Məhkəmə qərarları › İş №2(036)-93/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-93/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-93/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan avtomobilə vurulmuş zərərin əvəzi olaraq cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 4145 manat məbləğində pulun və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, “Ford Fusion” minik markalı, gümüşü metalik rəngli **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobilin idarə edilməsi üçün oğlu X2 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” yük markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 manevr edərkən iddiaçıya məxsus “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixli TP4691193 nömrəli protokol tərtib edilmişdir. Bundan sonra inzibati tənbeh vermə haqqında TP5076168 nömrəli xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsini törətmiş “Mercedes Benz” yük markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahibinin mülki" məsuliyyətinin icbari sığortası” üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İddiaçı sığorta ödənişinin ödənilməsi üçün tələb olunan zəruri sənədləri, o cümlədən zərər aktını cavabdehə təqdim edərək “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4145 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2022ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq ona məxsus “Ford Fusion” minik markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1500 manat məbləğində olduğunu bildirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək təyin olunmuş 1500 manat məbləğlə razı olmadığını, avtomobilə dəymiş ziyanın tam, yəni 4145 manat məbləğində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat həmin məbləğin ödənilməsini təmin etməmişdir. Ona görə də cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli, 61 saylı zərər aktından görünür ki, İddiaçı mülkiyyətndə olan “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4145 (dörd min yüz qırx beş) manat zərər vurulmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 9/9127 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətndə olan “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4145 (dörd min yüz qırx beş) manat zərər vurulmuşdur. İşdən görünür ki, “Mercedes Benz” yük markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahibinin mülki" məsuliyyətinin icbari sığortası” üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış və sığorta məbləği 5000 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 11 iyun 2022-ci il tarixdə İddiaçı mülkiyyətndə olan “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Avtonəqliyyat vasitəsi sahibinin mülki" məsuliyyətinin icbari sığortası” üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış Cavabdeh1 idarə etdiyi “Mercedes Benz” yük markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Ford Fusion” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4145 (dörd min yüz qırx beş) manat zərər dəymiş və hadisənin törədilməsində “Mercedes Benz” yük markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətndə olan avtomobilə dəymiş zərərin məbləği sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdən aşağı həddədir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 926-cı maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıya vurulmuş zərərin həcmi tam şəkildə sığortaçı, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4145 manat məbləğində sığorta ödənişi və 62 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4207 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4145 manat məbləğində sığorta ödənişi və 62 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4207 (dörd min iki yüz yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət nəfinə ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar