Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1160/2025 01.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı cavabdehlər İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi X1, İsmayıllı RİH-nin memarı Abdullayev Vüsal və İsmayıllı bələdiyyəsinin sədri X4 və müavini X2 qarşı “ona məxsus dəmir darvazanın heç bir məhkəmə qərarı təqdim edilmədn əmlak sahibinə xəbər verilmədən sökülərək yararsız hala salınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi X1, İsmayıllı RİH-nin memarı Abdullayev Vüsal və İsmayıllı bələdiyyəsinin sədri X4 və müavini X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayətin iştirakçıları barədə onların əməllərinə hüquqi qiymət verərək qanuni tədbir görülməsini və ona dəymiş maddi və mənəvi zərərin həmin şəxslər tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək onun formasına və məzmununa və ərazi aidiyyətinə riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. Belə ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində “ona məxsus dəmir darvazanın heç bir məhkəmə qərarı təqdim edilmədn əmlak sahibinə xəbər verilmədən sökülərək yararsız hala salınması”-na dair tələblə (şikayət forması) müraciət etmiş, iddia ərizəsinin xahiş etdi hissəsində isə “cinayətin iştirakçıları barədə onların əməllərinə hüquqi qiymət verərək qanuni tədbir görülməsini və ona dəymiş maddi və mənəvi zərərin həmin şəxslər tərəfindən ödənilməsi” kimi qeyd etmişdir. Göründüyü kimi tələb qeyri müəyyən olmaqla, prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Bununla yanaşı, iddiaçının tələbi qeyri müəyyən olmaqla, öz tələbini əsaslandırdığı halları da dəqiq müəyyən edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1,152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi X1, İsmayıllı RİH-nin memarı Abdullayev Vüsal və İsmayıllı bələdiyyəsinin sədri X4 və müavini X2 qarşı “ona məxsus dəmir darvazanın heç bir məhkəmə qərarı təqdim edilmədən əmlak sahibinə xəbər verilmədən sökülərək yararsız hala salınması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova İş № 2(037)-475/2021 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL İsmayıllı Rayon Məhkəməsi 13 dekabr 2019-cu il İsmayıllı şəhəri Mən hakim X3, ərizəçi X5 maraqlı şəxs Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:15-də başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, qərardadı qəbul etdi. Prosessual hərəkət saat 17:25-də qurtardı. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(037)-1160/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1160/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver