Məhkəmə qərarları › İş №2(037)-1204/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1204/2023

24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1204/2023 24.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə 24 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək əri X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda vəfat etməsinin müəyyən edilməsi, ölüm haqqında akt qeydində onun doğulduğu tarixin 05 fevral 1976-cı il, doğulduğu və yaşadığı yerin İsmayıllı rayonun Bizlan kəndi, ölüm yerinin Ağsu rayonu, ölüm tarixinin 20 sentyabr 2023-cü il, ölüm səbəbinin “ürək tutması” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, əri X18 rayonun Kalva kəndi ərazisində Ağsu çayının üzərində yerləşən İnşaat-körpünün tikintisində sürücü işləyirdi. 20 sentyabr 2023-cü il tarixdə işdə olduğu vaxt saat 17-18 radələrində iş yerində qəflətən ürək tutmadan vəfat etmişdir. Onlar hadisə yerinə çatanda ərinin öldüyünü görmüşlər. Həmin vaxt Şamaxı rayon Təcili Yardım şöbəsinə müraciət olunmuş, lakin təcili yardım maşını gələnə qədər artıq Şaiq vəfat etmişdir. Onlar həmin gün Şaiqi yaşadıqları Bizlan kəndinə gətirmişlər və 21 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonun Bizlan kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ölüm haqqında şəhadətnamənin hüquqi nəticələrini bilmədiyindən ərinin ölümünün rəsmiləşdirilməsinə dair sənədi vaxtında almamışdır. Ərinin ölüm haqqında şəhadətnaməsi olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan ərinin ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, ərinin vəfat etməsi barədə vaxtında müraciət etmədiyi üçün onun ölümünə dair tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Ərinin ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək əri X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda vəfat etməsinin müəyyən edilməsi, ölüm haqqında akt qeydində onun doğulduğu tarixin 05 fevral 1976-cı il, doğulduğu yerin İsmayıllı rayonun Bizlan kəndi, yaşadığı yerin İsmayıllı rayonun Bizlan kəndi, ölüm yerinin Ağsu rayonu, ölüm tarixinin 20 sentyabr 2023-cü il, ölüm səbəbinin “ürək tutması” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. X17 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda iş yerində qəflətən ürək tutmadan vəfat etmişdir. Həmin vaxt Şamaxı rayon Təcili Yardım şöbəsinə müraciət olunmuş, lakin təcili yardım maşını gələnə qədər artıq atası vəfat etmişdir. Atasını 21 sentyabr 2023-cü yaşadıqları Bizlan kənd qəbirstanlığında dəfn etmişlər. O, atası X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda vəfat etməsini və İsmayıllı rayonun Bizlan kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. X1 X2 ilə eyni məzmunlu ifadə verərək X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda vəfat etməsini və İsmayıllı rayonun Bizlan kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1976-cı il tarixdə İsmayıllı rayonun Bizlan kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçidır. -Vİİ-ЖГ seriyalı 333858 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında 12 dekabr 1997-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. -Şamaxı RMX-sı PHŞ-i Təcili və X6 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 20 sentyabr 2023-cü il tarixdə X7 təcili tibbi yardım çağırılmış, xəstə müayinə olunarkən onda həkimə qədərki ölüm müşahidə olunmuşdur. -İsmayıllı rayon İHB-nın Bizlan kənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 335 nömrəli arayışdan görünür ki, X9 20 sentyabr 2023-cü il tarixdə iş yerində qəflətən vəfat etmişdir. - İsmayıllı rayon İHB-nın Bizlan kənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli 339 nömrəli arayışdan görünür ki, X9 20 sentyabr 2023-cü il tarixdə iş yerində qəflətən ürək tutmasından vəfat etmişdir. X16 21 sentyabr 2023-cü il tarixdə Bizlan kənd qəbirstanlığında dəfn olunmuşdur. -İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/3-3855/2023 nömrəli 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçi İsmayıllı RMX-nə müraciət etmədiyi üçün 05 fevral 1976-cı il tarixdə doğulmuş X4 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. -Maraqlı şəxs 3-16-5/8-15-434/23 nömrəli 03 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş fotoşəkillər X4 vəfat etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin əri X9 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda qəflətən ürək tutmasından vəfat etmiş və 21 sentyabr 2023-cü il tarixdə yaşadığı İsmayıllı rayonun Bizlan kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, müraciətinə cavab olaraq X4 ölümü barədə İsmayıllı rayon X8 Hüquqi Şəxsə vaxtında müraciət olunmadığından barəsində ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etmədiyindən əri Şaiq Hacıyevə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. X7 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda qəflətən “ürək tutmadan” vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin ərinə ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 05 fevral 1976-cı il, doğulduğu və yaşadığı yer İsmayıllı rayonun Bizlan kəndi, ölüm yeri Ağsu rayonu, ölüm tarixi 20 sentyabr 2023-cü il, ölümün səbəbi “ürək tutması” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 20 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 05 fevral 1976-cı il, doğulduğu yer İsmayıllı rayonun Bizlan kəndi, yaşadığı yer İsmayıllı rayonun Bizlan kəndi, ölüm yeri Ağsu rayonu, ölüm tarixi 20 sentyabr 2023-cü il, ölümün səbəbi “ürək tutması” qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar