Məhkəmə qərarları › İş №2(036)-3373/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3373/2025

22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3373/2025 22.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Maraqlı şəxs Qeydiyyat şöbəsinə qarşı "şəxsin vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları X3 Ərizəçi atasıdır. AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.1937-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində doğulmuşdur. İmişli rayon İHB-nın Rəsullu kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 570 nömrəli arayışa əsasən, X3 xx.xx.2025-ci il tarixdə saat 13:00-da öz evində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Rəsullu kənd qəbiristanlığında dəfn olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 15 oktyabr 2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mərhum 1937-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamə (TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X1 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan X6 X4 xx.xx.2025-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə xəstə X2 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş, həkimə qədər ölüm aşkar olunmuşdur. Ərizəçinin tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs İmişli Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2025-cü ildə vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. Hazırda sənədləşmə işləri ilə əlaqədar atası X1 ölüm sənədi lazımdır. O, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum atası X1 ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin Qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün olmamışdır. Ərizəyə etiraz Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraat iştiakçılarının izahatları Məhkəmə iclasında ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, bəzi sənədlərin rəsmiləşdirilməsi üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X3 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində vəfat etmiş və həmin kənddə dəfn olunması faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə İmişli rayonu Rəsullu kənində ölməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə İmişli rayonu Rəsullu kənində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar