Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3397/2025 29.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsi vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi, Təsviri hissə: Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1998ci il təvəllüdlü X7 xx.xx.2013-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun mərhum oğlu xx.xx.1998-ci il təvəllüdlü X10 22 noyabr 2013-cü ildə İmişli rayonu, Çaxırlı kəndində vəfat etmiş və İmişli rayonu, Çaxırlı kənd qəbristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum oğlunun ölüm sənədi tələb olunur. O, İmişli "Asan xidmət’" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum oğlunun ölümü qeydə alınsın və ona ölüm haqqında şəhadətnamə verilsin. Lakin Qeydiyyat şöbəsi bundan imtina r ə y i vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilib. Ona məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün deyildir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1998-ci il təvəllüdlü X7 22 noyabr 2013-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi dəqiqləşdirilmiş ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, ölən şəxsin – X7 qonşusudur. O, X7 2013-cü il tarixdə İmişli rayonunda vəfat etdiyini və Çaxırlı kənd qəbiristanlığında dəfn olunduğunu bildirdi. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, ərizəçi X4 ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X7 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 10944994 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İmişli rayon İHB-nın Qızılkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 rayonu, Qızılkənd kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan X1, X8, X2, X9 və Ərizəçi iştirakı ilə İmişli rayon İHB-nın Qızılkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Çaxırlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan İmişli Rayon Hərbi Komissarlığının 068580 nömrəli vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X7 22 noyabr 2013-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, oğlunın adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi oğlu X7 22 noyabr 2013-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, şahid ifadəsi, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X7 22 noyabr 2013-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər" dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X7 22 noyabr 2013-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X7 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud