Məhkəmə qərarları › İş №2(036)-3114/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3114/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3114/2025 17.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İmişli Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 27 avqust 2025-ci il tarixdə İmişli rayonunun, Çaxırlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Mərhum atası xx.xx.1949-cu il təvəllüdlü X4 xəstə olmuşdur. 27 avqust 2025-ci il tarixdə gecə vaxtı yaşadıqları İmişli rayonu, Çaxırlı kəndində yerləşən evlərində onun vəziyyəti qəflətən ağırlaşmış və vəfat etmişdir. Mərhumu İmişli rayonu, Çaxırlı kənd qəbiristanlığında dəfn etmişdirlər. Mərhum atasının ölümü vətəndaşlıq vəziyyəti qeydiyyatı orqanlarında qeydiyyata alınmamışdır. Hazırda vərəsəlik və digər zəruri məsələlərin həlli üçün atasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Müraciətinə İmişli Rayon Mərkəzi xəstəxanasının 09 sentyabr 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhum X1 və ambulator baxış olmadığı üçün tibbi ölüm sənədi vermək mümkün deyil. Onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Atasının ölüm şəhadətnaməsi almaq istədikdə İmişli rayon qeydiyyat şöbəsi ölümün qeydə alınmasından imtina haqqında 25 sentyabr 2025-ci il tarixli rəy verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin dəlilləri ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949cu ildə İmişli şəhərində doğulmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 18-1-46/2-X-10xx-xx- 1512/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, 1949-cu il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, X4 xx.xx.2025-ci il tarixdə öz evində vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə Çaxırlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X4 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etmiş və Çaxırlı kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə atasının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması və sənədləşmə işləri üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar