-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 xx.xx.1968-ci ildə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada İmanova soyadı verilmişdir. AZE seriyalı 03642232 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1948-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 18-1-46/2-İ-11xx-xx- 1513/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, 1948-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, X1 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 479 nömrəli arayışa əsasən, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Bəhrəmtəpə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X4 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X4 xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə anasının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması və sənədləşmə işləri üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-2948/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2948/2025
10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver