Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-716/2025 29.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 2987 (iki min doqquz yüz səksən yeddi) manat pulun və ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınıb onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında bir çox tanışı “Nordstrom” platformasına yatırım etmişdi və etdikləri yatırım gün ərzində müəyyən faiz qalxırdı. Platformaya qoşulur, sonra platformaya yatırım edilir, yatırım edildikdən sonra platformada verilən 20 tapşırıq yerinə yetirilirdi və edilən yatırım müəyyən faiz artırdı. 03 sentyabr 2022-ci il tarixdə İmişli rayonundakı parkdakı çayxanada olan zaman dostlarının platformada iştirak etdiyini görüb həvəsə gəlmiş və platformada iştirak etmək qərarına gəlmişdir. Dostlarından biri oyunun linkini “whatsapp” ani mesajlaşına proqramı vasitəsi ilə ona göndərmiş, platformadan qeydiyyatdan keçməzdən əvvəl platformanın “telegram” ani mesajlaşma “Nordstrom 1268” qurupuna qoşulmuş və qrupda qrup rəhbərləri platformaya qoşulmağı yollarını ona öyrədirlər. Linki mobil telefonuna yükləyib platformadan istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Platformaya yatırım “binance” adlı proqram üzərində edilirdi. “Binance” etibarlı proqram olduğu üçün və platformaya yatırımın “binance” hesabı üzərindən olduğu üçün onda platformaya daha çox inanmışdır. Platformaya qoşulduğu gün, yəni 03 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində 1 80 manat İmişli şəhəri, H.Əliyev prospektində yerləşən yeni “Bazarstore” marketindəki “eManat” terminalı vasitəsi ilə cavabdehlərin kartına pul göndərmişdir. Bundan sonra o, müxtəlif vaxtlarda ümumilikdə cavabdehlərin kartına 2987 manat pul köçürmüşdür. Aradan bir müddət keçəndən sonra qəfildən sözügedən platforma bağlandı və onun pulu batmışdır. Sonradan cavabdehlər etdikləri cinayət əməllərinə görə İmişli Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmünə əsasən cinayət məsuliyətinə cəlb olundular və o, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Hazırda cavabdehlər ona vurduqları ziyanı ödəmirlər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavadehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan İmişli rayon Məhkəməsinin 1(036)-6/2024 nömrəli, xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəza çəkməsinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, AR CM-nın 69.3-cü maddəsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il il tarixdən xx.xx.2023-cü il il tarixədək həbsdə və ev saxlandığı müddət nəzərə alınaraq üzərində 3 ( üç) il 7 ( yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, AR CM-nın 46.2-ci maddəsi tətbiq olunaraq Cavabdeh2 əlavə cəza qismində 2(iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilməsi, Cavabdeh2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsə alınması, cəza çəkməsinin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2183,0 (iki min yüz səksən üç) manat alınıb X1 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X4 mülki iddiası təmin edilsin: Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3990,0 (üç min doqquz yüz doxsan) manat və 62,40 (altmış iki) manat dövlət rüsumu alınıb X4 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X3 mülki iddiası təmin edilsin:Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4925,0 (dörd min doqquz yüz iyirmi beş) manat və 41,40 (qırx biri) manat dövlət rüsumu alınıb X3 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X2 mülki iddiası təmin edilsin:Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 718,0 (yeddi yüz on səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb X2 xeyrinə ödənilməsi, iş üzrə maddi sübut, İmişli rayon polis şöbəsinin maliyyə hissəsində saxlanılan 9178 (doqquz min yüz yetmiş səkkiz) manat, 300 (üç yüz) ABŞ dolları və 21 600 (iyirmi bir min altı yüz) “Rus rublu” iş üzrə zərərçəkmiş şəxslər arasında bərabər qaydada bölünməsi, iş üzrə maddi sübut, İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd qara rəngli dəftərçə, “İphone 13 Pro Max” telefonun qutusu, “Haylou solar” markalı saatın qutusu, Cavabdeh1 aid digər sənədlər, “Sterobank” və "xxxx" ASC-yə məxsus 2 ədəd plastik kart, 2 ədəd Rusiya Fedarasiyasına aid və 1 ədəd Azərbaycan Respublikasına aid mobil operatorların nömrələri, Azərbaycan Respublikası və Rusiya Fedarasiyasına aid banklarına aid çıxarışlar, 1ədəd ekranı sınmış vəziyyətdə, işlək olub-olmaması bilinməyən “Samsung” markalı planşet, Tinkoff”, “Poçta Bank” və “Sberbank” banklarına aid 3 ədəd plastik kart, Rusiya Fedarasiyasına aid 01 ədəd mobil nömrə, Cavabdeh1 aid xarici pasport, 01 ədəd “İphone 13 Pro Max” markalı və 01 ədəd “Redmi 9T” markalı mobil telefonlar Cavabdeh1, “Redmi Note 8” markalı mobil telefon Cavabdeh2 qaytarılması, iş üzrə maddi sübut, cinayət işinin materiallarında olan 09 ədəd DVD diski və fotoşəkillər işdə saxlanılması və iş üzrə maddi sübut olan üzərinə həbs qoyulmuş “Hyundai Tucson” markalı, “**-CP-***” dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılaraq əldə olunmuş vəsait iş üzrə zərərçəkmiş şəxslər arasında bərabər qaydada bölünməsi barədə hökm edilmişdir. Hökmün 25-ci səhifəsindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya 2987 manat maddi ziyan dəymiş və indiyədək ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən: Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən: “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına əsasən: məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli rayon Məhkəməsinin 1(036)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəza çəkməsinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hükm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, AR CM-nın 69.3-cü maddəsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il il tarixdən xx.xx.2023-cü il il tarixədək həbsdə və ev saxlandığı müddət nəzərə alınaraq üzərində 3 (üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, AR CM-nın 46.2-ci maddəsi tətbiq olunaraq Cavabdeh2 əlavə cəza qismində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilməsi, Cavabdeh2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsə alınması, cəza çəkməsinin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2183,0 (iki min yüz səksən üç) manat alınıb X1 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X4 mülki iddiası təmin edilsin: Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3990,0 (üç min doqquz yüz doxsan) manat və 62,40 (altmış iki) manat dövlət rüsumu alınıb X4 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X3 mülki iddiası təmin edilsin:Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4925,0 (dörd min doqquz yüz iyirmi beş) manat və 41,40 (qırx biri) manat dövlət rüsumu alınıb X3 xeyrinə ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs X2 mülki iddiası təmin edilsin:Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 718,0 (yeddi yüz on səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb X2 xeyrinə ödənilməsi, iş üzrə maddi sübut, İmişli rayon polis şöbəsinin maliyyə hissəsində saxlanılan 9178 (doqquz min yüz yetmiş səkkiz) manat, 300 (üç yüz) ABŞ dolları və 21 600 (iyirmi bir min altı yüz) “Rus rublu” iş üzrə zərərçəkmiş şəxslər arasında bərabər qaydada bölünməsi, iş üzrə maddi sübut, İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd qara rəngli dəftərçə, “İphone 13 Pro Max” telefonun qutusu, “Haylou solar” markalı saatın qutusu, Cavabdeh1 aid digər sənədlər, “Sterobank” və "xxxx" ASC-yə məxsus 2 ədəd plastik kart, 2 ədəd Rusiya Fedarasiyasına aid və 1 ədəd Azərbaycan Respublikasına aid mobil operatorların nömrələri, Azərbaycan Respublikası və Rusiya Fedarasiyasına aid banklarına aid çıxarışlar, 1ədəd ekranı sınmış vəziyyətdə, işlək olub-olmaması bilinməyən “Samsung” markalı planşet, Tinkoff”, “Poçta Bank” və “Sberbank” banklarına aid 3 ədəd plastik kart, Rusiya Fedarasiyasına aid 01 ədəd mobil nömrə, Cavabdeh1 aid xarici pasport, 01 ədəd “İphone 13 Pro Max” markalı və 01 ədəd “Redmi 9T” markalı mobil telefonlar Cavabdeh1, “Redmi Note 8” markalı mobil telefon Cavabdeh2 qaytarılması, iş üzrə maddi sübut, cinayət işinin materiallarında olan 09 ədəd DVD diski və fotoşəkillər işdə saxlanılması və iş üzrə maddi sübut olan üzərinə həbs qoyulmuş “Hyundai Tucson” markalı, “**-CP-***” dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılaraq əldə olunmuş vəsait iş üzrə zərərçəkmiş şəxslər arasında bərabər qaydada bölünməsi barədə hökm edilmişdir. Hökmün 25-ci səhifəsindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya 2987 manat maddi ziyan dəymiş və indiyədək ödənilməmişdir. Məhkəmə, hazırki iş üzrə Cavabdeh1 və Cavabdeh2 məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilməsini və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 2987 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində pul vəsaitini cavabdehdən mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmış, ona 2987 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində maddi zərər dəyməsi tam sübuta yetirilmişdir. Lakin, zərər çəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyi üçün dəymiş ziyan ona ödənilməmişdir. İmişli rayon Məhkəməsinin 1(136)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cinayət əməli nəticəsində dəymiş maddi zərər ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 2987 (iki min doqquz yüz səksən yeddi) manat pulun və ödədiyi 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2987 (iki min doqquz yüz səksən yeddi) manat pulun və ödədiyi 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-716/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-716/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver