Məhkəmə qərarları › İş №2(037)-1723/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1723/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1723/2025 23.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölüm faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək arvadı X4 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 sentyabr 1969-cu il, doğulduğu yerin İsmayıllı rayonun Talıstan kəndi, yaşadığı yerin İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3, ölüm yerinin Bakı şəhəri, ölüm tarixinin 12 dekabr 2025-ci il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin arvadı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Üç il əvvəl başında şiş olduğunu bilmişlər. Müalicə almaq üçün Bakı şəhərində kirayədə qalmışlar. Bakı şəhərində olduqları vaxt – 12 dekabr 2025-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt Təcili və X7 Stansiyasına müraciət etməmişlər. Müraciət etməli olduqlarını da bilməmişlər. Ona görə də arvadının ölümü barədə tibbi şəhadətnamə ala bilməmişlər. Tibbi şəhadətnamə olmadığından arvadına ölüm haqqında şəhadətnamə da ala bilmir. Ölüm haqqında şəhadətnamə ala bilmədiyindən arvadının ölümünə görə verilən dəfn pulunu da ala bilmir. Arvadına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Ondan arvadının ölümünə dair tibbi şəhadətnamə tələb olunduğundan həmin sənədi almaq üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də müraciəti təmin olunmamışdır. Arvadının vəfat etməsi faktını yaxın qohumları da təsdiq edə bilərlər. Qeyd etdiklərinə əsasən arvadı X4 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 sentyabr 1969-cu il, doğulduğu yerin İsmayıllı rayonun Talıstan kəndi, yaşadığı yerin İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3, ölüm yerinin Bakı şəhəri, ölüm tarixinin 12 dekabr 2025-ci il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, arvadı xərçəng xəstəliyinə görə müalicələr alsa da heç bir nəticəsi olmamışdır. 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadıqları evdə qəflətən vəfat etmiş, həmin gün İsmayıllı rayonun Talıstan kənd qəbirstanlığında dəfn olunmuşdur. Sənədin hüquqi nəticəsini bilmədiyindən arvadının ölümünün sənədləşdirilməsi ilə məşğul olmamışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Maraqlı şəxs arxivində saxlanılan ölüm haqqında akt qeydiyyatı kitabında ərizəçinin arvadının ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. Ərizəçi arvadının ölümünə dair tibbi şəhadətnaməni vaxtında təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı xəstəlikdən əziyyət çəkirdi və Bakı şəhərində müalicə alırdı. Müalicələri nəticə verməmişdir. Bacısı 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Bacısı vəfat etdiyi gün İsmayıllı rayonun Talıstan kəndinə gətirilərək kənd qəbirstanlığında dəfn olunmuşdur. Bacısının hüzur mərasimini ata həyətlərində o təşkil etmişdir. Hüquqi nəticəsini bilmədiklərindən həmin vaxt Təcili və X7 Stansiyasına müraciət etməmişlər. Bu səbəbdən də bacısına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. O, bacısı X4 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində xəstəlikdən vəfat etməsini və həmin gün İsmayıllı rayonun Talıstan kənd qəbirstanlığında dəfn olumasını təsdiq edir. X2 ifadə verərək göstərdi ki, Rəna Hüseyinova onun bibisidir. Bibisi 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə xəstəlikdən vəfat etmiş və həmin gün Talıstan kənd qəbirstanlığında dəfn olunmuşdur. Bibisinin dəfn və hüzur mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə İsmayıllı şəhərində doğulmuş və İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3-də yaşayır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 sentyabr 1969-cu il tarixdə doğulmuş şəxs X5r. - Maraqlı şəxs tərəfindən verilmiş 17 dekabr 2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi ilə X9 arasında 29 may 2018-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə Səfəralıyev, arvada Hüseyinova soyadı verilmişdir. - İsmayıllı rayon bələdiyyəsinin nümayəndələri, İsmayıllı şəhəri İƏD üzrə nümayəndənin müavini və bir qrup sakinlər tərəfindən tərtib olunmuş 16 dekabr 2025-ci il tarixli aktdan görünür ki, ərizəçinin müraciəti əsasında özünün də iştirakı ilə 16 dekabr 2025-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndi ərazisində yerləşən Talıstan kənd qəbirstanlığına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3 ünvanında qeydiyyatda olmuş ərizəçinin həyat yoldaşı 12 dekabr 2025-ci il tarixdə vəfat etmiş X1 rayonun Talıstan kəndi ərazisində yerləşən Talıstan kənd qəbirstanlığında dəfn edilmişdir. - İsmayıllı rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-47/2-S-12xx-xx- 1969/25 nömrəli 17 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, ərizəçi həyat yoldaşı 25 sentyabr 1969-cu il təvəllüdlü X1 RMX-nın poliklinika şöbəsinin Psixiatrik kabinetində qeydiyyatda olmuşdur. Ölümü təsdiq edən sənəd olmadı üçün İsmayıllı RMX-sı ölüm haqqında şəhadətnamə (forma 106) verməmişdir. - Maraqlı şəxs 481 nömrəli 17 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün Səhiyyə orqanları tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunduqdan sonra ölüm haqqında akt qeydi tərtib edilir və ölüm haqqında şəhadətnamə verilir. Səhiyyə orqanları tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən aydiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Təqdim olunmuş iki ədəd fotoşəkillər iş üzrə sübut kimi qəbul edilir. -17 dekabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin arvadı X9 25 sentyabr 1969-cu il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuşdur. Ərizəçinin arvadı xərçəng xəstəsi olmuş və Bakı şəhərində kirayədə yaşadıqları evdə qəflətən vəfat etmişdir. 12 dekabr 2025-ci il tarixdə İsmayıllı rayonunun Talıstan kəndinə gətirilərək həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə müvafiq orqanlara müraciət etmədiyindən arvadına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçinin arvadına dəfn pulu verilməsi üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət olunmuş, Şöbə tərəfindən ərzəçiyə ölümün qeydə alınması üçün Səhiyyə orqanları tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin arvadının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. Ərizəçi arvadı X4 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsinin müəyyən olunması, ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 25 sentyabr 1969-cu il, doğulduğu yerin İsmayıllı rayonun Talıstan kəndi, yaşadığı yerin İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3, ölüm yerinin Bakı şəhəri, ölüm tarixinin 12 dekabr 2025-ci il, ölüm səbəbinin “xəstəlik” qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını – maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, 25 sentyabr 1969-cu il tarixdə doğulmuş X4 12 dekabr 2025-ci ildə Bakı şəhərində “xəstəlik”dən vəfat etməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, habelə ərizəçinin arvadına ölümü haqqında şəhadətnaməni başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 25 sentyabr 1969-cu il, doğulduğu yer İsmayıllı rayonun Talıstan kəndi, yaşayış yeri İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3, ölüm yeri Bakı şəhəri, ölüm tarixi 12 dekabr 2025-ci il, ölümün səbəbi “xəstəlik” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 12 dekabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxt 25 sentyabr 1969-cu il, doğulduğu yer İsmayıllı rayonun Talıstan kəndi, yaşadığı yer İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 3, ölüm yeri Bakı şəhəri, ölüm tarixi 12 dekabr 2025-ci il, ölüm səbəbi “xəstəlik” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar