Məhkəmə qərarları › İş №2(036)-568/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-568/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-568/2021 03.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə İmişli rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X7 ilə birgə nikahından doğulmuş xx.xx.1993-cü il təvəllüdlü X10 xx.xx.1996-cı il tarixdə İmişli rayonunda vəfat etmiş və Hacalmuradlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. xx.xx.1993cü il təvəllüdlü X4 miras qalmış pay torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsindən ötrü tələb olunduqu üçün onun xx.xx.1996-cı il tarixdə İmişli rayonunda ölməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli arayışın surətinə əsasən xx.xx.1993-cü ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuş X1 Tofiq Əhməd oğlundan və X2 törəmişdir. İşdə olan İmişli RİHB-nin Hacalmuradlı kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən X6 İmişli İmişli rayonunun Hacamuradlı kəndində yaşaması və xx.xx.1996-cı ildə vəfat edərək Hacalmuradlı kənd qəbristanlığında dəfn olunması İN-nin müavini X5, İN-nin məsləhətçi mühasibi X3, bələdiyyə üzvü X8 və kənd sakini Abbasov Əkbərağa oğlu tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X6 xx.xx.1996-cı il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X6 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X6 ölüm tarixi: xx.xx.1996-cı il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar