Məhkəmə qərarları › İş №2(036)-929/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-929/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-929/2021 31.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X6 xx xxxx 1942-ci il tarixdə İmişli rayonunun Çahar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, X9 onun babasıdır. O, xx xxxx 1942-ci il tarixdə İmişli rayon Çahar kəndində vəfat etmişdir. Mərhum Çahar kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıq nəticəsində babasının vəfatı barədə həkimdən arayış alınmamışdır. Hazırda ailə üzvləri ilə bağlı məsələlərin həlli üçün babası X6 ölüm sənədi lazım olmuş və bunun üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mərhumun ölüm faktı xx xxxxxx 2021-ci il tarixli akt ilə təsdiq olunur. Bu faktı şahidlərdə təsdiq edə bilər. Hazırda bu faktı təsdiq edən sənədin olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğudan görünür ki, X9 SHXÇDXnın İmişli rayon şöbəsində 1941-1945-ci illər X5 itkin düşmüş hərbi qulluqçu kimi qeydiyyata alınmamış və avadanlıq kitabında aşkar edilməmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Qaradonlu kənd sakinləri X2, X7 və Gövhərli kənd sakini X1 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, mərhum X9 xx xxxx 1942-ci ildə vəfat etmiş və Çahar kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin qəbir itmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X4 xx xxxx 1942-ci il tarixdə İmişli rayon Çahar kəndində vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, X6 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 xx xxxx 1942-ci il tarixdə İmişli rayonunun Çahar kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 xx xxxx 1942-ci il tarixdə İmişli rayonunun Çahar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar