Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1240/2025 08.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X11 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X6 20 iyul 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 may 1985-ci il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 20 iyul 1985-ci il, ölüm səbəbinin “xəstəlik”, eyni adlı X6 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 mart 1990-cı il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 09 aprel 1990-cı il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X12 01 may 1985-ci il tarixdə anadan olmuşdur. Gülnarə doğulduqdan iki ay sonra – 20 iyul 1985-ci il tarixdə onlara məlum olmayan səbəbdən yaşadıqları evdə qəflətən vəfat etmişdir. 25 mart 1990-cı il tarixdə yenidən bir qız övladı doğulmuşdur. Əri vəfat etmiş qızının adını yaşatmaq məqsədilə həmin uşağa da Gülnarə adını qoymuşdur. Həmin uşaq da doğulduqdan 15 gün sonra – 09 aprel 1990-cı il tarixdə onlara məlum olmayan səbəbdən yaşadıqları evdə qəflətən vəfat etmişdir. Hər iki qızı vəfat etdiyi müddətlərdə keçirdikləri sarsıntıdan, hüzur mərasimlərinə başları qarışdığından və ölüm haqqında şəhadətnamələrin hüquqi nəticələrini bilmədiklərindən qızlarının ölümü haqqında sənədlərin vaxtında alınması ilə məşğul ola bilməmişlər. Ərindən qalan miras əmlakla bağlı müraciət etdikdə qızlarının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Hər iki qızına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan qızlarının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müraciəti təmin olunmamışdır. Qızlarının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək qızı X6 20 iyul 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 may 1985-ci il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 20 iyul 1985-ci il, ölüm səbəbinin “xəstəlik”, eyni adlı ikinci X6 isə 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 mart 1990-cı il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 09 aprel 1990-cı il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, əri vəfat etdiyindən ondan qalan əmlakları oğlunun adına rəsmiləşdirmək istəyir. Lakin vəfat etmiş iki qızının ölüm haqqında şəhadətnamələri olmadığından bu hüquqdan istifadə edə bilmirlər. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X21 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin eyni adlı qızlarının ölüm haqqında akt qeydiyyatları aşkar edilməmişdir. Ərizəçi qızlarının ölümünə dair tibbi şəhadətnamələri vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. Ərizəçinin 1985-ci il təvəllüdlü Gülnarə adlı qızı doğulduqdan iki ay sonra vəfat etmişdir. Qardaşı Yolçu 1990-cı ildə doğulmuş qızına da eyni adı vermişdir. Həmin uşaq da doğulduqdan təxminən 15 gün sonra vəfat etmişdir. Uşaqların hər ikisi İsmayıllı rayonun Qoşakənd kənd qəbirstanlığında dəfn olunmuşlar. Hüzür mərasimlərində iştirak etmişdir. O, 01 may 1985-ci il tarixdə doğulmuş X6 20 iyul 1985-ci il tarixdə və 25 mart 1990-cı il tarixdə doğulmuş X6 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində xəstəlikdən vəfat etmələrini və vəfat etdikləri gün kənd qəbirstanlığında dəfn olumalarını təsdiq edir. X1 ifadə verərək göstərdi ki, ərizəçi yaxın qohumudur. Ərizəçinin 1985-ci ildə doğulmuş Gülnarə adlı qızının 20 iyul 1985-ci il tarixdə və 1990-cı ildə doğulmuş eyni adlı qızının 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində xəstəlikdən vəfat etmələrini və vəfat etdikləri gün kənd qəbirstanlığında dəfn olumalarını təsdiq edir. X7 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Ailənin kiçik övladıdır. Atası tərəfindən 1985-ci ildə doğulmuş və az müddət sonra vəfat etmiş Gülnarə adlı bacısının adını yaşatmaq məqsədi ilə 1990-cı ildə doğulmuş bacısına da eyni adı verməsini valideynlərindən eşitmişdir. Bacılarının hər ikisi kənd qəbirstanlığında dəfn olunmuşdur. Müəyyən vaxtlarda valideynləri ilə birlikdə bacılarının məzarlarını ziyarət etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə Ermənistan Republikası Vardenis rayonunda doğulmuş və İsmayıllı rayonun Qoşakənd kəndində yaşayır. - İİ-ЖГ seriyalı, 487686 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X8 arasında 24 mart 1982-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. - Maraqlı şəxs 30 may 2025-ci il tarixli arayışdan görünür ki, 01 may 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində doğulmuş şəxs X9r. X2 və Ərizəçidır. - XV-ЖГ seriyalı 307278 nömrəli 09 aprel 1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 mart 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində doğulmuş şəxs X9r. X2 və Ərizəçidır. - AZ-İİ seriyalı 484817 nömrəli 22 yanvar 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 09 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. - Təsərrüfatbaşına kitabdan çıxarılmış çıxarışdan görünür ki, X16 ailə üzvləri aşağıdakı kimidir. arvadı – Ərizəçi, oğlu 25 aprel 1979-cu il tarixdə doğulmuş X13, qızı 12 yanvar 1982-ci il tarixdə doğulmuş X17, qızı 22 oktyabr 1983-cü il tarixdə doğulmuş X18, qızı 01 may 1985-ci il tarixdə doğulmuş X9r. 1985-ci il təvəllüdlü X6 adının üzərindən xətt çəkilmişdir. - Təsərrüfatbaşına kitabdan çıxarılmış çıxarışdan görünür ki, kitaba əlavə edilmiş vərəqədə X16 ailə üzvü kimi 25 mart 1990-cı il təvəllüdlü X12 qeyd edilib. - İsmayıllı RİH başçısının Qoşakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2025-ci il tarixli 92 nömrəli arayışdan görünür ki, xx xxxx 1958-ci il təvəllüdlü Hüseynova X10 rayonun Qoşakənd kəndində qeydiyyatdadır. - İsmayıllı rayon X19 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-H-42-1318/2025 nömrəli 07 iyul 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi qızı 01 may 1985-ci il təvəllüdlü X6 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - İsmayıllı rayon X19 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-H-7xx-xx-1319/2025 nömrəli 07 iyul 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi qızı 25 mart 1990-cı il təvəllüdlü X6 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - İsmayıllı rayon Dövlət Arxivi tərəfindən 25 iyul 2025-ci il tarixli 3-48-23RA/2-H/14- 129/2025 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayon Qoşakənd kənd İƏD üzrə RİHB-nin nümayəndəliyinin 29 nömrəli Arxiv fondunda saxlanan 1983-1990-cı illərin Təsərrüfatbaşına kitabında mərhum X16 ailə tərkibi 1983-1985-ci illər üzrə ailə başçısı 1957-ci il təvəllüdlü X25, arvadı 15 aprel 1958-ci il təvəllüdlü Ərizəçi, oğlu 25 aprel 1979cu il təvəllüdlü X13, qızı 12 yanvar 1982-ci il təvəllüdlü X17, 22 oktyabr 1983-cü il təvəllüdlü X18, 01 may 1985-ci il təvəllüdlü X5 ibarət olmuşdur. Kitabın qeyd edilən vərəqində 01 may 1985-ci il təvəllüdlü Gülnarənin adının üzərindən xətt çəkilməklə ölüb qeyd edilib və ölüm tarixi qeyd edilməyib. X16 ailə tərkibi 1986-1990-cı illər üzrə ailə başçısı 1957-ci il təvəllüdlü X25, arvadı 15 aprel 1958-ci il təvəllüdlü Ərizəçi, oğlu 25 aprel 1979-cu il təvəllüdlü X13, qızı 12 yanvar 1982-ci il təvəllüdlü X17, 22 oktyabr 1983-cü il təvəllüdlü X18, oğlu 01 noyabr 1986-cı il təvəllüdlü X23, oğlu 09 noyabr 1988-ci il təvəllüdlü X22, 25 mart 1990-cı il təvəllüdlü X5 ibarət olmuşdur. Kitabın qeyd edilən əlavə edilmiş vərəqində 25 mart 1990-cı il təvəllüdlü Gülnarənin adının üzərindən xətt çəkilməklə 09 aprel 1990-cı il tarixdə ölməsi qeyd edilib. -İsmayıllı RİH başçısının Qoşakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayon Qoşakənd kəndində qeydiyyatdadır və ailə tərkibi aşağıdakı kimi olmuşdur. Özü-Ərizəçi, əri-X25 (vəfat edib), oğlu-X13 (vəfat edib), qızı-X17, qızı-X18 (vəfat edib), qızı-X12 (vəfat edib), oğlu-X23, oğlu-X22, qızı-X12 (vəfat edib). - Maraqlı şəxs 3-16-5/8-15-347/2025 nömrəli 03 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, X6 ölümü haqqında akt qeydi 1983-1989-cu və 1987-1993-cü illər “Vətəndaşlıq vəziyyəti aktları”nın arxivində, Maraqlı şəxs və Qoşakənd icra nümayəndəliyi üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölümün qeydə alınması mümkün olmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş iki ədəd ayrı-ayrı uşaq məzarı fotoşəkilləri iş üzrə sübut kimi qəbul edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin qızı X12 01 may 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində anadan olmuşdur. Gülnarə Hüseynova iki ay sonra – 20 iyul 1985-ci il tarixdə yaşadığı evdə qəflətən vəfat etmiş və həmin gün Qoşakənd kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi 25 mart 1990-cı il tarixdə doğulmuş qızına da Gülnarə adını verilmişdir. Bu uşaq da 15 gün sonra – 09 aprel 1990-cı il tarixdə yaşadığı evdə qəflətən vəfat etmişdir. Təqdim olunmuş sənədlərdə ərizəçinin ailə üzvlərinin tərkibində olmuş 01 may 1985-ci il tarixdə doğulmuş qızı X6 vəfat etdiyi qeyd olunmuşdur. 1986-1990-cı illər üzrə isə ərizəçinin ailəsinin tərkibində 01 may 1985-ci il tarixdə doğulmuş Gülnarənin adı qeyd edilməmiş, 25 mart 1990-cı il təvəllüdlü X6 adı göstərilmiş, adının üzərindən xətt çəkilməklə 09 aprel 1990-cı il tarixdə ölməsi qeyd edilmişdir. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqanlara müraciət etmədiyindən hər iki qızına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçinin əri X25 09 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi ərindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyidən ondan qızlarının ölüm haqqında şəhadətnamələri tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət olunmuş, ölüm haqqında tibbi şəhadətnamələr olmadığından müraciət təmin olunmamışdır. Ərizəçinin Gülnarə adlı hər iki qızına ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydlərinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamələrin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin 1985-ci il və 1990cı il təvəllüdlü eyni adlı qızlarının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi qızı X6 20 iyul 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 01 may 1985-ci il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 20 iyul 1985-ci il, ölüm səbəbinin “xəstəlik”, eyni adlı ikinci qızı X6 isə 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 mart 1990-cı il, doğulduğu yerin İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yerin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yerinin İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixinin 09 aprel 1990-cı il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, 01 may 1985-ci il tarixdə doğulmuş X6 20 iyul 1985-ci ildə və 25 mart 1990-cı il tarixdə doğulmuş X6 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində “xəstəlik”dən vəfat etmələri faktları məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin hər iki qızına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktların müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. 1985-ci il təvəllüdlü X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 may 1985-ci il, doğulduğu yer İsmayıllı rayonun Qoşakənd kəndi, yaşayış və ölüm yeri İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixi 20 iyul 1985-ci il, ölümün səbəbi “xəstəlik”, 1990-cı il təvəllüdlü X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 25 mart 1990cı il, doğulduğu yer İsmayıllı rayonun Qoşakənd kəndi, yaşayış və ölüm yeri İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixi 09 aprel 1990-cı il, ölümün səbəbi “xəstəlik”qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 20 iyul 1985-ci il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsi faktı müəyyən edilsin. X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 01 may 1985-ci il, doğulduğu yer İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yer İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yeri İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixi 20 iyul 1985-ci il, ölüm səbəbi “xəstəlik” qeyd edilsin. X6 09 aprel 1990-cı il tarixdə İsmayıllı rayonun Qoşakənd kəndində ölməsi faktı müəyyən edilsin. X12 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 25 mart 1990-cı il, doğulduğu yer İsmayıllı rayonun Qoşakənd kəndi, yaşadığı yer İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm yeri İsmayıllı rayonun Qoşakənd kəndi, ölüm tarixi 09 aprel 1990-cı il, ölüm səbəbi “xəstəlik” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1240/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1240/2025
08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver