Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1160/2022 14.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi şəxsin ölməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 14 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 aprel 1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş mərhum əri X2 20 aprel 2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində ev şəraitində xəstəlik nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X8 xx.xx.1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş və xx.xx.2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində vəfat etmişdir. Əri Rusiyada işləməklə həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Ömrünün son vaxtlarında başında olan bədxassəli şişə görə Azərbaycana gəlmiş, uzun müddət xəstə yatdıqdan sonra İsmayıllı rayon Sumağallı kəndində qardaşının evində vəfat etmişdir. Ərinin cənazəsi İsmayıllı rayon Sumağallı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərinin ölüm aktı müvafiq dövlət orqanında qeydə alınmamış və bu barədə şəhadətnamə verilməmişdir. Əri vəfat etdikdən sonra başı hüzürə qarışmış və keçirdiyi sarsıntılar üzündən ərinin ölümünü qeydə aldırmamışdır. Hal-hazırda ərinin ölümünün qeydə alınması zəruridir. Ərinin ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir. Ərinin ölməsi İsmayıllı RİHB-nın Sumağallı kənd İƏD üzrə Nümayəndəliyinin arayışı, qəbrin foto şəkilləri və şahid ifadələri ilə təsdiq olunur. Ərinə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Sumağallı kəndində yaşayır. Ərizəçi əmisi qızıdır. Ərizəçinin əri X10 xx.xx.1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş, xx.xx.2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində ölmüş və Sumağallı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X13 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu, Sumağallı kəndində yaşayır. Ərizəçi dayısı qızıdır. Ərizəçinin əri X10 xx.xx.1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş, xx.xx.2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində ölmüş və Sumağallı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1961-ci il tarixli İİ ИЕ №082631 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki,X8 xx.xx.1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş, atası X11, anası X6r. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, V-ЖГ №460074 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 ilə xx.xx.1967-ci il təvəllüdlü X7 18 avqust 1991-ci il tarixdə İsmayıllı rayon Qalacıq kənd XDC İcraiyyə Komitəsində rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1991-ci ilin avqust ayının 18 günündə 19 nömrə ilə qeyd edilmiş, ərə Bayramov və arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X8 dəfn edilmiş, qəbirüstü abidəsi vardır və abidənin üzərində “X9” “25.İV.1961 – 20.İV.2018” yazılmışdır. İş materiallarında olan İsmayıllı RİHB-nın Sumağallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, mərhum X1 rayon Sumağallı kəndi ünvanında yaşayan qardaşı X4 məxsus evdə beyin xərçəngindən müalicə alarkən xx.xx.2018-ci il tarixdə vəfat edib və Sumağallı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 431 saylı məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi (həkim) şəhadətnaməsi lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 avqust 2022-ci il tarixli, xx-xx-1288/2022 saylı məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir,İsmayıllı RMX-na vəfat etməsi barədə müraciət edilmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki,X8 20 aprel 2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində vəfat etmiş və İsmayıllı rayon Sumağallı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 25 aprel 1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş X2 20 aprel 2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 aprel 1961-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində doğulmuş X2 20 aprel 2018-ci il tarixdə İsmayıllı rayon Sumağallı kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1160/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1160/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver