Məhkəmə qərarları › İş №2(037)-154/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-154/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-154/2025 13.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması və fərdi yaşayış evinə daxil olmağa qadağa qoyulması tələbi barədə 2(037)-58/2025 nömrəli və İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə 2(037)-154/2025 nömrəli mülki işin materiallarını 13 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: 2(037)-58/2025 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehə məxsus bir ədəd yataq dəsti (divan, kreslo), bir ədəd stol, altı ədəd stul, bir dəst divar boyu mebel, bir otağa görə pərdə, yorğan-döşək, xalça, qabqacaq və s. İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinə daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(037)-154/2025 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona məxsus 9436 manat dəyərində cehiz və şəxsi əmlaklarının, əmlak olmadıqda və ya yararsız hala salındıqda onun 9436 manat məbləğində dəyərinin, 5950 manat məbləğinin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması və fərdi yaşayış evinə daxil olmağa qadağa qoyulması tələbi barədə və İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni əmlaklar mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması və fərdi yaşayış evinə daxil olmağa qadağa qoyulması tələbi barədə 2(037)-58/2025 nömrəli və İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə 2(037)-154/2025 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-58/2025 nömrəsi verilsin. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar