Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1/2024 06.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 357.359,67 manat kredit borcunun-bundan 280.000 manat əsas, 77.359,67 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə X3 məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsində 0,2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,47 kv.m yaşayış, 77,13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X4 xx.xx.2015-ci il tarxdə vəfat etdiyindən, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 357.359,67 manat kredit borcunun-bundan 280.000 manat əsas, 77.359,67 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə X3 məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsində 0,2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,47 kv.m yaşayış, 77,13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki işin icraatı cavabdeh X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Sözügedən mülki iş üzrə dayandırmadan uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehin hüquqi varisinin müəyyənləşdirlməsi barədə hər hansı hərəkət yerinə yetirilməmiş, məhkəmə tərəfindən məlumatlandırıldıqdan sonra iddiaçı bank tərəfindən hüquqi varis və ya varsilər barədə hər hansı sənət təqdim edilmədən iş üzrə icraatın təzələnməsi barədə ərizə təqdim edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraat təzələnmiş, qeydiyyat və notariat orqanlarına sorğular göndərilərək məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmənin sorğuları əsasında İsmayılı rayon Notariat Ofisinin 25 oktyabr 2024-cü il tarixli 757 saylı məktubu ilə 01 fevral 2015-ci il tarixdə vəfat etmiş X4 adından elektron notariat informasiya sistemində axtarış aparılmış, axtarış zamanı mərhumun adına aılmış vərəsəlik işinə rast gəlinmədiyi göstərilmiş, eyni zamanda İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda isə X2 nikahı və övladlarının doğum akt qeydinin surətləri məhkəməyə göndərilmiş, lakin cavabdehin vərəsələrinin dairəsi, hansının cavabdeh qismində cəlb edilməsi, hansının mirası faktiki və ya rəsmi qəbul etməsi, hansının isə mirasdan imtina etməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, nəticədə cavabdehin hüququ varis və ya varislərinin dairəsi müəyyən edilməmiş, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı vəsatət verilməmişdir. Belə ki, cavabdehdən miras qalmış (fərdi yaşayış evinə və torpağa) dair kimlərin miras əmlakı faktiki və ya rəsmi qəbulu ilə bağlı tərəflər arasında mübahisə olub-olmadığı, imtina edilib-edilmədiyi məsələləri uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən müəyyənləşdirilərək bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, vəsatətılər verilməmiş, bu hal isə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən haldır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver