Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-371/2024 31.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Babaşov Hökmalı Xanalı oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, atası Babaşov Hökmalı Xanalı oğlu uzun sürən xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində vəfat etmiş və Otuziki kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, Babaşov Hökmalı Xanalı oğlunun xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. Şahid Babaşov Rasim Xanalı oğlu izahatında göstərmişdir ki, o, İmişli rayonu, Otuziki kəndində yaşayır və Babaşov Hökmalı Xanalı oğlunun qardaşıdır. Babaşov Hökmalı Xanalı oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Otuziki kənd qəbrstanlığında dəfn edilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/70-2024 nömrəli arayışının surətinə əsasən xx.xx.1957-ci ildə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuş Babaşov Hökmalı Xanalı oğlu Babaşova Qızqayıt Xanlar qızından törəmişdir. İşdə olan İmişli RİHB-nın İmişli rayon Muradallı kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş İmişli rayonu, Muradallı kənd sakinləri, X1, X3, X4, Babaşov Rasim Xanalı oğlu və Ərizəçi tərəfindən tərtib edilmiş akta əsasən Babaşov Hökmalı Xanalı oğlu xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində vəfat etmiş və Otuziki kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından Babaşov Hökmalı Xanalı oğlunun ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Babaşov Hökmalı Xanalı oğlunun xx.xx.2022-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Babaşov Hökmalı Xanalı oğlunun ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən Babaşov Hökmalı Xanalı oğlunun ölüm tarixi: xx.xx.2022-ci il; öldüyü yer: İmişli rayonu, Otuziki kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-371/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-371/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver