Məhkəmə qərarları › İş №2(036)-367/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-367/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-367/2023 01.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızları 11 noyabr 1989-cu il təvəllüdlü X2 04 iyun 2007-ci ildə və 11 yanvar 1988-ci il təvəllüdlü X1 08 sentyabr 2007-ci ildə İmişli rayonunun Xubyarlı kəndində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, qızları 11 noyabr 1989-cu il təvəllüdlü Aytən Mustafayeva 04 iyun 2007-ci ildə və 11 yanvar 1988-ci il təvəllüdlü Elnarə Mustafayeva 08 sentyabr 2007-ci ildə İmişli rayonunun Xubyarlı kəndində yerləşən evində vəfat etmiş və yaxın qohum və qonşuların iştirakları ilə Çaxırlı kənd qəbristanlığında dəfn edilmişlər. Səhlənkarlıqdan onların ölümünü qeydə aldırmamışlar. O, qızlarına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Xİİİ-JQ 415774 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 noyabr 1989-cu ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İş materiallarında olan Xİİİ-JQ 290704 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 yanvar 1988-ci ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nın Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 1032 nömrəli arayışdan görünür ki, X3 08 sentyabr 2007-ci il tarixdə vəfat etmiş və İmişli rayon Çaxırlı kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan İmişli RİHB-nın Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 1031 nömrəli arayışdan görünür ki, X4 04 iyun 2007-ci il tarixdə vəfat etmiş və İmişli rayon Çaxırlı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 02 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, X2 və X1 ölümü haqqında həkim rəyi olmadığına görə onlara ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, ərizəçinin qızları X4 04 iyun 2007-ci il tarixdə və X3 08 sentyabr 2007-ci il tarixdə vəfat etmişlər, lakin onların ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 noyabr 1989-cu ildə anadan olmuş X2 04 iyun 2007-ci il tarixdə və 11 yanvar 1988-ci ildə anadan olmuş X1 08 sentyabr 2007-ci il tarixdə İmişli rayonunun Xubyarlı kəndində vəfat etmələri faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 noyabr 1989-cu ildə anadan olmuş X2 04 iyun 2007-ci il tarixdə və 11 yanvar 1988-ci ildə anadan olmuş X1 08 sentyabr 2007-ci il tarixdə İmişli rayonunun Xubyarlı kəndində vəfat etməsləri faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar