Məhkəmə qərarları › İş №2(036)-390/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-390/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-390/2024 14.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, qardaşı X6 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində yerləşən evin həyətindəki tövlədə özünü asaraq intihar etmiş və Çaxırlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmadığından vərəsəliklə bağlı məsələdə problem yaranmışdır. Ona görə də, X3 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Xİ JQ № 314099 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1991-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş X1 Aybəniz Tapdıq qızından və X4 törəmişdir. İşdə olan İmişli RİHB-nin İmişli rayon Məzrəli İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1095 nömrəli arayışında göstərilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Çaxırlıi kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətinə əsasən X6 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndi ərazisində yerləşən evin həyətindəki tövlədə sintetik materialdan hazırlanmış iplə özünü asaraq öldürmüşdür. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: xx.xx.2023-cü il; öldüyü yer: İmişli rayonu, Çaxırlı kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar