Məhkəmə qərarları › İş №2(037)-1250/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1250/2025

13.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1250/2025 13.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək atası X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasıyasında ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 30 iyun 1959-cu il, doğulduğu yerin İsmayıllı rayonun Kəlfərəc kəndi, yaşadığı yerin İsmayıllı rayonun Tağlabiyan kəndi, ölüm yerinin Rusiya Federasıyası, ölüm tarixinin 15 sentyabr 2011-ci il, ölüm səbəbinin “suda boğulma” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X9 1995-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Əvvəllər anası ilə telefon əlaqəsi saxlasa da sonradan heç bir əlaqələri olmamışdır. Uzun illər keçdikdən sonra, təxminən 9-10 il əvvəl atası zəng edərək pasportunu itirdiyini bildirmiş və buna görə də geri qayıtması mümkün deyildir. Bundan sonra əlaqələri tamamilə kəsilmişdir. Sonradan məlum olmuşdur ki, atası vəfat etmiş və orada naməlum şəxslərin dəfn olunduğu qəbirstanlıqda dəfn olunmuşdur. Maddi imkanı olmadığından atasının cənazəsini ölkəyə gətirə bilməmişlər. Qəbirstanlığın harada yerləşməsini bilmədiklərindən məzarını da ziyarət etmək mümkün olmamışdır. 2019-cu ildə anası Şurə Quliyevanın müraciəti əsasında atasının ölümü ilə bağlı araşdırma aparılmış, atasının 15 sentyabr 2011-ci il tarixdə Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna fəhlə qəsəbəsi ərazisində vəfat etdiyi, vəfat etmə səbəbinin suda boğulma, niyyəti müəyyən edilməmiş boğulma, alkoqol intoksiyası olması müəyyən edilmişdir. Bu səbəbdən də iş üzrə cinayət işinin qaldırılmasından imtina haqqında qətnamə qəbul edilmişdir. Lakin atasına ölüm haqqında şəhadətnamə alınmamışdır. Atasından qalan miras əmlakla bağlı müraciət etdikdə onun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Atasına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan atasının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müraciəti təmin olunmamışdır. Atasının ölümünə dair tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək atası X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyasında ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 30 iyun 1959-cu il, doğulduğu yerin İsmayıllı rayonun Kəlfərəc kəndi, yaşadığı yerin İsmayıllı rayonun Tağlabiyan kəndi, ölüm yerinin Rusiya Federasıyası, ölüm tarixinin 15 sentyabr 2011-ci il, ölüm səbəbinin “suda boğulma” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, sonradan onlara məlum olmuşdur ki, atası suda boğulma nəticəsində vəfat etmişdir. Atasının ölmünə dair müvafiq sənəd olmadığından hüquqlarını həyata keçirə bilmirlər. Atası yaşadığı Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsində vəfat etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X18 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin atası X4 ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi atasının ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Əri işləmək məqsədilə Rusiya Fedeasiyasına getmiş, getdikdən sonra üç ay müddətində əlaqələri olmuşdur. Sonradan əlaqələri tamamilə kəsilmişdir. Televiziya kanallarının birində ərinin axtarışı ilə bağlı sorğu verilmiş, bir müddət sonra ərinin Rusiya Federasiyası Ulyanovsk vilayətində suda boğularaq vəfat etdiyi barədə məlumat verilmişdir. Həmin ərazidə həmyerliləri yaşasa da onlar da əri barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. O, X4 15 sentyabr 2011ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətində suda boğulma nəticəsində vəfat etməsini və orada dəfn olunmasını təsdiq edir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Qardaşı işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Onda olan məlumata görə qardaşı yaşadığı ərazidə suda boğularaq vəfat etmiş və orada dəfn olunmuşdur. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Qardaşı mövsümi işlərdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bir müddət əaqələri olsa da sonradan əlaqələri kəsilmişdir. Barəsində axtarışla bağlı müraciət olunmuşdur. Məlum olmuşdur ki, qardaşı suda boğularaq vəfat edib. O, X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətində suda boğulma nəticəsində vəfat etməsini və orada dəfn olunmasını təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X-ЖГ seriyalı 312274 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə İsmayıllı rayonun Kəlfərəc kəndində anadan olmuş, valideynləri X15 və X5r. - İİİ-ЖГ seriyalı 287562 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 arasında 28 iyul 1983-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. - X33 Nazirliyinin Ulyanovsk şəhərinin Lenin rayonu üzrə cinayət işinin qaldırılmasından imtina haqqında 14 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 30 iyun 1959-cu il təvəllüdlü X16 15 sentyabr 2011-ci il tarixində Ulyanovsk vilayətinin Tsilna rayonu Tsilna fəhlə qəsəbəsi ərazisində vəfat etmişdir. Ölüm səbəbi: suda boğulma, niyyəti müəyyən edilməmiş boğulma, alkoqol intoksikasiyasıdır. Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən, yəni cinayət hadisəsinin olmaması səbəbindən hadisə barədə məlumat əsasında cinayət işinin başlanmasından imtina olunmuşdur. - İsmayıllı RİHB-nın Tağlabiyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli 30 nömrəli arayışdan görünür ki, İsmayıllı RİHB-nın Tağlabiyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 nömrəli (ş.h.n:68, səh: 20-23) təsərrüfatbaşına uçot kitabına əsasən İsmayıllı rayonun Tağlabiyan kəndində daimi qeydiyyatda olan Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: özü Ərizəçixx.xx.1984, anası X10-xx.xx.1961, arvadı X17-xx.xx.2000, oğlu X19-xx.xx.2007, qızı X20xx.xx.2012, oğlu X21-xx.xx.2017. Ərizəçi atası X15 25 ildən artıqdır ki, Rusiya Federasiyasına gedib və geri qayıtmayıb. - İsmayıllı rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-Q-8xx-xx-1437/2025 nömrəli 11 avqust 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X4 ölümü barədə İsmayıllı RMX-nə müraciət etmədiyi üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Maraqlı şəxs 3-16-5/8-15-317/2025 nömrəli 14 avqust 2025-ci il tarixli məktubundan görünür ki, X4 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin atası X15 30 iyun 1959-cu il tarixdə İsmayıllı rayonun Kəlfərəc kəndində anadan olmuşdur. 1995-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bir müddət ailəsi ilə əlaqəsi olsa da sonradan əlaqələri kəsilmişdir. Axtarış işinin nəticəsində X6 15 sentyabr 2011-ci il tarixində Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsi ərazisində suda boğulması nəticəsində vəfat etdiyi müəyyən edilmiş və orada dəfn olunmuşdur. Ərizəçi atasının ölümünə dair sənədi əldə etmək üçün müvafiq orqanlara müraciət etsə də ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair çıxarış almaq istədiyidən ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, ərizəçidən ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuş, bununla bağlı İsmayıllı rayon X13 Hüquqi Şəxsi tərəfindən X4 ölümü barədə ölüm haqqında şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir. X8 ölüm haqqında tibbi şəhadətnamə alınmadığından ölüm haqqında akt qeydinin aparılması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi atası X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 30 iyun 1959-cu il, doğulduğu yerin İsmayıllı rayonun Kəlfərəc kəndi, yaşadığı yerin İsmayıllı rayonun Tağlabiyan kəndi, ölüm yerinin Rusiya Federasıyası, ölüm tarixinin 15 sentyabr 2011-ci il, ölüm səbəbinin “suda boğulma” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir Həmin Qərarın 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsində “suda boğulma”dan vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 30 iyun 1959-cu il, doğulduğu yer İsmayıllı rayonun Kəlfərəc kəndi, yaşayış yeri İsmayıllı rayonun Tağlabiyan kəndi, ölüm yeri Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsi, ölüm tarixi 15 sentyabr 2011-ci il, ölümün səbəbi “suda boğulma” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 15 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsində ölməsi faktı müəyyən edilsin. X15 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 30 iyun 1959-cu il, doğulduğu yer İsmayıllı rayonun Kəlfərəc kəndi, yaşadığı yer İsmayıllı rayonun Tağlabiyan kəndi, ölüm yeri Rusiya Federasiyası Ulyanovsk vilayətinin Tsilninski rayonu Tsilna işçi qəsəbəsi, ölüm tarixi 15 sentyabr 2011-ci il, ölüm səbəbi “suda boğulma” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar