Məhkəmə qərarları › İş №2(102)-2853/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2853/2022

29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2853/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürmə barədə ilk iddiası və Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia barədə iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlunun (məruzəsi ilə), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qar şı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-921/2021 nömrəli 10 yanvar 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 04 sentyabr 1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmudur. 2. 26.10.2006-cı il tarixdən Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzil, xx.xx.2009-cu il tarixdən İddiaçı adına “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomo billər qeydiyyatdan keçmişdir. (iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasından çıxarış).

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, əmlakda payın müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evdən götürdüyü 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyünün cavabdehdən alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi, ünvan 1 və ünvan 2 ünvanında yerləşən evə 2/3 (üçdən iki hissəsinə) payının müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, İsmayılov küçəsi dalan 2 ö/t ev 32 e ünvanında yerləşən evə 2/3 (üçdən iki hissəsinə) payının müəyyən olunması hissəsini geri götürməklə, iddia ərizəsində göstərdiyi digər tələblər üzrə mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahdan əvvəl Beyləqan rayonunda atasından qalmış evi satıb Bakı şəhəri Bayıl qəsəbəsi 20-ci sahədə həyətyanı torpaq sahəsi almış və orada ev tikdirmişdir. Sonradan həmin evi cavabdehin istəyi ilə satıb əldə etdiyi pulla ünvan 1 ünvanında yerlə şən 3 otaqlı mənzili və ünvan 2 ünvanda yerləşən evi almışdır. Həmin əmlakların alınmasında cavabdehin heç bir əməyi olmamışdır. Bundan başqa cavabdeh avtomaşının satışından əldə olunmuş pul vəsaitindən evdə saxlanılan 9300 manatı və 12 qramılıq 450 manat dəyərində qızıl üzüyünü onun razılığı olmadan aparmışdır. Hazırda cavabdeh onu mülkiyyətində olan Nərimanov Rayonu, Təbriz küçəsi 55 mənzil 18 ünvanında yerləşən mənzilinə buraxmır, pulu və qızıl üzüyünü qaytarmır. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

7. Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ½ hissədə cavabdehin mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Cavabdeh İddiaçıla 04 sentyabr 1998-ci il tarixdə rəsmi nigaha daxil olmuş, Nərimanov rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixdə isə nikahları pozulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 50250-1221 nömrəli məktubdan görünür ki, İddiaçı adından “Mercedes Benz 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı mülkiyyətində olan həmin avtomobillərə ikidə bir hissədə onun mülkiy yət hüququ tanınmalıdır. İddiaçının ondan 9300 manat pulun və dəyəri 450 manat olan 12 qramlıq qızıl üzüyün alınıb ona verilməsi tələbləri tamamilə əsassızdır. Onun tərəfindən həmin pul vəsaiti və hər hansı qızıl üzük götürülməmişdir. ünvan 1-də o və iki övladı yaşayır. ünvan 4 ünvanında yerləşən evdə isə İddiaçı yaşayır. Ona görə də iddia tələbi həmin hissədə də rədd olunmalıdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 oktyabr 2021-ci il tarixli, 2(005)- 1615/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi və onların həmin paya mülkiyyət hüququnun tanınması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin və Mülki Məcəllənin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflə rin arasında belə bir kontrakt mövcud deyil.

11. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi qismən əsaslıdır və ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edilməli, “Mercedes 230” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2101” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə mülkiyyət hüquqları tanınmaqla, bərabər payları müəyyən edilməlidir. Belə ki, qeyd olunan daşınar və daşınmaz əmlaklar birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə bu qənaətə gələrkən ilkin iddiaçı tərəfin iddia tələbi ilə bağlı əsaslandırdığı halları, həmçinin ilkin iddia üzrə cavabdeh tərə fin iddia ilə bağlı etiraz və mülahizələrini nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən ilkin iddiaçı qeyd olunan daşınmaz əmlakın onun xeyrinə 2/3 hissədə payının müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, qeyd olunan daşınmaz əmlakın 2/3 və 1/3 hissədə paylara bölünməsini əsassız hesab etmişdir. Belə ki, hazırda ərin diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin həmin hissədə (əmlakın qeyri-bərabər bölgüsü hissəsində) qismən təmin edil məsini əsaslı və qanuni hesab edir.

12. Məhkəmə ilkin iddia tələbinin mənzilə köçürülmə ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı ½ hissədə payı, Cavabdeh ½ hissədə payı müəyyən edildiyindən ilkin iddia üzrə iddiaçı həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməlidir.

13. Məhkəmə ilkin iddia tələbinin 4500 manat pulun və 12 qramlıq qızıl üzüyün Cavabdeh Kazım qızından alınaraq ona verilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulun və qızıl üzüyün cavabdeh tərəfindən götürüldüyünü bəy an edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, 4500 manat məbləğində pulunu və 12 qramlıq qızıl üzüyünü evə qoymasını, sonradan qoyduğu yerdə aşkar etməməsini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir qızıl üzüyün və pulun olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqd im edilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43cü maddələri, Mülki Məcəllənin 213.2, 215.3 və 215.4, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 36.4 36.5, 36.6, 37.1 və 37.2-ci və MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməsi və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülməsi hissədə ləğv edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı 1/4 hissə də payının, Cavabdeh 3/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayıtini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 3 otaqlı ev və ünvan 5 ünvanında yerləşən ev alınmışdır. Hal-hazırda qızı və oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı evdə, İddiaçı isə ünvan 2 ünvanında yerləşən evdə yaşayır. ünvan 6 ünvanında yerləşən həyətyanı sahədə birgə nikah dövründə almalarına baxmayaraq İddiaçı tərəfindən avtomobillərə texniki xidmət sexləri tikilmiş və İddiaçı tərəfindən icarəyə verməklə gəlir əldə edir və eyni zamanda həmin ünvanda yerləşən evdə təkbaşına yaşayır. O, isə yetkinlik yaşına çatmış övladları ilə birlikdə Təbriz küçəsi 55 mənzil 18 ünvanında yerləşən 3 otaqlı evdə yaşamaqla, evdə yalnız gəlir gətir ən şəxs özüdür. Məhkəmə yetkinlik yaşına çatan övladlarının mənafeyini nəzərə almadan evi bərabər hissələrə bölmüş, ünvan 6 ünvanında yerləşən evin İddiaçı istifadəsində olmasını nəzərə almamışdır. Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən qeyd olunan ünvan 7 ünvanında yerləşən 3 otaqlı ev onun xeyrinə 3/4 hissədə pay müəyyən edilməli oluduğu halda məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə almayaraq, qeyd olunan daşınmaz əmlakın 1/2 və 1/2 hissələrdə paylara bölünməklə ədalətsizliyə yol vermişdir. Belə ki, hazırda ilkin iddiaçının ünvan 6 ünvanında yerləşən həyət evində təkbaşına yaşaması, həmin əmlakla əlaqədar təkbaşına qərarlar verməsini nəzərə almamış, cavabdehin və onunla birgə yaşayan övladlarının diqqətəlayiq mənafeyini nəzərə almamış və əsassız və q anunsuz qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)-921/2021 nömrəli qətnaməsi ilə (hakimlər E.Ə.Kazımov - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilk iddianın qismən təmin edilməsi üçün əsas ola bilməz. İlk iddanın mənzilə köçürülmə və mənzilin bölünməsi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə düzgün olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 s aylı mənzili ilə bağlı irəli sürdüyü faktiki hallar maddi hüquq normasının dispozisiya əlamətləri uzlaşır. Çünki, yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə, ilk iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu müəyyən olunmuşdur. Bu işin mübahisəsiz hallarındandır. Mübahisələndirilən və apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzilə onların payının bərabər müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə bu qənaətə gələrkən tərəflərin, o cümlədən ilk iddiaçının hər hansı bir üstün mənafeyinin olmadığını göstərmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən qarşılıqlı iddiaçının hər hansı bir üstün mənafeyinə dair də məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərinə tərəflərin payının bərabər bölünməsi də uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlar yetkinlik yaşına çatmışdır. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri-bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar, özü də hazırki iş üzrə bəlli bir yaş a çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər. Hazırki vəziyyətdə yetkinlik yaşına çatmış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq olmalıdır.

20. Apellyasiya şikayətinin digər dəlili olan ilk iddiaçının birgə nikah dövründə əldə etdikləri başqa bir qeydə alınmayan evdə tək yaşaması, həmin evin həyətyanı sahəsində birgə nikah dövründə almalarına baxmayaraq avtomobillərə texniki xidmət sexləri tikildiyi və İddiaçı tərəfindən icarəyə verməklə gəlir əldə etməsi təmin edilən hissədə ilk iddianın əsassızlığına dəlalət etmir. Yəni, bu halların həqiqi olması belə mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ç ünki, bu hallar qarşılıqlı iddiaçıya əvvəldən bəlli idi və bu vəziyyət onu qane etmirdisə qarşılıqlı iddiasında bu hallar üzrə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hər hansı bir maneə mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

25. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

26. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdə ki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Ailə Məcəlləsi

28. Maddə 22.2 və 22.2.3. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır.

29. Maddə 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

30. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabı na əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

31. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

32. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

33. Maddə 37.1. Ər-arvad arasınd akı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir.

34. Maddə 37.3. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prossesual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Cavabdeh birinci instansiya məhkəməsi qətnaməsini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə İddiaçı 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyə n edilməsi və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 18 saylı mənzilinə köçürülməsi hissədə ləğv edilməsini xahiş etmiş, apellyasiya məhkəməsi həmin hissədə işə baxmışdır. Hazırkı kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsi ilk iddianın mənzilə köçürülmə və mənzilin bölünməsi hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlin miş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-921/2021 nömrəli 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar