Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-465/2021 15.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1990cı il təvəllüdlü X1 xx xxxx 2015-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X2 izahatında göstərmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X4 ailə üzvləri ilə birlikdə İmişli rayonunun Aranlı kəndində yaşamaış və xx xxxx 2015-ci il tarixdə qəbul etdiyi dərman həblərinin təsirindən vəfat etmişdir. İmişli rayon prokurorluğunda onun ölməsi ilə bağlı araşdırma aparılmış və intihar etməsi faktı öz təsdiqini tapmışdır. X1 ölümü barədə akt qeydi indiyədək aparılmadığından miras qalmış İmişli rayonunun Aranlı kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bölünməsi mümkün olmamışdır. Ona görə də, xx.xx.1990-cı il təvəllüdlü X1 xx xxxx 2015-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Maraqlı şəxs XV-JQ № 336527 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 və X5 törəmiş X4 xx.xx.1990-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan JN-353 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonunun Aranlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.55 ha torpaq sahəsi X9, X10, X7, Ərizəçi, X6 və X1 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Prokurorluqunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2015ci il tarixli qərarının surətinə əsasən İmişli rayonunun Aranlı kənd sakini xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə dərman həblərindən artıq istifadə edərək intihar etmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X1 xx xxxx 2015-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X1 ölüm tarixi: xx xxxx 2015-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-465/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-465/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver