Məhkəmə qərarları › İş №2(037)-10/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-10/2022

18.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-10/2022 18.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Məlı̇ kov İttı̇ faq Cı̇ lovxan oğlunun Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, ictimai yolun açılması, qanunsuz tikilmiş tikinti-quraqlığın cavabdehin hesabına sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə 18 mart 2022-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məlı̇ kov İttı̇ faq Cı̇ lovxan oğlu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, tutulmuş ictimai yolun açılması, cavabdeh tərəfindən aparılmış qanunsuz tikintinin onun hesabına sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Qalınçaq kəndində iddiaçının atası X25 ailə başçısı olmaqla, anası X17, övladları X26 və X18 birgə mülkiyyətinə 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində iddiaçının ailəsinin yaşadığı, özləri tərəfindən tikilmiş yaşayış evi var. Şaxanım Məlikova 24 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçının atası Cilovxan Məlikov 24 noyabr 2008-ci il tarixdə vəfat etmiş Şaxanım Məlikovanın vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə almış və ondan qalan miras əmlakı qəbul etmişdir Cilovxan Məlikov sağlığında, yəni 26 iyul 2016cı il tarixdə öz mülkiyyətində olan İsmayıllı rayonu Qalınçaq kəndində həmin torpaq sahəsində yerləşən yaşayış evini İsmayıllı rayonun Notariat Kontorunda qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamışdır. Cilovxan Məlikov 18 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçının oğlu Arif Məlikov 21 iyul 2019-cı il tarixdə Rusiya Federasiyasında vəfat etmiş, digər oğlu Afiq Məlikov isə Rusiya Federasiyasında yaşayır. Cavabdeh və əri 2016-cı ildə bir müddət iddiaçı və ailəsinin Rusiya Federasiyasında olmasından istifadə edərək həyətyanı torpaq sahələrinin təxminən 0,05 hektar hissəsini və həyətyanı torpaq sahələrinə gedən yolu zəbt etmiş, ictimai yolda tikinti tikərək mülkiyyət hüquqlarına müdaxilələr edərək mülkiyyətlərindən istifadələrinə maneçiliklər törətmişdir. İddiaçının atası sağlığında cavabdeh və ailəsinin qanunsuz əməlləri haqqında İsmayıllı rayon İcra Hakimiyyəti Başçısına şikayət etmiş, araşdırmalar nəticəsində onların qanunsuz əməli sübut olunmuş və cavabdehin əri həmin vaxt qanunsuz tikdirdikləri tikilini sökəcəklərini, yolu açacaqlarını, iddiaçı və ailəsinin mülkiyyətlərinə müdaxilələrə son qoyacaqlarını bildirsələr də sözlərinə əməl etməmişlər. Nəticədə iddiaçı, atası tərəfindən bağışlanan və ondan miras qalan əmlakı öz adına sənədləşdirə bilmir. Qeyd olunan torpaq sahəsinin bir hissəsinin zəbt olunduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının adına çıxarış verməkdən imtina edir. Cavabdehlə aparılan söhbətlər heç bir nəticə vermədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsindən cavabdeh çıxarılmalı, ictimai yolda tikilmiş tikili onun öz hesabına sökülməli, cavabdeh tərəfindən zəbt olunmuş ictimai yol açılmalı və iddiaçının mülkiyyət hüququna olan maneçiliklər aradan qaldırılmalıdır. İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, tutulmuş ictimai yolun açılması, cavabdeh tərəfindən aparılmış qanunsuz tikintinin onun hesabına sökülməsi və iddiaçının mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, JN- 359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X10, X8, X6 və onun birgə mülkiyyətinə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisindən 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Əvvəllər onlarla yan qonşunun torpaq sahəsi arasında tor setqa olmuşdur. Mübahisə predmeti olan yer qaynata və qaynanasının olmuşdur. İddiaçının torpaq sahəsi 0,08 hektar olsa da onlara qanunsuz olaraq əlavə olaraq 0,05 hektar yer verilmişdir. İddiaçı 0,05 hektar torpaq sahəsinə keçmək üçün onların torpaq sahəsindən istifadə etmiş və həyətinə baxmaqları üçün balaca darvaza qoymuşdur. Qohum olduqları üçün buna etiraz etməmişlər. İddiaçı onun həyətindən öz torpaq sahəsinə keçərkən evin içi görünməmək üçün iddiaçının istifadə etdiyi yolun kənarı ilə o da setqa çəkmişdir. Sonradan yan qonşu setqanı sökərək daş hasar inşa etmişdir. Bundan sonra onlar da öz çəkdikləri setqanı sökmüş və yan qonşunun razılığı ilə onun divarı üzərində quraqlıq tikmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli yer ölçülmüş və həmin yerin hamısı olmaqla, 0,35 hektar yer X5 adına olduğu və həmin yerdən yalnız yan qonşu istifadə edə biləcəyi bildirilmişdir. Hazırda iddiaçı həmin yerdən ona maşın yolu verilməsini istəsə də o bununla razı deyil. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş və yolunu bağlamamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, cavabdeh onun anasıdır. Əvvəllər onlarla yan qonşunun torpaq sahəsi arasında tor setqa olmuşdur. İddiaçının torpaq sahəsi 0,08 hektar olsa da onlara qanunsuz olaraq əlavə olaraq 0,05 hektar yer verilmişdir. İddiaçı 0,05 hektar torpaq sahəsinə keçmək üçün onların torpaq sahəsindən istifadə etmiş və həyətinə baxmaqları üçün balaca darvaza qoymuşdur. Qohum olduqları üçün buna etiraz etməmişlər. İddiaçı onların həyətindən öz torpaq sahəsinə keçərkən evin içi görünməmək üçün iddiaçının istifadə etdiyi yolun kənarı ilə setqa çəkmişlər. Sonradan yan qonşu setqanı sökərək daş hasar inşa etmişdir. Bundan sonra onlar da öz çəkdikləri setqanı sökmüş və yan qonşunun razılığı ilə onun divarı üzərində quraqlıq tikmişlər. İddiaçı həmin yerdən ona maşın yolu verilməsini istəsə də o və ailəsi bununla razı deyil. Onlar iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş və yolunu bağlamamışlar. X1 ifadə verərək göstərdi ki, cavabdeh onun qaynanasıdır. Əvvəllər onlarla yan qonşunun torpaq sahəsi arasında tor setqa olmuşdur. İddiaçının torpaq sahəsi 0,08 hektar olsa da onlara qanunsuz olaraq əlavə olaraq 0,05 hektar yer verilmişdir. İddiaçı 0,05 hektar torpaq sahəsinə keçmək üçün onların torpaq sahəsindən istifadə etmiş və həyətinə baxmaqları üçün balaca darvaza qoymuşdur. Qohum olduqları üçün buna etiraz etməmişlər. İddiaçı onların həyətindən öz torpaq sahəsinə keçərkən evin içi görünməmək üçün iddiaçının istifadə etdiyi yolun kənarı ilə setqa çəkmişlər. Sonradan yan qonşu setqanı sökərək daş hasar inşa etmişdir. Bundan sonra onlar da öz çəkdikləri setqanı sökmüş və yan qonşunun razılığı ilə onun divarı üzərində quraqlıq tikmişlər. İddiaçının oğlu dəfələrlə onu narahat etmişdir. İddiaçı həmin yerdən ona maşın yolu verilməsini istəsə də o və ailəsi bununla razı deyil. Onlar iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş və yolunu bağlamamışlar. 2003-cü il tarixli JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X25, X17, X26 və X18 birgə mülkiyyətinə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisindən 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 2003-cü il tarixli JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X10, X11, X8 və X4 birgə mülkiyyətinə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisindən 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 03 dekabr 2008-ci il tarixli AZ-İ №301825 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 24 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. 19 sentyabr 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X25 özünə məxsus olan, bir mərtəbəli, üç otaqlı yaşayış evi, 0,09 hektar həyətyanı (JN-357F), 1,09 hektar pay (JN- 0270) torpaq sahələrini oğlu İddiaçı vəsiyyət etmişdir. 26 iyul 2016-cı il tarixli 2V-180 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 noyabr 2008-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi X19r və o miras əmlakdan 1/1 pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X13 verilmiş 2\534 saylı arayışa və seriya nömrəsi JN-357F KOD 40712018 olan nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Qalınçaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0,18 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. 26 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 rayonu Qalınçaq kəndi ünvanında yerləşən, ümumi sahəsi 58.8 kv.metr, yaşayış sahəsi 58.8 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin X20 ünvanladığı 08 sentyabr 2016-cı il tarixli 05/918 nömrəli məktubundan görünür ki, X10 həyətində yardımçı tikili inşa etdirərkən qanunsuz olaraq həyətyanı torpaq sahəsinin hüdudlarından kənara çıxmış və bələdiyyə mülkiyyətinə aid olan torpaqda yardımçı tikili inşa etdirərək X14 gediş-gəliş yolunu məhdudlaşdırmışdır. 22 fevral 2018-ci il tarixli AZ-İ №917145 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 18 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Dövlət Arxivinin 06 avqust 2019-cu il tarixli 167 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu 16 nömrəli Arxiv fondunda saxlanan Qalınçaq kənd İƏD üzrə RİHB-nin nümayəndəliyinin (XDS-nin) 1990- 1995-ci illərin Təsərrüfatbaşına kitabında mərhum X14 ailə başçısı olmaqla, 0,18 hektar həyətyanı torpaq sahəsi və 74 kv.metr olan yaşayış evi olmuşdur. 23 iyul 2019-cu il tarixli İİİ-БА №603531 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 21 iyul 2019-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 01 iyul 2021-ci il tarixlik **********86 nömrəli bildirişdə qeyd edilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayısə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi 0,18 hektar olsa da faktiki torpaq sahəsinin miqdarı 0,133 hektar təşkil edir. Torpaq sahəsinin 0,133 hektar kimi daşınmaz əmlakın dövlət reyestrindǝ qeydiyyata alınması üçün tərəfinizdən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin məlum olmuşdur ki, sənəddə qeyd olunan fərdi yaşayış evi sökülmüş və yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqlarınızın dövlət qeydiyyatına alınmasından imtina edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli **********81 nömrəli sorğuya cavab məktubundan görünür ki, Şəki LTİ-nin mütəxəssisləri 15 noyabr 2021-ci tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən əraziyə baxış keçirmiş ve GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Ölçmə işlərinin nəticəsində məlum olmuşdur ki, JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,27 hektar və JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 mülkiyyətinə verilmiş 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ile faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-359F KOD 40712018 nömrəli və JN-357F KOD 40712018 nömrəli mülkiyyətə verilmiş 0,27 ve 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcud olduğu üçün mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 fevral 2022-ci il tarixli **********45 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi ilə torpaq sahəsində çöl ölçü işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsində məlum olmuşdur ki, JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,27 hektar və JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 mülkiyyətinə verilmiş 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-359F KOD 40712018 nömrəli və JN-357F KOD 40712018 nömrəli mülkiyyətə verilmiş 0,27 və 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcud olduğu üçün mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Yerində müayinə zamanı müəyyən edildi ki, JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən X25, X17, X26 və X18 birgə mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsi hazırki vəziyyətdə faktiki olaraq iki hissədən ibarətdir. İddiaçıya məxsus faktiki olaraq iki hissədən ibarət torpaq sahələri arasında cavabdeh və onun ailə üzvlərinə məxsus içərisində yaşayış evi də olan torpaq sahəsi yerləşir. Tərəflər etiraf edirlər ki, iddiaçıya məxsus faktiki olaraq iki hissədən ibarət torpaq sahələri arasında əvəllər həmin əraziləri birləşdirən yol olmuşdur. Həmin yolun eni təxminən 3 metrdir. Hazırda da həmin əraziyə keçmək üçün dəmirdən olan balaca darvaza vardır. Həmin yolun üzərində cavabdeh tərəfindən quraqlıq tikilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X25, X17, X26 və X18 birgə mülkiyyətinə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisindən 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X10, X11, X8 və X4 birgə mülkiyyətinə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisindən 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şaxanım Məlikova 24 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. 19 sentyabr 2012-ci il tarixdə Cilovxan Məlikov özünə məxsus olan, bir mərtəbəli, üç otaqlı yaşayış evi, 0,09 hektar həyətyanı (JN-357F), 1,09 hektar pay (JN-0270) torpaq sahələrini oğlu İddiaçı vəsiyyət etmişdir. 26 iyul 2016-cı il tarixli 2V-180 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Şaxanım Məlikovanın vərəsəsi Cilovxan Məlikovdur və o miras əmlakdan 1/1 pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şaxanım Məlikovaya verilmiş 2\534 saylı arayışa və seriya nömrəsi JN-357F KOD 40712018 olan nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu Qalınçaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0,18 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. Həmin tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X24 rayonu Qalınçaq kəndi ünvanında yerləşən, ümumi sahəsi 58.8 kv.metr, yaşayış sahəsi 58.8 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı bildirişdə qeyd edilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayısə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi 0,18 hektar olsa da faktiki torpaq sahəsinin miqdarı 0,133 hektar təşkil edir. Torpaq sahəsinin 0,133 hektar kimi daşınmaz əmlakın dövlət reyestrindǝ qeydiyyata alınması üçün tərəfinizdən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin məlum olmuşdur ki, sənəddə qeyd olunan fərdi yaşayış evi sökülmüş və yeni fərdi yaşayış evi inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqlarınızın dövlət qeydiyyatına alınmasından imtina edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli **********81 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Şəki LTİ-nin mütəxəssisləri 15 noyabr 2021-ci tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən əraziyə baxış keçirmiş ve GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Ölçmə işlərinin nəticəsində məlum olmuşdur ki, JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə verilmiş 0,27 hektar və JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cilovxan Məlikovun mülkiyyətinə verilmiş 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ile faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-359F KOD 40712018 nömrəli və JN-357F KOD 40712018 nömrəli mülkiyyətə verilmiş 0,27 ve 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcud olduğu üçün mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 fevral 2022-ci il tarixli **********45 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi ilə torpaq sahəsində çöl ölçü işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsində məlum olmuşdur ki, JN-359F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə verilmiş 0,27 hektar və JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cilovxan Məlikovun mülkiyyətinə verilmiş 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-359F KOD 40712018 nömrəli və JN-357F KOD 40712018 nömrəli mülkiyyətə verilmiş 0,27 və 0,18 hektar torpaq sahələrinin şəhadətnamələrdə qeyd edilmiş cizgiləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcud olduğu üçün mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Məhkəmə mütəxəssis rəyi ilə razılaşmır. Belə ki, yerində müayinə zamanı müəyyən edildi ki, JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən Cilovxan Məlikov, Şaxanım Məlikovaı, Arif Məlikov və Afiq Məlikovun birgə mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsi hazırki vəziyyətdə faktiki olaraq iki hissədən ibarətdir. İddiaçıya məxsus faktiki olaraq iki hissədən ibarət torpaq sahələri arasında cavabdeh və onun ailə üzvlərinə məxsus içərisində yaşayış evi də olan torpaq sahəsi yerləşir. Tərəflər etiraf edirlər ki, iddiaçıya məxsus faktiki olaraq iki hissədən ibarət torpaq sahələri arasında əvəllər həmin əraziləri birləşdirən yol olmuşdur. Həmin yolun eni təxminən 3 metrdir. Hazırda da həmin əraziyə keçmək üçün dəmirdən olan balaca darvaza vardır. Həmin yolun üzərində cavabdeh tərəfindən tikinti işləri görülmüşdür. İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılmasını, tutulmuş ictimai yolun açılmasını, cavabdeh tərəfindən aparılmış qanunsuz tikintinin onun hesabına sökülməsini və mülkiyyət hüququna olan maneçiliklərin aradan qaldırılmasını tələb edir. və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini və yolunu bağlamadığını bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus faktiki olaraq iki hissədən ibarət torpaq sahələri arasında əvəllər həmin əraziləri birləşdirən təxminən 3 metr enində yol olmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsindən keçən yolu 3 metr enində tutmuş və orada qanunsuz tikinti işləri görmüşdür. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini tutması və orada qanunsuz tikinti işləri görməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, JN- 357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən X25, X17, X26 və X18 birgə mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdeh çıxarılmalı, tutulmuş 3 metr enində yol açılmalı, 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsində cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti onun öz hesabına sökülməli və 0,18 hektar həyətyanı torpaq sahəsindən iddiaçının mülkiyyət hüququna olan maneçiliklər aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-357F KOD 40712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən X25, X17, X26 və X18 birgə mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh çıxarılsın və tutulmuş 3 metr enində yol açılsın. 0,18 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti onun öz hesabına sökülsün. 0,18 hektar həyətyanı torpaq sahəsindən iddiaçı Məlı̇ kov İttı̇ faq Cı̇ lovxan oğlunun mülkiyyət hüququna olan maneçiliklər aradan qaldırılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar