Məhkəmə qərarları › İş №2(037)-143/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-143/2022

04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-143/2022 04.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı X4 cavabdeh Nurı̇ yev Babək Böyükağa oğluna qarşı cehiz əmlakının alınıb verilməsi, birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə və yardımçı tikililərə çəkilən xərcin yarı hissəsinin alınıb verilməsi tələbinə dair mülki işə 04 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 (bundan sonra iddiaçı) Nurı̇ yev Babək Böyükağa oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 5058 manat dəyərində əmlakın, əmlak olmadıqda onun 5058 manat məbləğində dəyərinin, 1700 manat nağd pulun alınıb ona verilməsi, İsmayıllı rayonu Kürdmaşı kəndində 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2009-cu ildə birgə nikah dövründə inşa olunmuş, 83,4 kv.metr ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə inşa olunmuş yardımçı tikililərin tikintisinə çəkilmiş ümumilikdə 28026 manat məbləğində xərcdən düşən ½ payın əvəzi kimi 14013 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 11 fevral 2006-cı il tarixdə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından 26 noyabr 2006-cı il tarixdə X10 və 10 sentyabr 2010-cu il tarixdə X13 adlı övladları doğulmuşdur. Cavabdehlə münasibətləri tamamilə pozulduğundan onun iddia tələbi üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-10/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlardan biri onun, digəri isə cavabdehin himayəsində saxlanılmışdır. Nikahları pozulduqdan sonra cavabdeh evdən çıxıb anasının evinə getmiş, o isə həmin evdə qalıb yaşamışdır. Cavabdehlə ailə həyatı qurarkən o, valideynlərinin hədiyyə etdiyi cehiz əmlakını özü ilə aparmışdır. Onun cavabdehdə 200 manat dəyərində 20 metr pərdə, 400 manat dəyərində bir ədəd taxt çarpayı, 300 manat dəyərində bir ədəd divan, 150 manat dəyərində bir ədəd taxt örtüyü, 200 manat dəyərində Rusiya istehsalı bir ədəd "Okol" televizor, 100 manat dəyərində bir ədəd televizor altı mebel, 80 manat dəyərində bir ədəd peyk antenası, 100 manat dəyərində bir ədəd divan üstü, 60 manat dəyərində bir ədəd divar saatı, 100 manat dəyərində bir ədəd stol, 150 manat dəyərində altı ədəd stul, 100 manat dəyərində bir ədəd termo, 80 manat dəyərində bir ədəd "Tefal" ütü, 50 manat dəyərində bir ədəd ütü stolu, 200 manat dəyərində iki ədəd taxt çarpayı, 40 manat dəyərində bir ədəd çarpayı üstü, 30 manat dəyərində bir ədəd döşək, 80 manat dəyərində bir ədəd yazı stolu, 500 manat dəyərində 5 predmetdən ibarət sexdə hazırlanma divarboyu mebel, 40 manat dəyərində bir ədəd dəmir çarpayı, 150 manat dəyərində iki ədəd kreslo, 100 manat dəyərində iki ədəd kreslo üstü, 60 manat dəyərində bir ədəd sandıq, 200 manat dəyərində altı ədəd döşək, 150 manat dəyərində altı ədəd yorğan, 150 manat dəyərində altı ədəd yastıq, 120 manat dəyərində on iki ədəd döşəkcə, 90 manat dəyərində üç ədəd adyal, 300 manat dəyərində Rusiya istehsalı bir ədəd "İndesit" soyuducu, 90 manat dəyərində üç ədəd 200 litrlik boçka (beton), 20 manat dəyərində bir ədəd 40 litrlik alüminium beton, 300 manat dəyərində bir ədəd qaz pilitəsi, 60 manat dəyərində altı ədəd çuqun qazan, 60 manat dəyərində altı ədəd tefal qazan, 30 manat dəyərində bir ədəd alüminium qazan, 100 manat dəyərində bir ədəd elektrik su qızdırıcısı, 40 manat dəyərində bir ədəd güzgü, 100 manat dəyərində bir ədəd tülpan, 120 manat dəyərində bir ədəd ətçəkən maşın, 80 manat dəyərində bir ədəd şirəçəkən, 70 manat dəyərində bir ədəd stol, 90 manat dəyərində altı ədəd stul, 200 manat dəyərində bir ədəd iran qaz peçi, 80 manat dəyərində bir ədəd çay serviz dəsti, 36 manat dəyərində on iki ədəd bakal, 24 manat dəyərində iyirmi dörd ədəd yarım xrustal stəkan, 24 manat dəyərində iyirmi dörd ədəd nəlbəki, 48 manat dəyərində iyirmi dörd ədəd böyük boşqab, 24 manat dəyərində iyirmi dörd ədəd salat boşqabı, 12 manat dəyərində iyirmi dörd ədəd duzqabı, 50 manat dəyərində əlli metr su şlanqı, 100 manat dəyərində bir ədəd su motoru, 50 manat dəyərində bir ədəd qidrofor, 80 manat dəyərində bir ədəd motor, 100 manat dəyərində on ədəd dəsmal, 50 manat dəyərində beş ədəd sonradan hədiyyə olunmuş hamam dəsmalı, 50 manat dəyərində on ədəd sonradan hədiyyə olunmuş çay dəsmalı, 24 manat dəyərində iyirmi dörd ədəd iri qaşıq, 24 manat dəyərində iyirmi dörd ədəd çay qaşığı, 80 manat dəyərində bir ədəd dəmir peç və 24 manat dəyərində iyirmi dörd ədəd çəngəl - cəmi 5058 manat dəyərində əmlakları qalmışdır. Cavabdehlə birgə nikah dövründə İsmayıllı rayonu Kürdmaşı kəndində qanuni istifadədə olan 0,06 hektar həyətyanı torpaq sahəsində birgə zəhmətləri ilə 2009-cu ildə birmərtəbəli, üç otaqlı, ümumi sahəsi 83,4 kvadratmetr olan 22525 manat dəyərində fərdi yaşayış evi, sonrakı illərdə həmin həyətdə 3671 manat dəyərində tövlə binası, uzunluğu 16 metr, hündürlüyü 2,2 metr olan bir qat mişar hasar, 350 manat dəyərində dəmir darvaza və 470 manat dəyərində ayaqyolu inşa etdirmişlər. Bütün bu çəkilən xərclərin ümumi dəyəri müstəqil qiymətləndirici tərəfindən evə və yardımçı tikililərə baxış keçirilərək 28026 manat müəyyən edilmiş və bu barədə rəy təqdim edilmişdir. Həmin fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından qeyd olunan evin bölgüsünü tələb edə bilmir. Lakin həmin fərdi yaşayış evi onların faktiki mülkiyyətlərində olmuşdur. Cavabdeh ailə büdcəsi hesabına inşa edilən fərdi yaşayış evinə və digər yardımçı tikililərə çəkilən xərcin ona çatan hissəsini ödəmir və bundan qəti surətdə imtina edir. Cavabdeh 28 iyun 2021-ci il tarixdə evə gələrək qərəzli şəkildə birgə nikah dövründə inşa etdirdikləri evi yandırmış, onun atasına ağır xəsarətlər yetirmişdir. Nəticədə ev və evdə olan əşyalar, o cümlədən cehiz, geyim və digər əşyaları məhv olmuş, tam və qismən yararsız vəziyyətə düşmüşdür. Evdə olan 1700 manat məbləğində pul da yanıb məhv olmuşdur. Bu məsələ ilə bağlı cavabdeh barəsində cinayət işi başlanaraq istintaq aparılır. O, hazırda qardaşı ilə Bakı şəhərində kirayə evdə yaşayır. Cavabdehdən 5058 manat dəyərində əmlakın və 1700 manat nağd pulun, əmlak olmadıqda onun 5058 manat məbləğində dəyərinin alınıb ona verilməsi, İsmayıllı rayonu Kürdmaşı kəndində 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2009-cu ildə birgə nikah dövründə inşa olunmuş, 83,4 kv.metr ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə inşa olunmuş yardımçı tikililərin tikintisinə çəkilmiş ümumilikdə 28026 manat məbləğində xərcdən düşən ½ payın əvəzi kimi 14013 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 11 fevral 2006-cı il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları anadan olmuşdur. Onunla cavabdeh arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-10/2021 nömrəli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən övladlarından biri onun yanında, biri isə iddiaçının himayəsində saxlanılmışdır. İddiaçının öz cehiz əmlaklarının gəlib götürməsinə etiraz etmir. İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin inşasına iddiaçının ailəsi tərəfindən köməklik olunmuşdur. Həmin fərdi yaşayış evini əsəbi və stressli olduğundan yandırmışdır. Həmin vaxt evdə olan əmlaklardan taxt çarpayı, divan, televizor və onun altlığı yanmışdır. İddiaçı öz cehiz əmlaklarını gəlib götürməsinə etirazı yoxdur. Bundan başqa iddiaçı guya evdə olan 1700 manat pulu da onun yandırdığını bildirərək ona böhtan atır. O, bununla razılaşmır. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində yardımçı tikililərin tikintisinə çəkilmiş ümumilikdə 28026 manat məbləğində xərcdən düşən ½ payın əvəzi kimi 14013 manat məbləğini tələb etsə də o, həmin məbləğin az bir hissəsini ödəyə bilər. Çünki o, iddiaçıya aliment ödəyir və həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. X3 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. Qızı ailə quran zaman bütün cehiz əşyalarını özü ilə aparmışdır. İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin hörgüsünü o etmişdir. Cavabdeh ev inşa olunan zaman orada fəhləlik etmişdir. X1 ifadə verərək göstərdi ki, o, iddiaçının anasının dayısının həyat yoldaşıdır. İddiaçı və cavabdehi tanıyır. İddiaçı ailə quran zaman ailəsi onun bütün cehiz əşyalarını vermişdir. İddiaçının gəlin köçdüyü evə qonaq getmişdir. X6 ifadə verərək göstərdi ki, o, usta işləyir. İddiaçı və cavabdehi tanıyır. O, mübahisə predmeti olan evin tikinti işlərin görmüşdür. Həmin evin materiallarını iddiaçının atası Pənah Məmmədov almışdır. Zəhmət haqqı olaraq ona 1000 manat pulu iddiaçının atası Pənah Məmmədov vermişdir. X7 ifadə verərək göstərdi ki, o, dam ustası işləyir. İddiaçı ilə cavabdeh onun həmkəndliləridir. O, mübahisə predmeti olan evin damın örtmüşdür. Zəhmət haqqı olaraq ona 1000 manat pulu iddiaçının atası Pənah Məmmədov vermişdir. İsmayıllı rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-10/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 11 fevral 2006-cı il tarixdə İsmayıllı rayon İHB-nın Kürdmaşı kənd İƏB üzrə nümayəndəliyində 07 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından 26 noyabr 2006-cı il tarixdə doğulmuş X10 atası Cavabdeh, 10 sentyabr 2010-cu il tarixdə doğulmuş X13 anası İddiaçı yanında saxlanılmışdır. "xxxx" MMC-nin 14 dekabr 2021-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, X2 Babək Böyükağa oğlu ilə birgə nikah dövründə inşa etdikləri İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular ümumilikdə 28026 manat həddində qiymətləndirilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 11 fevral 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 26 noyabr 2006-cı il tarixdə X10 və 10 sentyabr 2010-cu il tarixdə X13 adlı övladları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-10/2021 nömrəli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən övladlarından Səbinə Nuriyeva iddiaçının, Rəna Nuriyeva cavabdehin yanında saxlanılmışdır. İddiaçının cavabdehdə 200 manat dəyərində 20 metr pərdə, 400 manat dəyərində bir ədəd taxt çarpayı, 300 manat dəyərində bir ədəd divan, 150 manat dəyərində bir ədəd taxt örtüyü, 200 manat dəyərində Rusiya istehsalı bir ədəd "Okol" televizor, 100 manat dəyərində bir ədəd televizor altı mebel, 80 manat dəyərində bir ədəd peyk antenası, 100 manat dəyərində bir ədəd divan üstü, 60 manat dəyərində bir ədəd divar saatı, 100 manat dəyərində bir ədəd stol, 150 manat dəyərində altı ədəd stul, 100 manat dəyərində bir ədəd termo, 80 manat dəyərində bir ədəd "Tefal" ütü, 50 manat dəyərində bir ədəd ütü stolu, 200 manat dəyərində iki ədəd taxt çarpayı, 40 manat dəyərində bir ədəd çarpayı üstü, 30 manat dəyərində bir ədəd döşək, 80 manat dəyərində bir ədəd yazı stolu, 500 manat dəyərində 5 predmetdən ibarət sexdə hazırlanma divarboyu mebel, 40 manat dəyərində bir ədəd dəmir çarpayı, 150 manat dəyərində iki ədəd kreslo, 100 manat dəyərində iki ədəd kreslo üstü, 60 manat dəyərində bir ədəd sandıq, 200 manat dəyərində altı ədəd döşək, 150 manat dəyərində altı ədəd yorğan, 150 manat dəyərində altı ədəd yastıq, 120 manat dəyərində on iki ədəd döşəkcə, 90 manat dəyərində üç ədəd adyal, 300 manat dəyərində Rusiya istehsalı bir ədəd "İndesit" soyuducu, 90 manat dəyərində üç ədəd 200 litrlik boçka (beton), 20 manat dəyərində bir ədəd 40 litrlik alüminium beton, 300 manat dəyərində bir ədəd qaz pilitəsi, 60 manat dəyərində altı ədəd çuqun qazan, 60 manat dəyərində altı ədəd tefal qazan, 30 manat dəyərində bir ədəd alüminium qazan, 100 manat dəyərində bir ədəd elektrik su qızdırıcısı, 40 manat dəyərində bir ədəd güzgü, 100 manat dəyərində bir ədəd tülpan, 120 manat dəyərində bir ədəd ətçəkən maşın, 80 manat dəyərində bir ədəd şirəçəkən, 70 manat dəyərində bir ədəd stol, 90 manat dəyərində altı ədəd stul, 200 manat dəyərində bir ədəd iran qaz peçi, 80 manat dəyərində bir ədəd çay serviz dəsti, 36 manat dəyərində on iki ədəd bakal, 24 manat dəyərində iyirmi dörd ədəd yarım xrustal stəkan, 24 manat dəyərində iyirmi dörd ədəd nəlbəki, 48 manat dəyərində iyirmi dörd ədəd böyük boşqab, 24 manat dəyərində iyirmi dörd ədəd salat boşqabı, 12 manat dəyərində iyirmi dörd ədəd duzqabı, 50 manat dəyərində əlli metr su şlanqı, 100 manat dəyərində bir ədəd su motoru, 50 manat dəyərində bir ədəd qidrofor, 80 manat dəyərində bir ədəd motor, 100 manat dəyərində on ədəd dəsmal, 50 manat dəyərində beş ədəd sonradan hədiyyə olunmuş hamam dəsmalı, 50 manat dəyərində on ədəd sonradan hədiyyə olunmuş çay dəsmalı, 24 manat dəyərində iyirmi dörd ədəd iri qaşıq, 24 manat dəyərində iyirmi dörd ədəd çay qaşığı, 80 manat dəyərində bir ədəd dəmir peç və 24 manat dəyərində iyirmi dörd ədəd çəngəl - cəmi 5058 manat dəyərində əmlakları qalmışdır. İddiaçı cavabdehlə birgə nikah dövründə İsmayıllı rayonu Kürdmaşı kəndində qanuni istifadədə olan 0,06 hektar həyətyanı torpaq sahəsində birgə zəhmətləri ilə 2009-cu ildə birmərtəbəli, üç otaqlı, ümumi sahəsi 83,4 kvadratmetr olan 22525 manat dəyərində fərdi yaşayış evi və həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə inşa olunmuş yardımçı tikililər inşa etdirmişlər. Bütün bu çəkilən xərclərin ümumi dəyəri müstəqil qiymətləndirici tərəfindən 28026 manat müəyyən edilmişdir. Cavabdeh 28 iyun 2021-ci il tarixdə həmin evi yandırmışdır. Nəticədə ev və evdə olan əşyalar məhv olmuş, tam və qismən yararsız vəziyyətə düşmüşdür. Bundan başqa evdə olan 1700 manat məbləğində pul da yanıb məhv olmuşdur. İddiaçı cavabdehdən 5058 manat dəyərində əmlakın və 1700 manat nağd pulun, əmlak olmadıqda onun 5058 manat məbləğində dəyərinin alınıb ona verilməsini, İsmayıllı rayonu Kürdmaşı kəndində 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2009-cu ildə birgə nikah dövründə inşa olunmuş, 83,4 kv.metr ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə inşa olunmuş yardımçı tikililərin tikintisinə çəkilmiş ümumilikdə 28026 manat məbləğində xərcdən düşən ½ payın əvəzi kimi 14013 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, iddiaçının öz cehiz əmlaklarını gəlib götürməsinə etiraz etmədiyini, evdə olan 1700 manat pulun yanmasını böhtan olduğunu, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində yardımçı tikililərin tikintisinə çəkilmiş ümumilikdə 28026 manat məbləğində xərcdən düşən ½ payın əvəzi kimi 14013 manat məbləğininin az bir hissəsini ödəyə biləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iddia tələbinin cavabdehdən 5058 manat dəyərində əmlakın, əmlak olmadıqda onun 5058 manat məbləğində dəyərinin alınıb iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələb etdiyi 200 manat dəyərində 20 metr pərdə, 400 manat dəyərində bir ədəd taxt çarpayı, 300 manat dəyərində bir ədəd divan, 150 manat dəyərində bir ədəd taxt örtüyü, 200 manat dəyərində Rusiya istehsalı bir ədəd "Okol" televizor, 100 manat dəyərində bir ədəd televizor altı mebel, 80 manat dəyərində bir ədəd peyk antenası, 100 manat dəyərində bir ədəd divan üstü, 60 manat dəyərində bir ədəd divar saatı, 100 manat dəyərində bir ədəd stol, 150 manat dəyərində altı ədəd stul, 100 manat dəyərində bir ədəd termo, 80 manat dəyərində bir ədəd "Tefal" ütü, 50 manat dəyərində bir ədəd ütü stolu, 200 manat dəyərində iki ədəd taxt çarpayı, 40 manat dəyərində bir ədəd çarpayı üstü, 30 manat dəyərində bir ədəd döşək, 80 manat dəyərində bir ədəd yazı stolu, 500 manat dəyərində 5 predmetdən ibarət sexdə hazırlanma divarboyu mebel, 40 manat dəyərində bir ədəd dəmir çarpayı, 150 manat dəyərində iki ədəd kreslo, 100 manat dəyərində iki ədəd kreslo üstü, 60 manat dəyərində bir ədəd sandıq, 200 manat dəyərində altı ədəd döşək, 150 manat dəyərində altı ədəd yorğan, 150 manat dəyərində altı ədəd yastıq, 120 manat dəyərində on iki ədəd döşəkcə, 90 manat dəyərində üç ədəd adyal, 300 manat dəyərində Rusiya istehsalı bir ədəd "İndesit" soyuducu, 90 manat dəyərində üç ədəd 200 litrlik boçka (beton), 20 manat dəyərində bir ədəd 40 litrlik alüminium beton, 300 manat dəyərində bir ədəd qaz pilitəsi, 60 manat dəyərində altı ədəd çuqun qazan, 60 manat dəyərində altı ədəd tefal qazan, 30 manat dəyərində bir ədəd alüminium qazan, 100 manat dəyərində bir ədəd elektrik su qızdırıcısı, 40 manat dəyərində bir ədəd güzgü, 100 manat dəyərində bir ədəd tülpan, 120 manat dəyərində bir ədəd ətçəkən maşın, 80 manat dəyərində bir ədəd şirəçəkən, 70 manat dəyərində bir ədəd stol, 90 manat dəyərində altı ədəd stul, 200 manat dəyərində bir ədəd iran qaz peçi, 80 manat dəyərində bir ədəd çay serviz dəsti, 36 manat dəyərində on iki ədəd bakal, 24 manat dəyərində iyirmi dörd ədəd yarım xrustal stəkan, 24 manat dəyərində iyirmi dörd ədəd nəlbəki, 48 manat dəyərində iyirmi dörd ədəd böyük boşqab, 24 manat dəyərində iyirmi dörd ədəd salat boşqabı, 12 manat dəyərində iyirmi dörd ədəd duzqabı, 50 manat dəyərində əlli metr su şlanqı, 100 manat dəyərində bir ədəd su motoru, 50 manat dəyərində bir ədəd qidrofor, 80 manat dəyərində bir ədəd motor, 100 manat dəyərində on ədəd dəsmal, 50 manat dəyərində beş ədəd sonradan hədiyyə olunmuş hamam dəsmalı, 50 manat dəyərində on ədəd sonradan hədiyyə olunmuş çay dəsmalı, 24 manat dəyərində iyirmi dörd ədəd iri qaşıq, 24 manat dəyərində iyirmi dörd ədəd çay qaşığı, 80 manat dəyərində bir ədəd dəmir peç və 24 manat dəyərində iyirmi dörd ədəd çəngəl - cəmi 5058 manat dəyərində əmlaklar cavabdeh tərəfindən etiraf edildiyinə görə iddia tələbi cavabdehdən 5058 manat dəyərində əmlakın, əmlak olmadıqda onun 5058 manat məbləğində dəyərinin alınıb iddiaçıya verilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 1700 manat nağd pulun alınıb iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh 28 iyun 2021-ci il tarixdə mübahisə predmeti olan fərdi yaşayış evini yandırmaqla evdə olan əşyalarla yanaşı 1700 manat məbləğində pulu da yandırmışdır. Həmin fakt məhkəmə iclasında sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi cavabdehdən 1700 manat nağd pulun alınıb iddiaçıya verilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə və yardımçı tikililərə çəkilən xərcin yarı hissəsinin alınıb verilməsi hissəsinə münasibətdə qeyd edir ki, qiymətləndiricinin rəyinə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular ümumilikdə 28026 manat müəyyən edilmişdir. Məhkəmə rəylə razılaşır və hesab edir ki, fərdi yaşayış evi və yardımçı tikililərə çəkilmiş 28026 manatın yarısı 14013 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə və yardımçı tikililərə çəkilən xərcin yarı hissəsinin alınıb verilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Nurı̇ yev Babək Böyükağa oğlundan 200 manat dəyərində 20 metr pərdə, 400 manat dəyərində bir ədəd taxt çarpayı, 300 manat dəyərində bir ədəd divan, 150 manat dəyərində bir ədəd taxt örtüyü, 200 manat dəyərində Rusiya istehsalı bir ədəd "Okol" televizor, 100 manat dəyərində bir ədəd televizor altı mebel, 80 manat dəyərində bir ədəd peyk antenası, 100 manat dəyərində bir ədəd divan üstü, 60 manat dəyərində bir ədəd divar saatı, 100 manat dəyərində bir ədəd stol, 150 manat dəyərində altı ədəd stul, 100 manat dəyərində bir ədəd termo, 80 manat dəyərində bir ədəd "Tefal" ütü, 50 manat dəyərində bir ədəd ütü stolu, 200 manat dəyərində iki ədəd taxt çarpayı, 40 manat dəyərində bir ədəd çarpayı üstü, 30 manat dəyərində bir ədəd döşək, 80 manat dəyərində bir ədəd yazı stolu, 500 manat dəyərində 5 predmetdən ibarət sexdə hazırlanma divarboyu mebel, 40 manat dəyərində bir ədəd dəmir çarpayı, 150 manat dəyərində iki ədəd kreslo, 100 manat dəyərində iki ədəd kreslo üstü, 60 manat dəyərində bir ədəd sandıq, 200 manat dəyərində altı ədəd döşək, 150 manat dəyərində altı ədəd yorğan, 150 manat dəyərində altı ədəd yastıq, 120 manat dəyərində on iki ədəd döşəkcə, 90 manat dəyərində üç ədəd adyal, 300 manat dəyərində Rusiya istehsalı bir ədəd "İndesit" soyuducu, 90 manat dəyərində üç ədəd 200 litrlik boçka (beton), 20 manat dəyərində bir ədəd 40 litrlik alüminium beton, 300 manat dəyərində bir ədəd qaz pilitəsi, 60 manat dəyərində altı ədəd çuqun qazan, 60 manat dəyərində altı ədəd tefal qazan, 30 manat dəyərində bir ədəd alüminium qazan, 100 manat dəyərində bir ədəd elektrik su qızdırıcısı, 40 manat dəyərində bir ədəd güzgü, 100 manat dəyərində bir ədəd tülpan, 120 manat dəyərində bir ədəd ətçəkən maşın, 80 manat dəyərində bir ədəd şirəçəkən, 70 manat dəyərində bir ədəd stol, 90 manat dəyərində altı ədəd stul, 200 manat dəyərində bir ədəd iran qaz peçi, 80 manat dəyərində bir ədəd çay serviz dəsti, 36 manat dəyərində on iki ədəd bakal, 24 manat dəyərində iyirmi dörd ədəd yarım xrustal stəkan, 24 manat dəyərində iyirmi dörd ədəd nəlbəki, 48 manat dəyərində iyirmi dörd ədəd böyük boşqab, 24 manat dəyərində iyirmi dörd ədəd salat boşqabı, 12 manat dəyərində iyirmi dörd ədəd duzqabı, 50 manat dəyərində əlli metr su şlanqı, 100 manat dəyərində bir ədəd su motoru, 50 manat dəyərində bir ədəd qidrofor, 80 manat dəyərində bir ədəd motor, 100 manat dəyərində on ədəd dəsmal, 50 manat dəyərində beş ədəd sonradan hədiyyə olunmuş hamam dəsmalı, 50 manat dəyərində on ədəd sonradan hədiyyə olunmuş çay dəsmalı, 24 manat dəyərində iyirmi dörd ədəd iri qaşıq, 24 manat dəyərində iyirmi dörd ədəd çay qaşığı, 80 manat dəyərində bir ədəd dəmir peç və 24 manat dəyərində iyirmi dörd ədəd çəngəl - cəmi 5058 (beş min əlli səkkiz) manat dəyərində əmlaklar, həmin əmlaklar olmadıqda onların dəyəri olan 5058 (beş min əlli səkkiz) manat məbləği alınaraq iddiaçı X8 verilsin. Cavabdeh Nurı̇ yev Babək Böyükağa oğlundan 1700 (bir min yeddi yüz) manat alınaraq iddiaçı X8 verilsin. Cavabdeh Nurı̇ yev Babək Böyükağa oğlundan İsmayıllı rayonu Kürdmaşı kəndində 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2009-cu ildə birgə nikah dövründə inşa olunmuş, 83,4 kvadratmetr ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin və həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə inşa olunmuş yardımçı tikililərin tikintisinə çəkilmiş xərcin ½ hissəsi olaraq 14013 (on dörd min on üç) manat məbləği alınaraq iddiaçı X8 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar