Məhkəmə qərarları › İş №2(037)-1058/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1058/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1058/2021 15.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 15 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi 15.08.1965-ci ildə doğulmuş qardaşı X1 Rusiya Federasiyasının Samara şəhərində 29.04.2002-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X3 29.04.2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində vəfat etmişdir. Qardaşının cənazəsi Rusiya Federasiyasının Samara şəhərində gətirilərək İsmayıllı rayon Qurbanəfəndi kənd qəbirstanlığında dəfn edilmişdir. Keçirdiyi sarsıntılar üzündən qardaşının ölümünü qeydə aldırmamışdır. Hal-hazırda qardaşının ölümünün qeydə alınması zəruridir. Qardaşının ölümünün qeydə alınmaması vərəsəlik məsələsinin həllini mümkünsüz edir. Qardaşının ölməsi İsmayıllı RİHB-nın Qurbanəfəndi kənd İƏD üzrə Nümayəndəliyinin arayışı, qəbrin foto şəkilləri və şahid ifadəsi ilə təsdiq olunur. Qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Talıstan kəndində yaşayır. Ərizəçi ərinin bacısıdır. Ərizəçinin qardaşı X3 15.08.1965-ci il tarixdə İsmayıllı rayonu, Qurbanəfəndi kəndində doğulmuş, 29 aprel 2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölmüş və Qurbanəfəndi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materialların əlavə edilmiş, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 27.09.2021-ci il tarixli doğum qeydi haqqında arayışdan görünür ki, X3,15.08.1965-ci il tarixdə İsmayıllı rayonu, Qurbanəfəndi kəndində doğulmuş, atası X4, anası X2r. Belə ki, iş materiallarında olan fotoşəkildən görünür ki, X3 dəfn edilmiş, qəbirüstü abidəsi vardır və abidənin üzərində “X3” “15.Vİİİ.1966 - 2002.İV.29” yazılmışdır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin 27.09.2021-ci il tarixli, 05/Q-497 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu bildirilib. İş materiallarına əlavə edilmiş, Qurbanəfəndi kənd İƏD üzrə Nünayəndəliyi tərəfindən verilmiş,16.09.2020-ci il tarixli, 405 nömrəli məktubdan görünür ki, mərhum X1 İsmayıllı rayon Qurbanəfəndi kənd sakini olduğu, 2002-ci ildə vəfat edib Qurbanəfəndi kənd qəbirstanlığında dəfn olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 29 aprel 2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində vəfat etmiş və İsmayıllı rayon Qurbanəfəndi kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 15.08.1965-ci il tarixdə doğulmuş X1 29 aprel 2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.08.1965-ci il tarixdə doğulmuş X1 29 aprel 2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar