Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-792/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Qüdrət oğlu və cavabdeh X2 iştirakları ilə, İddiaçı Qüdrət oğlunın cavabdeh X4 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qüdrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 vurulmuş maddi zərərə görə 2443 manat və mənəvi zərərə görə 1500 manat, cəmi 3943 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qüdrət oğlu izahatında göstərdi ki, 23.07.2018-ci ildə yaşadıqları Ağamalılar kəndinin girişində idarə etdiyi "Toyota Hilux" ** XV *** dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini X3 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində avtomobilinə 6660 manat maddi ziyan dəymişdir. Onların şikayətləri əsasında yol nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılmış X5 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" ASC ona dəymiş ziyanın ödəmədiyindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən sonra sığorta şirkəti avtomobilə dəymiş ziyanın əvəzi olaraq ona 4817 manat pul ödəmişdir. Halbuki onun avtomobilinə 6660 manat ziyan dəymişdir. Dəymiş ziyanın qalan məbləğini isə cavabdeh ödəməkdən imtina edir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun avtomobili sığortalı olmuş, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği müəyyən edilərək ödənilmişdir. Ona görə də iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdən görünür ki, İddiaçı Qüdrət oğlu iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, (006)-2936/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq, İddiaçı ödənilməsi qət etdilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(103)- 10390/2021 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, (006)- 2936/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" ASC-nin hesabatından görünür ki, İddiaçı Qüdrət oğlunun hesabına 4817 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü iddia tələbi üzrə mübahisə məhkəmə qaydasında həll olunmuş və bu barədə qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə qətnamələri mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, işin faktiki halları iddia tələbinin rədd olunması üçün əsasdır, ona görə də iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-792/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-792/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver