Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-366/2022 18.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 20 yanvar 2000-ci ildə İmişli rayonu, Məzrəli kəndində vəfat etməsi faktının məyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X5 onun qardaşı qızıdır. X1 20 yanvar 2000-ci ildə İmişli rayonu, Məzrəli kəndində vəfat etmişdir. Həmin vaxt mərhum qızı yaxın qohum və qonşuların iştirakı ilə rayon qəbirstanlığında dəfn edilmişdir. Lakin qızın vəfatı barədə həkimdən arayış almamışdır. Hazırda isə qızının ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qızının ölümü haqqında həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ona qızının ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, X5 Ərizəçi qızıdır. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 01 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, X1 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 25 noyabr 2021-ci il tarixli, 05/69-507 saylı arayışından görünür ki, X5 03 iyul 1993-cü il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, atası Ərizəçi, anası X2r. İşdə olan İmişli RİHB-nın Məzrəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli 1294 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı X5 20 yanvar 2000-ci il tarixdə vəfat etmiş və İmişli rayon Məzrəli kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan 30 noyabr 2021-ci il tarixli aktdan görünür ki, həmin akta imza edənlər X4. X6, X7, X10 və X11 Ərizəçi qızı X1 20 yanvar 2000-ci il tarixdə vəfat etməsini təsdiq etmişlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X5 20 yanvar 2000-ci il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 iyul 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş X1 20 yanvar 2000-ci ildə İmişli rayonunun Məzrəli kəndində vəfat etməsi faktı məyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 03 iyul 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş X1 20 yanvar 2000-ci ildə İmişli rayonunun Məzrəli kəndində vəfat etməsi faktı məyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-366/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-366/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver