Məhkəmə qərarları › İş №2(036)-503/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-503/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-503/2023 06.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 17 iyul 2014-cü il təvəllüdlü uşağı X1 ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində cavabdehlə birlikdə tikdikləri evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır, ailə münasibətləri uyğun gəlmədiyindən 2022-ci ildə boşanmışlar. Cavabdehlə birgə nikahları dövrdə İmişli rayonunun Qızılkənd kəndində fərdi yaşayış evi tikmişlər, hazırda cavabdeh ona həmin uşağı ilə birlikdə orada yaşamağa imkan vermir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının köçürlməsini tələb etdiyi mənzil ona məxsus deyil, ümumiyyətlə onun onun evi yoxdur. Cavabdeh isə kənd icra nümayəndəliyindən və bələdiyyədən saxta arayışlar alaraq məhkəməyə təqdim etmişdir. Belə ki, icra nümayəndəsi arayışda göstərir ki, guya 2017-ci ildə tikilmiş ev ona məxsusdur. Halbuki icra nümayəndəsi evin harada tikildiyini və yeri məlum olmayan evin hansı sənəd əsasında ona məxsus olmasını arayışında göstərməmişdir. Bələdiyyə isə səlahiyyətlərinə aid olmayan gülünc bir arayış təqdim edərək göstərmişdir ki, guya o, 2017-ci ildən 2022-ci ilədək cavabdehlə birlikdə harada yerləşdiyi və hansı sənəd əsasında ona məxsus olması müəyyən edilməyən evdə yaşamışdır. Bələdiyyə öz balansında olan torpaqlaramı nəzarək edir yoxsa kimin harada və kimlə birlikdə yaşadığını güdür və ya əlavə hansı səlahiyyətləri var məlum deyildir. Qeyd olunan hallar İcra Nümayəndəsinin və Bələdiyyənin təqdim etdiyi arayışların saxtalığının və iddiaçının sifarişi əsasında yazıldığının əsas göstəriciləridir. Odur ki, hesab edir ki, iddia tələbi tam əsassızdır və rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarilxli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı tərəflər arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rsumu iddiaçının özünə aid edilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar