Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1094/2023 17.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək X9 onun xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********37-10301 olan 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan, bir mərtəbəli, iki otaqlı yaşayış 35,9 kv.m, köməkçi sahəsi 61,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, o xx xxxx 1962-ci il tarixdə İsmayıllı rayon Quşencə kəndində anadan olmuşdur. X5, X22 isə onun əmisi olmuşdur. Əmisi 28 oktyabr 1961-ci il tarixdə xalası X14 ilə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra xalası Cəbiyeva soyadını götürmüşdür. Əmisigilin övladları olmadığından uşaq yaşlarından onu övladlığa götürmüşlər və bunu icra nümayəndəliyində rəsmiləşdirmişlər. O, əmisigilin övladı kimi onlarla birlikdə bir təsərrüfatda yaşamış, onlara öz valideynləri kimi baxmışdır. X6 31 avqust 1996-cı il tarixdə vəfat etmiş, onun bütün dəfn və hüzur mərasimlərinin xərcini xalası ilə birlikdə o çəkmiş, qəbir daşını düzəltdirmişdir. Əmisi vəfat etdikdən sonra İsmayıllı rayon Quşencə kəndində miras qalmış, xalası ilə əmisinin paylı mülkiyyətlərinə verilmiş 0,91 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini xalası miras əmlak kimi faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə etmişdir. X2 isə 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Xalasının bütün dəfn və hüzur mərasimlərinin xərcini çəkmiş, qəbir daşını düzəltdirmişdir. Əmisindən və xalasından miras əmlakı kimi, İsmayıllı rayon Quşencə kəndində yerləşən İsmayıllı rayon AİK-nin 25 mart 2003-ci tarixli 02 nömrəli qərarı ilə paylı mülkiyyətlərinə verilmiş JN- 0468 KOD 40717005 olan Dövlət Aktı ilə 0,91 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, X2nın mülkiyyəti kimi qeydə alınmış 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi qalmışdır. Şiraslan Cəbiyev və Tamilə Cəbiyevanın birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, Şiraslan Cəbiyev və Tamilə Cəbiyevadan miras qalan əmlakları faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə edir. Evin qaz və işıq sayğaclarını öz adına sənədləşdirmiş, evə aid bütün kommunal xərcləri, torpaq vergisini o ödəyir. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, müvafiq sənədləri təqdim edə bilmədiyindən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X9 onun xalası olmasını təsdiq edən sübutları əldə edə və miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bu faktların müəyyən olunması isə məhkəmədən kənar mümkün deyildir. Ona görə də X9 onun xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və X2nın mülkiyyəti kimi qeydə alınmış, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********37-10301 olan 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan, bir mərtəbəli, iki otaqlı yaşayış 35,9 kv.m, köməkçi sahəsi 61,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçi ilə eyni məzmunlu izahat verərək X9 ərizəçinin xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və X9 mülkiyyəti kimi qeydə alınmış, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********37-10301 olan 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan, bir mərtəbəli, iki otaqlı yaşayış 35,9 kv.m, köməkçi sahəsi 61,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçi tərəfindən qəbul olunması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid X25 ifadə verərək göstərdi ki, o, Ərizəçi arvadıdır. Valideynlərindən eşitdiyinə görə ərinin əmisi xalası Tamilə ilə 1961-ci ildə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından övladları olmadığından ərizəçini uşaq vaxtlarından övladlığa götürmüşlər. Əri uşaq vaxtlarından əmisi və xalası ilə bir evdə yaşamış, onlara övladlıq etmişdir. O İlyasla ailə qurduqdan sonra həmin evə gəlin köçmüş və hal-hazıra kimi həmin evdə yaşayır. Ərizəçinin əmisi Şiraslan Cəbiyev 1996-cı il tarixdə vəfat etmiş, onun bütün dəfn və hüzur mərasimlərinin xərcini xalası ilə birlikdə ərizəçi çəkmiş, qəbir daşını düzəltdirmişdir. Əmisi vəfat etdikdən sonra ondan miras qalan pay torpaq sahəsini xalası miras əmlak kimi faktiki qəbul edərək sahiblik və idarə etmişdir. X38 2023-cü ildə vəfat etmişdir. Xalasının bütün dəfn və hüzur mərasimlərinin xərcini ərizəçi çəkmiş, qəbir daşını düzəltdirmişdir. Ərinin əmisindən və xalasından miras əmlakı kimi, İsmayıllı rayon Quşencə kəndində 0,91 ha pay, 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi qalmışdır. Şiraslan Cəbiyev və Tamilə Cəbiyevanın övladları olmamış, digər yaxın qohumları da yoxdur. Ərizəçi Şiraslan Cəbiyev və Tamilə Cəbiyevadan miras qalan əmlakları faktiki qəbul edərək idarə edir. Artıq evin qaz və işıq sayğacları ərizəçinin adına sənədləşdirmişdir. Evə və torpaq sahəsinə dair bütün xərcləri və vergini ərizəçi ödəyir. O, X9 ərizəçinin xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və X9 mülkiyyəti kimi qeydə alınmış 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçinin tərəfindən qəbul edilməsini təsdiq edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşudur. Ərizəçi Şiraslan Cəbiyev və Tamilə Cəbiyeva ilə bir evdə yaşamışdır. Şiraslan və Tamilə Cəbiyeva vəfat etdikdən sonra onların dəfn və hüzür mərasimlərinin xərclərini ərizəçi çəkmişdir. Ərizəçi əmisindən və xalasından miras qalmış evdə yaşayır, pay torpaq sahəsini əkib-becərir, vergilərini ödəyir, onlardan qalan miras əmlakları faktiki olaraq qəbul edərək idarə edir. O, X9 ərizəçinin xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq edir. X12 X3 ilə eyni məzmunlu ifadə verərək X9 ərizəçinin xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş -A3 seriyalı 093903 nömrəli 4 aprel 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun Quşencə kəndində yaşayır, valideynləri X21 və X16r. -ИЕ seriyalı 513610 nömrəli 31 yanvar 1951-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 1931-ci ildə anadan olmuş, valideynləri X23 və X26r. -ИЕ seriyalı 077245 nömrəli 13 noyabr 1948-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 2 iyul 1932-ci il tarixdə anadan olmuş, valideynləri X18 və X26r. - İ-ИЕ seriyalı 347067 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X14 arasında 28 oktyabr 1961-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. -14 dekabr 1993-cü il tarixli aktın surətindən görünür ki, Zoğallıq kənd sakini X1 İlyas Qüddəsər oğlunu 1986-cı ildən övladlığa götürmüş və hal-hazırda X22 ilə birlikdə yaşayırlar. -AZ-İ seriyalı 542606 nömrəli 31 iyul 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 31 avqust 1996-cı il tarixdə vəfat etmişdir. -AZ-İİ seriyalı 333920 nömrəli 08 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. - JN-0468 nömrəli Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X27 Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarı ilə X20 və X10 birgə mülkiyyətlərinə 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Zoğallıq kəndində yerləşən 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 29 noyabr 2021-ci ildə X9 adına qeydiyyata alınmışdır. -29 noyabr 2021-ci tarixdə tərtib edilmiş Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonun Zoğallıq kəndində yerləşən bir mərtəbəli iki otaqlı ümumi sahəsi 97,7 kv.metr, yaşayış sahəsi 35,9 kv.metr, köməkçi sahəsi 61,8 kv.metrdən ibarət olan fərdi yaşayış evinin hüquq subyekti X11r. -İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 349 nömrəli arayışdan görünür ki, İsmayllı rayonun Quşencə kənd sakini olmuş mərhum X22 vəfat etdiyi 31 avqust 1996-cı il tarixə kimi onun vərəsələri aşağıdakı kimi olmuşdur: 1. X4 – 01 fevral 2023-cü il tarixdə vəfat etmiş, 2. Oğlulluğu Ərizəçi. - İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 386 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Quşencə kənd sakini Ərizəçi 1986-cıdən mərhum əmisi (xx.xx.1996) X22 tərəfindən oğulluğa götürülmüşdür. Mərhum əmisi Ərizəçi və əmisinin arvadı mərhum X9 bütün xəstəlik xərcləri, dəfn xərcləri və məzar daşlarının xərclərini Ərizəçi çəkmişdir. Ərizəçi toy mərasimini X22 etmişdir. Mərhumların adına JN-0468 Kod 40717005 nömrəli dövlət aktına əsasən 0,91 ha pay torpağı, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********37- 10301 nömrəli həyətyanı torpaq sahəsi vardır. -İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 598 nömrəli məktubdan görünür ki, ərizəçi 01 fevral 2023-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 386 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Quşencə kənd sakinləri olmuş, 31 avqust 1996-ci ildə vəfat etmiş mərhum X22 və onun arvadı 01 fevral 2023-ci il tarixdə vəfat etmiş X7 miras qalmış İsmayıllı rayonun kəndində yerləşən, İsmayıllı rayon AİK-nın xx.xx.2003-ci il tarixli 02 saylı qərarı ilə mərhumların mülkiyyətinə verilmiş 0,91 ha. kənd təsərrüfatı təyinatlı və qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********37-10301 olan ümumi sahəsi 97,90 kvm fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,23 ha həyətyanı torpaq sahəsini faktiki miras əmlakı kimi vəfat edən günə kimi onlarla birlikdə yaşamış oğlu (1986-ci ildən övladlığa götürdükləri qardaşı oğlu) Ərizəçi qəbul edərək, torpaq və əmlak vergilərini, işıq, qaz pulunu ödəyərək, torpaq sahəsini əkibbecerǝrǝk, yaşayış evində yaşayaraq, miras əmlakına faktiki sahiblik etməklə idarə edir. Mərhumların Ərizəçi başqa vərəsələri yoxdur. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi İsmayıllı rayonun Quşencə kəndində doğulub və hazırda da orada yaşayır. Ərizəçinin X6 28 oktyabr 1961-ci il tarixdə xalası X14 ilə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra xalası Cəbiyeva soyadını götürmüşdür. Əmisigilin övladları olmadığından ərizəçini uşaq yaşlarından övladlığa götürmüşlər və bunu icra nümayəndəliyində rəsmiləşdirmişlər. Ərizəçi əmisigilin övladı kimi onlarla birlikdə bir təsərrüfatda yaşamışdır. Ərizəçinin X6 31 avqust 1996-cı il tarixdə vəfat etmiş, onun dəfn və hüzur mərasimlərinin xərcini xalası ilə birlikdə ərizəçi çəkmiş, qəbir daşını düzəltdirmişdir. Əmisi vəfat etdikdən sonra ondan miras qalan pay torpaq sahəsini xalası miras əmlak kimi faktiki qəbul edərək sahiblik və idarə etmişdir. X2 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Tamilə Cəbiyevanın dəfn və hüzur mərasimlərinin xərcini ərizəçi çəkmiş, qəbir daşını düzəltdirmişdir. Şiraslan Cəbiyev və X13 rayon Quşencə kəndində 0,91 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, X9 mülkiyyəti kimi qeydə alınmış 0,23 ha həyətyanı torpaq sahəsi və həyətyanı torpaq sahəsində fərdi yaşayış evi miras qalmışdır. Şiraslan Cəbiyev və Tamilə Cəbiyevanın birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. Ərizəçi Şiraslan Cəbiyev və Tamilə Cəbiyevadan miras qalan əmlakları faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə edir. Evə aid bütün kommunal xərcləri, torpaq vergisini ərizəçi ödəyir. Ərizəçi İsmayıllı rayon Notariat ofisinə müraciət edərək mərhum X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldüyündən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi Tamilə Cəbiyevanın onun xalası olmasını təsdiq edən sübutu əldə edə bilmir. Ona görə də müraciət edərək X9 onun xalası olması, X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********37-10301 olan 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m olan, bir mərtəbəli, iki otaqlı yaşayış 35,9 kv.m, köməkçi sahəsi 61,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasını xahiş edir. Göstərilən faktları məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələri ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası bərabər pay hüquqlu vərəsələr sayılırlar. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1159.4-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. X9 ərizəçinin xalası olması, X20 və X8 miras qalan 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi, X7 miras qalan 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması başqa qaydada mümkün deyildir. Məhkəmə X9 ərizəçinin xalası olması faktına münasibət bildirərək qeyd edir ki, ərizəçinin əmisi olmuş X22 ərizəçinin xalası X24 ilə rəsmi nikah bağlamış, xalası Cəbiyeva soyadını götürmüşdür. Ərizəçi uşaq vaxtlarından onlar vəfat edən günədək əmisi və xalası ilə birlikdə yaşamışdır. Ərizəçinin əvvəl əmisi, sonra isə xalası vəfat etmişdir. Ərizəçi Tamilə Cəbiyeva vəfat edən günə kimi onunla bir evdə yaşamışdır. Buna baxmayaraq ərizəçi Tamilə Cəbiyevanın onun xalası olması faktını təsdiq edən sənədləri əldə edə bilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X20 və X10 birgə mülkiyyətlərində 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, X9 tam mülkiyyətində İsmayıllı rayonun Zoğallıq kəndində 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evi vardır. X22 31 avqust 1996-cı il tarixdə vəfat etmişdir. Şiraslan Cəbiyev vəfat etdikdən sonra ondan miras qalan əmlakları Tamilə Cəbiyeva faktiki olaraq qəbul edərək idarə etmişdir. X20 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin X38 vəfat etdikdən sonra ondan miras qalan əmlakları ərizəçi faktiki olaraq qəbul edərək idarə edir. Miras qoyan Şiraslan Cəbiyev və Tamilə Cəbiyevanın birinci , ikinci və üçüncü növbə vərəsələri yoxdur. Hazırki iş üzrə ərizəçi mərhum Tamilə Cəbiyevanın qanun üzrə dördüncü növbədə vərəsəsidir. Ərizəçi miras qoyan vəfat etdiyi günədək onunla yaşamışdır. Bununla da ərizəçi qanun üzrə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından X9 Ərizəçi xalası olması, X9 mülkiyyətində olan 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evindən, X27 Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0468 nömrəli 40717005 nömrəli 24 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin və nümayəndəsinin izahatları, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X9 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********37-10301 reyestr nömrəli Çıxarış üzrə mərhum X9 mülkiyyətində olan 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, ümumi sahəsi 97,7 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X27 Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına əsasən JN-0468 nömrəli 40717005 nömrəli 24 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X20 və X10 birgə mülkiyyətinə verilmiş 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1094/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1094/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver