Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-661/2021 09.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 15 iyul 1983-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 16 avqust 1984-cü il tarixdə “Rüstəm” adlı oğlan uşağı anadan olmuşdur. X1 19 aprel 2015-ci ildə vəfat etmişdir. Hal-hazırda ailəsi ilə birlikdə İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayır. Oğlan uşaqları X8 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş və 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində vəfat etmişdir. Oğlan uşaqları Rüstəm İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, mərhum oğlan uşaqları Rüstəmin ayaqları tutulmuş və o, polimert xəstəliyindən əziyyət çəkirdi. 26 mart 1997-ci ildə oğlan uşaqları Rüstəmın vəziyyəti pisləşmiş və yaşadıqları İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evdə vəfat etmişdir. Özlərinin səhlənkarlığı ucbatından oğlan uşaqları X4 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. O, X4 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri toplayıb, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum oğlan uşaqları X4 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, X5 ilə birgə nikahlarından 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş oğlan uşaqları X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 25 avqust 1964-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş və İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİİ-ЖГ 327037 №-li, 15 noyabr 1997-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında 15 iyul 1983-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 23 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 05/69-299 saylı, 12 avqust 2020-ci il tarixli arayışdan görünür ki, X5 ilə Ərizəçi rəsmi nikahdan 16 avqust 1984-cü ildə “X8” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Qaragüvəndikli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 28 saylı, 18 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X8 26 art 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində vəfat etmiş və İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 18 yanvar 2021-ci il tarixli “Ölümün qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Ərizəçi oğlu X4 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı Qətibə xanım 15 iyul 1983-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 16 avqust 1984-cü il tarixdə 1 (bir) oğlan uşağı-X8 uşağı anadan olmuşdur. Bacısı Qətibə xanımın əri Süleyman 19 aprel 2015-ci ildə vəfat etmişdir. Bacısı Qətibə xanımın oğlu X8 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində vəfat etmiş və İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Eyni zamanda bildirir ki, Rüstəmin ayaqları tutulmuş və o, polimert xəstəliyindən əziyyət çəkirdi. 26 mart 1997-ci ildə X4 vəziyyəti pisləşmiş və yaşadıqları İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evdə vəfat etmişdir. Özlərinin səhlənkarlığı ucbatından X4 ölüm haqqında şəhadətnəməsini əldə etməmişlər. Ərizəçi oğlan uşaqları X4 ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi vərəsəlik və digər məsələlər ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 ilə Ərizəçi rəsmi nikahdan 16 avqust 1984-cü ildə “X8” adında uşaqları... anadan olmuş, 26 mart 1997-ci il tarixə kimi İmişli rayonu, Qaragüvəndikli kəndində yaşamış, 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ev şəraitində ölmüş və o, İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş oğlan uşaqları X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 avqust 1984-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş X4 26 mart 1997-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X3 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-661/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-661/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver