Məhkəmə qərarları › İş №2(036)-548/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-548/2022

02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-548/2022 02.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “ölüm faktının müəyyən olunması tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək qızları X3 10 iyul 2011ci il tarixdə İmişli rayonunun, Bəhrəmtəpə qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 izahatında göstərmişdir ki, Aygün İbrəhimova onun qızıdır. O, 18 dekabr 1996-cı ildə İmişli rayonunun, Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. X11 10 iyul 2011-ci il tarixdə İmişli rayonunun, Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəbristanlığında dəfn edilmişdir. Lakin qızının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi2, Ərizəçi1 ilə eyni məzmunlu izahat vərərək ərizəni müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan V-JQ 476006 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X2 arasında nikah 11 iyun 1992-ci il tarixdə İmişli rayonunun 1 may qəsəbə nümayəndəliyində bağlanmış və həmin nikah 10 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X1 “İbrəhimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 485987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 dekabr 1996-cı il təvəllüdlü X4 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 28 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, X3 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan məzar daşı fotoşəkillərindən görünür ki, X4 10 iyul 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nın Bəhrəmtəpə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən 27 dekabr 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X4 10 iyul 2011-ci il tarixdə İmişli rayonunun, Bəhrəmtəpə qəsəbəsində vəfat etmiş və Bəhrəmtəpə qəsəbə qəbristanlıqdında dəfn edilmişdir. Həmin aktın doğruluğunu İmişli RİHB-nın Bəhrəmtəpə qəsəbə İƏD üzrə nümayəndəsinin müavini X6, Bəhrəmtəpə qəsəbə sakinləri Ərizəçi1, X8, X10 və X7 öz imzaları təsdiq etmişdirlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X4 10 iyul 2011-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 dekabr 1996-cı ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X3 10 iyul 2011-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı məyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 dekabr 1996-cı ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X3 10 iyul 2011-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar