Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-174/2023 10.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi şəxsin ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 10 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 26 dekabr 1982-ci il tarixdə doğulmuş qardaşı X3 21 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölməsi faktının müəyyən edilməsi və X6 barəsində ölüm haqqında akt qeydində doğulduğu tarix 26 dekabr 1982-ci il, doğulduğu yer İsmayıllı rayon Tircan kəndi, daimi yaşadığı yer İsmayıllı rayon Tircan kəndi, milliyəti azərbaycanlı, ölüm yeri Rusiya Federasiyasının Samara şəhəri və ölüm tarixinin 21 oktyabr 2007-ci il qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X6 xx.xx.1982-ci il tarixdə İsmayıllı rayon Tircan kəndində doğulmuş, xx.xx.2007-ci ildə Rusiya Federasiyasının Samara vilayətinin Kinel şəhərində qətlə yetirilmişdir. Qardaşının cənazəsi maddi imkansızlıqdan Azərbaycan Respublikasına gətirilməsi mümkün olmamışdır. Qardaşının cənazəsi Rusiya Federasiyasının Samara vilayətinin Kinel şəhərində kimsəsizlər qəbirstanlığında dəfn edilmişdir. Qardaşının ölüm aktı müvafiq dövlət orqanında qeydə alınmamış və bu barədə şəhadətnamə verilməmişdir.Keçirdiyi sarsıntılar üzündən qardaşının ölümünün qeydə alınması üçün müraciət etməmişdir. Hal-hazırda qardaşının ölümünün qeydə alınması zəruridir. Qardaşının ölümünün qeydə alınmaması ondan qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına maneəçiliklər yaradır və məsələnin həllini mümkünsüz edir. Qardaşının ölməsi İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə Nümayəndəliyinin arayışı, Rusiya Federasiyasının 22 sentyabr 2010-cu il tarixli hökmü və şahid ifadəsi ilə təsdiq olunur. Qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmişdir. Orada bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona dedilər ki, hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, İsmayıllı rayonu, Tircan kəndində yaşayır.Ərizəçi qohumudur.Ərizəçinin qardaşı X6 xx.xx.1982-ci il tarixdə İsmayıllı rayon Tircan kəndində doğulmuş, xx.xx.2007-ci ildə Rusiya Federasiyasının Samara vilayətinin Kinel şəhərində qətlə yetirilmiş və həmin şəhərdə kimsəsizlər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1973-cü il tarixli İ-ЖГ №486393 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə İsmayıllı rayon Tircan kəndində doğulmuş, atası X7, anası X5r. İş materiallarında olan xx.xx.1982-ci il tarixli Vİİİ-ЖГ №490402 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1982-ci il tarixdə İsmayıllı rayon Tircan kəndində doğulmuş, atası X7,anası X5r. İş materiallarında olan Rusiya Federasiyasının 22 sentyabr 2010-cu il tarixli hökmünün təsdiq olunmuş sürətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətinin Kinel şəhərində Tacikistan Respublikasının vətəndaşı X2 tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, ərizəçi Sənan Kərimovun mərhum qardaşı X1 Federasiyasının Samara şəhərində qətlə yetirilmiş və həmin şəhərdə dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-05 saylı məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmadığından, ölümün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Əgər həmin şəhadətnamə yoxdursa, bu halda məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 07 yanvar 2022-ci il tarixli, 02-02-09/22 saylı məktubundan görünür ki, İsmayıllı rayon Tircan kənd sakini Ərizəçi qardaşı mərhum 1982ci il təvəllüdlü X3 ölümündən sonra İsmayıllı RMX-na müraciət etmədiyi üçün “Ölüm haqqında xəbərdarlıq” vərəqəsi Ərizəçi verilməmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun,övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.1.4-cü bəndinə əsasən,lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn,şəxsin öhdədə olması faktı),yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn,atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda,müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 21 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində qətlə yetirilmiş və həmin şəhərində kimsəsizlər qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ərizə təmin edilməli, 26 dekabr 1982-ci il tarixdə doğulmuş X3 21 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölməsi faktı müəyyən edilməli, X6 barəsində ölüm haqqında akt qeydində doğulduğu tarix 26 dekabr 1982-ci il, doğulduğu yer İsmayıllı rayon Tircan kəndi, daimi yaşadığı yer İsmayıllı rayon Tircan kəndi, milliyəti azərbaycanlı,ölüm yeri Rusiya Federasiyasının Samara şəhəri, ölüm tarixi 21 oktyabr 2007-ci il qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 26 dekabr 1982-ci il tarixdə doğulmuş X3 21 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində ölməsi faktı müəyyən edilsin. X6 barəsində ölüm haqqında akt qeydində doğulduğu tarix 26 dekabr 1982-ci il, doğulduğu yer İsmayıllı rayon Tircan kəndi, daimi yaşadığı yer İsmayıllı rayon Tircan kəndi, milliyəti azərbaycanlı, ölüm yeri Rusiya Federasiyasının Samara şəhəri, ölüm tarixi 21 oktyabr 2007-ci il qeyd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-174/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-174/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver