Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1230/2024 09.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 09 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, alimentin alınması ilə bağlı aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 02 avqust 2019-cu il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 29 avqust 2020-ci il tarixdə X3 adlı bir övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün uzun müddətdir faktiki olaraq ayrı yaşayır və maraqlı şəxs nikahın pozulması ilə bağlı məhkəmə iddia qaldırmışdır. O, isə alimentin alınması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə maraqlı tərəf Maraqlı şəxs ilə uşağın saxlanması üçün ayda 210 (iki yüz on) manat alimentn təyin edilməsi ilə bağlı razılığa gəlmişlər və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək uşağın maddi təminatı üçün razılaşdıqları alimenti ödəməmişdir. Ona görə də alimentin alınması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək alimentin alınması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Ərizəçi ilə mediasiya təşkilatında aliment tələbi ilə bağlı razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixdə bu barədə barışıq sazişi imzalamışlar. Hazırda barışıq sazişinin təsdiq edilməsinə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 309667 saylı xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında 02 sentyabr 2019-cu il tarixdə bağlanmış nikah İsmayıllı RİHB-nın Topçu İƏD üzrə nümayəndəliyində 10 sayla qeyd edilmişdir. AZ-İV 366912 saylı xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 29 avqust 2020-ci il tarixdə X3 adlı bir övladı doğulmuşdur. “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞQ/MTO35/2024-542 ömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər 29 avqust 2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay 210 (iki yüz on) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə göstərilir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsində göstərilir ki, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsində göstərilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs 02 sentyabr 2019-cu il tarixdə tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 29 avqust 2020-ci il tarixdə Fətəli Vəlizadə adlı bir övladları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğu üçün müəyyən müddətdir faktiki olaraq ayrı yaşayırlar. Bu müddətdə maraqlı şəxs uşağının maddi təminatı ilə maraqlanmadığından ərizəçi alimentin alınması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə tərəflər razılığa gəlmişlər və aralarında xx.xx.2024cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək uşağın maddi təminatını ödəməmişdir. Hazırda ərizəçi alimentin alınması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs isə barışıq sazişinin təsdqi edilməsinə etiraz etməddiyini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 sentyabr 2024-cü il tarixdən tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “Barışıq sazişi”-dən görünür ki, tərəflər tam mediasiya sessiayasında iştirak etmişlər, digər tələblərlə yanaşı alimentin alınması ilə bağlı da razılığa gələrək aralarında barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi 100 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin yarısı, yəni 50 manatı maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin hər ay 210 (iki yüz on) manat miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2520 (iki min beş yüz iyirmi) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 45 manat 20 qəpik dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə maraqlı şəxs dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, ərizəçinin məhkəməyə müraciət etmək üçün mediasiyda ödədiyi 100 manat dövlət rüsumunun 50 manat məbləğinin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödəniləcəyi və həmin məbləğin maraqlı şəxsin alimentə görə ödəməli olduğu 45 manat 20 qəpik dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı maraqlı şəxsdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 03 sentyabr 2024cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq 29 avqust 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Maraqlı şəxs 50 (əlli) manat mediasiya xərci tutulsun və Ərizəçi ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1230/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1230/2024
09.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver