Məhkəmə qərarları › İş №2(036)-660/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-660/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-660/2021 22.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib X5 xx.xx.1991-ci il tarixdə İmişli rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qaynanası X9 xx xxxx 1991-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Şəmmədli kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Bu hal mirasın qəbuluna maneçilik törətdiyindən X5 xx xxxx 1991-ci il tarixdə İmişli rayonunda ölməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi xx.xx.1966-cı ildə İmişli şəhərində anadan olmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/69-436 nömrəli arayışın surətinə əsasən X1 Xəlil İrzalı oğlu ilə xx.xx.1987-ci ildə rəsmi nikaha daxil olmuş və Nəsirova soyadını qəbul etmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/69-118 nömrəli arayışın surətinə əsasən X4 və X3 törəmiş X8 xx.xx.1956-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 431 saylı arayışında göstərilmişdir ki, X9 xx.xx.1991-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Şəmmədli kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X5 xx.xx.1991-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X5 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X5 ölüm tarixi: xx.xx.1991-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar