Məhkəmə qərarları › İş №2(036)-3427/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3427/2022

26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3427/2022 26.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X2 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, əri X2 xx.xx.2022-ci il tarixdə İmişli rayonunun Qaralar kəndində vəfat etmiş və Qaralar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X2 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X1 surətinə əsasən Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 16012685 nömrəli AR X1 surətinə əsasən X4 xx.xx.1965-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİİ-JQ № 488697 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.1965-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ 433117 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi X4 ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli RİHB-nin Qaralar kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 369 nömrəli arayışında göstərilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Qaralar kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X2 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X2 ölüm tarixi: xx.xx.2022-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar