Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-837/2021 31.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1958ci il təvəllüdlü X3 xx xxxxxx 2012-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası xx.xx.1958-ci il təvəllüdlü X5 xx xxxxxx 2012-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Qızılkənd kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Ona görə də, xx.xx.1958-ci il təvəllüdlü X3 xx xxxxxx 2012-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Seriya AZE 08353603 nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X5 xx.xx.1958-ci ildə Cəlilabad rayonunun Dostallı kəndində anadan olmuşdur. İşdə olan Maraqlı şəxs Xİİİ-JQ № 415148 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 və X4 törəmiş Ərizəçi xx.xx.1958-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 188 saylı arayışında göstərilmişdir ki, X5 xx.xx.2012-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Qızılkənd kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X3 xx xxxxxx 2012-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: xx xxxxxx 2012-ci il; öldüyü yer: İmişli rayonu qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-837/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-837/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver