Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1063/2020 14.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə tikilmiş Bakı şəhəri Yeni Kürdəxanı qəsəbəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı və 1 dəhlizdən ibarət olan fərdi yaşayış evinin dəyərinin yarısının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Bakı şəhəri Yeni Kürdəxanı qəsəbəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı və 1 dəhlizdən ibarət olan fərdi yaşayış evinin dəyərinin yarısının alınıb ona verilməsini xahiş etsə də, mübahisə predmeti olan fərdi yaşayış evinin sənədlərini, belə bir evin mövcudluğunu, həmin evin harada yerləşməsini və kimin adına qeydə alınmasını təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin məzmununa əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan başqa iddia ərizəsindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi Bakı şəhəri Yeni Kürdəxanı qəsəbəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı aidiyyat qaydalarına və Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmədən məhkəməyə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, ərazi aidiyyatı qaydalarına və qanunvericiliyin tələblərinə riayət etməklə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 152.1.3, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1063/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1063/2020
14.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver