Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3057/2025 23.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə müəyyən olunur ki, iddiaçının əkib-becərdiyi torpaq sahəsində cavabdehin heyvanları əkini tapdamışlar.
2. X1 Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Xoşçobanlı adlı kolxozda aqrar islahat aparılan Xoşçobanlı kənd sakini vaxt İddiaçı 1.10 ha həyətyanı torpaq sahəsi Komissiya tərəfindən ölçülüb, lakin torpağın xəritəsi texniki səhv nəticəsində çəkilməmiş və şəhadətnaməsi verilməmişdir. Məktubda şəhadətnamənin verilməsində köməklik göstərilməsi xahiş olunmuşdur.
3. İmişli Rayon Polis şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
4. Vecon Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən iddiaçıya vurulmuş zərər aşağıdakı kimi hesablanmışdır: Şum - 70,0 AZN, Səpin 1,1 ha-30,0 AZN, Toxum - 1 ha 30 kqx40AZN = 120,0 AZN, Kanal açma - 20,0 AZN, Suvarma - 30,0 AZN, Biçim - 35 AZN- Cəmi xərclər - 305,0 AZN, 1-ci biçim (daşınma 0,35 AZN) 200 press - 200 x 0,35 = 70,0 AZN, 2-ci ci biçim (daşınma 0,35 AZN) 120 press - 120,0 x 0,35 = 42,0 AZN, 3-cü biçim (daşınma 0,35 AZN) 100 press - 100,0 x 0,35 = 35,0 AZN, Cəmi daşınma və kipləmə: 147,0 AZN, 1-ci biçim: 200,0 x 2,2 = 440,0 AZN, 2-ci biçim: 120,0 x 2,6 = 312,0 AZN, 3-cü biçim: 100,0 x 3,5 = 350,0 AZN, Cəmi: 1102,0 AZN, Yekun: 305,0 + 147,0 + 1 102,0 = 1 554,0 AZN.
İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.
5. İddiaçı cavabdehə qarşı 1200 manat məbləğində vurulmuş ziyanın, ödənilmiş 35 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xoşçobanlı kəndində yerləşən özünə məxsus 1.10 ha torpaq sahəsində yonca əkmişdir. İmişli rayon Xoşçobanlı kənd sakini olan Cavabdeh öz iribuynuzlu heyvanlarını onun yonca sahəsinə buraxaraq 1.10 ha yonca sahəsini otarıb və nəticədə ona 1200 manat ziyan vurub. Hər yonca çalımı vaxtı ən azı həmin sahədən 100 pres götürürdü. Hazırda cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində həmin sahədən 3 çalım press götürə bilməmişdir. Nəticədə ümumlikdə cavabdeh ona 300 ədəd press və ya onunn dəyəri olan 1200 manat ziyan vurmuşdur. Cavabdehin onun yonca sahəsini otarması barədə yerli orqanlara xəbər verdi, onlar gəlib həmin hadisənin şahidi oldular. Bundan başqa, hadisə ilə bağlı İmişli RPŞ-ya müraciət etdim oradan mənə məhkəməyə müraciət edilməsi məsləhət görüldü. Hazırda cavabdehdən vurduğu ziyanı tələb etsə də, o dəymiş ziyanı ödəmir. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə şifahi etiraz edərək təmin olunmamasını xahiş etmişdir. c) məhkəmə icraat iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, əvvəllər o həmin ərazidə yaşamış, daha sonra kəndə köçmüşdür. Hər il bələdiyyəyə suvarma üçün pul ödəmişdir. Cavabdehə dəfələrlə bildirmişdir ki, heyvanları onun əkinini məhv edir. Lakin cavabdeh ona məhəl qoymamış, kobudluq etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçının torpaq sahəsinə onun heyvanları girmişlər, 15 dəfəyə yaxın 4 baş iribuynuzlu heyvan sahəyə girmişlər. Evdə ola bilmədiyindən, heyvanlara nəzarət edə bilməmişdir. Lakin iddiaçıya dəymiş ziyan iddia olunan qədər deyil. Belə ki, həmin sahədə o qədər yonca bitmir, torpaq məhsuldar deyildir, orda su olmur. İddiaçı qeyd edilən qədər yonca yığması ilə bağlı yalan deyir. Hazırda iddiaçıya 30-40 press yonca verməyə hazırdır. Ümumiyyətlə torpaq sahəsi iddiaçıya məxsus deyildir, bələdiyyə torpağıdır. Tətbiq edilən hüquq:
9. Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Hazırda baxılan iş üzrə iddia tələbi cavabdehin heyvanları tərəfindən iddiaçıya dəymiş maddi zərərin ödənilməsi ilə bağlıdır.
13. İşin mübahisəsiz halıdır ki, cavabdehə məxsus heyvanlar iddiaçının əkin-biçin etdiyi torpaq sahəsinə girmişlər. Cavabdeh bu halı etiraf etmiş, bildirmişdir ki, onun 4 iribuynuzlu heyvanı təqribən 10-15 dəfə həmin torpaq sahəsinə daxil olmuşlar. Lakin iddiaçı şişirdilmiş məbləğ tələb edir.
14. İddiaçının bu halla bağlı Polisə müraciəti də təsdiq edir ki, nəzarətsiz heyvanların əkin sahəsinə daxil olması nəticəsində iddiaçıya ziyan dəymişdir.
15. 11.12.2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən Meliorasiya xidmətinə 10 manat ödəniş edilmişdir.
16. Hazırda mübahisə dəymiş ziyanın məbləği ilə bağlıdır. Məhkəmə iclasında hər iki tərəf zərərin məbləğinin müəyyən olunması üçün ekspertiza təyin olunmasını xahiş etmişlər.
17. Məhkəməyə daxil olmuş mütəxəssi rəyində nəzəri hesablama ilə iddiaçıya dəymiş ziyanın 1554 manat olduğu müəyyən olunmuşdur.
18. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, torpaq sahəsinin əkinə yararlı olmaması ilə bağlı cavabdehin bildirdikləri əsassızdır. Belə ki, o torpaq sahəsini suvarmaq üçün hər il 10 manat olmaqla ödəniş etmişdir. Bu halı bələdiyyə sədri də təsdiqləyə bilər.
19. İddiaçının vəsatəti ilə şahid qismində çağırılmış qonşu Şahid2, Xoşçobanlı bələdiyyəsinin sədri Şahid1 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı bildirmişdir ki, qonşu məhkəmə iclasında şahid qismində ifadə vermək istəməmişdir.
20. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
21. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
22. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
23. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
24. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
25. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
26. Mütəxəssis rəyindən görünür ki, çəkilmiş xərclər, daşınma, presin qiyməti daxil olmaqla ümumilikdə dəymiş ziyan 1554 manat qiymətləndirilmişdir.
27. Məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyini tərəflərin izahatı ilə qarşılıqlı müqayisə edərək zərərin məbləğinin müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. İddiaçı hər çalımda sahədən 100 press yonca götürdüyünü qeyd etmişdir. Rəydən görünür ki, 1-ci biçimdə 200 press, 2-ci biçimdə 120 press, 3-cü biçimdə 100 press yonca götürülməli olmuşdur. Yəni iddiaçının 1-ci biçimdə 100 press götürməsi barədə bildirməsi onu deməyə əsas verir ki, torpaq cavabdehin bildirdiyi kimi, məhsuldar olmamışdır. Rəydə ilk çalımda 200 press götürülməli olduğu müəyyən olunsa da, iddiaçı 100 press götürdüyünü bildirmişdir. Buna müvafiq olaraq növbəti çalımların da hər dəfə 100 press deyil, 2-ci biçimdə 60 press (rəydə 120 press), 3-cü biçimdə 50 press (rəydə 100 press) olduğu müəyyən olunur. İddiaçı məhkəmə iclasında ilk biçimi götürdüyünü bildirmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının 2 və 3-cü biçimdə yararsız hala düşmüş preslərinin sayı 110, dəyəri isə 331 manat müəyyən olunur. (60x2.6=156, 50x3.5=175, 156+175=331) Buna müvafiq olaraq, iddiaçının ilk biçimi götürməsi nəzərə alınmalı, rəydə çəkilmiş xərclər və daşınma xərcləri 1/3 hissədə azaldılmalıdır. Yəni, daşınma və xərclər hissəsi iddiaçının ilk pressi götürməsi nəzərə alınmaqla, müvafiq olaraq xərclər üçün 202 manat (305 manat ümumi xərc-101 manat ilk çalıma sərf olunmuş xərc=202), daşınma və kipləmə üçün 98 manat (147 manat üç çalım üçün - 49 manat ilk çalım üçün=98) sərf etdiyi müəyyən olunur.
28. Beləliklə, rəy nəzərə alınmaqla, 2 və 3-cü biçimdə yararsız hala düşmüş preslərin sayı 110, dəyəri isə 331 manat, çəkilmiş xərclər 202 manat, daşınma və kipləmə xərci 98 manat, dəymiş ziyan cəmi 631 manat müəyyən olunur.
29. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 30 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
31. Vecon Consulting MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, dəymiş zərərin müəyyən olunması üçün aparılmış qiymətləndirmə üzrə xidmət haqqı 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 400 manat xərcin 200 manatı iddiaçıdan, 200 manatı cavabdehdən tutularaq Vecon Consulting MMCnin hesabına ödənilməlidir.
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 631 (altı yüz otuz bir) manat pul, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 200 manat hissəsi İddiaçı, 200 manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-nin VÖEN: **********, "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22, AZ11PAHA35090AZNHC********** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsaba Ağayeva.