Məhkəmə qərarları › İş №2(036)-359/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-359/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-359/2024 01.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X6 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, atası X12 xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və İmişli rayonu, Əliqulular kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1946-cı ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş X1 Humayə Usub qızından və X9 törəmişdir. İşdə olan İmişli Mənzil Kommunal X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 52 nömrəli arayışında göstərilmişdir ki, X13 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və İmişli rayonu, Əliqulular kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqinə əsasən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına çıxış olmuş və xx.xx.1946-cı il təvəllüdlü X6 həkimə qədər ölmüş meyiti aşkar edilmişdir. İşdə olan İmişli Mənzil Kommunal X2 tərəfindən təsdiq olunmuş İmişli şəhər sakinləri, X3, X10 və X11 tərəfindən tərtib edilmiş akta əsasən X12 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və İmişli rayonu, Əliqulular kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X6 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X6 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X6 ölüm tarixi: xx.xx.2023-cü il; öldüyü yer: Bakı şəhəri qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar