Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-943/2021 30.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 xx xxxxxxxx 2020-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, onun xx xxx 1984-cü il təvəllüdlü əri X5 xx xxxxxxxx 2020-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində yaşadıqları evin həyətində hər hansı kənar təsir olmadan öz ehtiyatsızlığı nəticəində əli sulu halda elektriklə işləyən su matoruna toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölmüşdür. Bu barədə İmişli rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarla ərinin ölümü təsdiq edilmişdir. O, ərinə ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZ-İ 704104 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında nikah xx xxxxxxxx 2011-ci il tarixdə Maraqlı şəxs tərəfindən bağlanmış və həmin nikah 608 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X1 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həmin aktı imza edənlər İmişli rayon Muradllı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X6, kənd sakinləri X7, Ərizəçi, X3 və X4 Ərizəçi əri X1 xx xxxxxxxx 2020-ci il tarixdə öz həyətlərində elektrik cərayanı vurması nəticəsində vəfat etməsini təsdiq etmişlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxx 1984-cü ildə İmişli rayonunun Muradllı kəndində anadan olmuş X1 xx xxxxxxxx 2020-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində vəfat etməsi faktı məyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxx 1984-cü il tarixdə İmişli rayonunun Muradallı kəndində anadan olmuş X1 xx xxxxxxxx 2020-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-943/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-943/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver