Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-962/2022 06.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 oktyabr 1993-cü il təvəllüdlü X2 06 mart 2003-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, qızı Aynur Həziyeva 06 mart 2003-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən evində vəfat etmişdir. Onu, İmişli rayonunun Kürdmahmudlu kənd qəbristanlığında dəfn etmişdirlər. Savadsızlıqlarının ucbatından onun ölümünü qeydə aldırmamışdırlar. O, qızına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin İmişli rayon Qeydiyyat şöbəsində bildirmişdirlər ki, mərhumun ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 26 iyul 1994-cü il tarixli, XVİİİ-JQ 375176 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 oktyabr 1993-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 18 fevral 2022-ci il tarixli rəyindən görünür ki, X2 ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan İmişli RİHB-nın kənd Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 87 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı X3 06 mart 2003-cü il tarixdə vəfat etmiş və İmişli rayon Kürdmahmudlu kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan İmişli RİHB-nın kənd Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 18 fevral 2022-ci il tarixli aktdan görünür ki, həmin aktı imza edənlər X5, X8, X6, X4 və X1 Həziyevin 21 oktyabr 1993-cü ildə doğulmuş qızı Aynur Həziyevanın 06 mart 2003-cü il tarixdə vəfat etməsini və İmişli rayonunun Kürdmahmudlu kənd qəbirstanlığında dəfn edilməsini təsdiq etmişdirlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X3 06 mart 2003-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 oktyabr 1993-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş X2 06 mart 2003-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 oktyabr 1993-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş X2 06 mart 2003-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-962/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-962/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver