Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3692/2025 08.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Beyləqan 6 saylı ərazi idarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzi, Azərbaycan Respublikası Cavabdeh2, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh4, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma özbaşına çəkilmiş tikanlı məftilin sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə, təkrar qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma, təkrar 0.40 ha torpaq sahəsinin çəpərinin içinə tikdiyi tikilinin öz hesabına sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qəran əsasında mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnaməsi və baş vermiş hüquq pozmalarının araşdırılması üçün xüsusi qərardad çıxarılması, ödənilmiş dövlət rüsumunun ona qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Beyləqan 6 saylı ərazi idarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzi, Azərbaycan Respublikası Cavabdeh2, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh4, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma özbaşına çəkilmiş tikanlı məftilin sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə, təkrar qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma, təkrar 0.40 ha torpaq sahəsinin çəpərinin içinə tikdiyi tikilinin öz hesabına sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qəran əsasında mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnaməsi və baş vermiş hüquq pozmalarının araşdırılması üçün xüsusi qərardad çıxarılması, ödənmiş dövlət rüsumunun ona qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Məhkəmə qeyd edir ki, iddia ərizəsi bir sıra nöqsanlarla məhkəməyə verilmişdir. Belə ki, cavabdehlər siyahısında 8 cavabdeh göstərilsə də, onların hər birinə qarşı yönələn tələb konkretləşdirilməmişdir. İddia ərizəsinin məzmunu özü-özlüyündə qeyrimüəyyəndir. Bir neçə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının məhkəmədən xahişi, son olaraq qəbul olunacaq qətnamə ilə hansı mübahisənin həll olunmalı olduğu bəlli deyildir. Həmçinin cavabdehlərlə bağlı eyniləşdirmə məlumatları (149.2.2) da qeyd olunmamışdır. İddiaçıların iddia ərizəsinin dəlillərindən görünür ki, aşağıdakı tələblər irəli sürülmüşdür: - qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma - özbaşına çəkilmiş tikanlı məftilin sökülməsi, - İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə, - təkrar qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma, - təkrar 0.40 ha torpaq sahəsinin çəpərinin içinə tikdiyi tikilinin öz hesabına sökülməsi, - İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qəran əsasında mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnaməsi - baş vermiş hüquq pozmalarının araşdırılması üçün xüsusi qərardad çıxarılması İddia tələbi aşağıdakı cavabdehlərə qarşı irəli sürülmüşdür: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Beyləqan 6 saylı ərazi idarəsi, - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzi, - Azərbaycan Respublikası Cavabdeh2, - İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh4, - İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh5, - Cavabdeh6, - Cavabdeh7, - Cavabdeh8 Beləliklə iddia ərizəsinin özü məzmun baxımından qeyri-müəyyəndir, tələblərin hansı hissədə hansı cavabdehlərə qarşı olduğu məlum deyildir. Məhkəmə qeyd edir ki, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Beyləqan 6 saylı ərazi idarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzi, Azərbaycan Respublikası Cavabdeh2 cavabdehlər qismində qoyulması da anlaşılan deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz əsasında (“birbank” ödəniş sistemi) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Beyləqan 6 saylı ərazi idarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzi, Azərbaycan Respublikası Cavabdeh2, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh4, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma özbaşına çəkilmiş tikanlı məftilin sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə, təkrar qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma, təkrar 0.40 ha torpaq sahəsinin çəpərinin içinə tikdiyi tikilinin öz hesabına sökülməsi, İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qəran əsasında mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin özünə qaytarılması barədə qətnaməsi və baş vermiş hüquq pozmalarının araşdırılması üçün xüsusi qərardad çıxarılması, ödənmiş dövlət rüsumunun ona qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("Birbank” ödəniş sistemi, xx.xx.2025-ci il tarixli ********** qəbz, saat: 11:45) dövlət büdcəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №2(036)-3692/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3692/2025
08.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver